16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                 

Keçmiş komitə sədri maliyyə pozuntularına görə "məhşərə çəkiləcək” - həbsin bir addımlığında...
Tarix: 25-04-2018, 09:57 | Çap et
Keçmiş komitə sədri maliyyə pozuntularına görə "məhşərə çəkiləcək”
Növbədənkənar prezident seçkilərindən sonra yeni formalaşan hökumət kabinetində yer almayan Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun başı üstünü "qara buludlar” alıb. Uzun illərdir istər mediada, istərsə də ictimai fəaliyyəti ciddi şəkildə tənqid edilən, bəzi ekspertlər, millət vəkilləri tərəfindən də haqlı irad və qınaqlara tuş gələn İbrahimovun vəzifədən kənarlaşdırılması təəccüblü deyil. Bu, əslində çoxdan gözlənilirdi. İndi isə məlum olur ki, sabiq Komitə sədri yalnız postundan kənarlaşdırılmaqla canını qurtara bilməyəcək. Onun fəaliyyət dövrünün ciddi şəkildə təftiş ediləcəyi və bundan sonra hüquqi addımların atılacağı barədə məlumatlar gəlməkdədir.

İbrahimov büdcə pullarını hara və necə xərcləyib?

"Unikal” qəzeti yazır ki, yaxın günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin ötən dövrdəki fəaliyyətinin araşdırılmasına qərar verilib. Belə ki, büdcə vəsaitlərinin xərclənməsi, müxtəlif ölkələrdəki diaspor təşkilatlarına ayrılan vəsaitin təyinatdankənar istifadə olunması ilə bağlı ciddi araşdırma aparılacaq. İllərlə diaspor fəaliyyətinə ayrılan vəsaitlərin göyə sovrulması həm müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, həm də hakimiyyət üçün problem yaradıb. Onun vəzifədən uzaqlaşdırılması da məhz bununla bağlıdır.

"Yəqin ki, N.İbrahimov təkcə vəzifədən uzaqlaşdırılmaqla yaxasını qurtara bilməyəcək. Onun rəhbər olduğu dövrdə komitənin fəaliyyətinin araşdırılması və yoxlamanın nəticələrinə uyğun qərar veriləcək. Hətta onun məsuliyyətə cəlb olunması da istisna edilmir. N.İbrahimov bu situasiyadan "təmiz” çıxmaq və qonşu ölkələrdən birinə səfir getməsi üçün çalışır”.

Ramiz Mehdiyev Diaspora Komitəsindəki maliyyə pozuntularından danışdı. Ancaq görünən odur ki, Nazim İbrahimov üzləşdiyi çətin situasiyadan asanlıqla yaxa qurtara bilməyəcək. Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dünən səsləndirdiyi fikirlər də təsdiqləyir.

"Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”, - deyə o bildirib.

Administrasiya rəhbəri xatırladıb ki, prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: "Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Bütün yollar "dəmir barmaqlıqlara” aparır...

Administrasiya rəhbərinin dediklərindən aydın olur ki, unikal.org-un məlumatı həqiqətəuyğundur və Nazim İbrahimovun komitə sədri olduğu dövrlə bağlı maliyyə təftişi aparılacaq. Bu isə ortaya kifayət qədər ciddi yeyinti hallarının çıxacağından xəbər verir. Belə isə sabiq "diaspora şefi” ilə bağlı hüquqi addımların atılmağa başlayacağı və onun həbs ediləcəyi ehtimalı kifayət qədər yüksəlir. Baxmayaraq ki, İbrahimov özü başqa fikirdədir.

Belə ki, o, dünən "Komitədə hər hansı maliyyə pozuntusu olmayıb. Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur” – deyə bəyan edib.

Unikal.org-a eksklüziv açıqlamasında sabiq komitə sədri deyib ki, "Hər hansı maliyyə pozuntusu olmayıb, amma təftiş oluna bilər. Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.

İbrahimovun açıqlamalarından onun panik içərisində olduğu, bu səbəbdən də öz dediklərini elə özünün də təkzib etdiyi aydın görünür. Həm heç bir maliyyə pozuntusunun olmadığını bildirir, həm də Administrasiya rəhbərinin söylədikləri barədə "tərəfimizdən birmənalı olaraq qəbul olunur” deyir. Bu təzadlı mövqe sabiq komitə sədrinin çıxılmaz durumda olduğunun işarəsidir. Yeri gəlmişkən, onu da deyək ki, son vaxtlar N.İbrahimovla bərabər, onun qardaşları ilə bağlı da hay-küylü proseslər yaşanıb. Sabiq komitə sədrinin "Hacı İbrahim” kimi tanınan oliqarx qardaşı İbrahim İbrahimov (Nehrəmli)

Beynəlxalq Bankdan götürüb qaytarmadığı on milyonlarla manatlıq kreditlərə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Bundan başqa, onun "Xəzər adaları” adlı dəyərinin hətta 1 milyard manatdan çox olduğu deyilən proyekti iflasa uğrayıb. Bunun nəticəsində Hacı İbrahimə inanan və ona pul verən xeyli adamın zərər çəkdiyi bildirilir. 2015-ci ildə Nazim İbrahimovun ATV telekanalına rəhbərlik etmiş başqa bir qardaşı Tağı İbrahimovla bağlı ilginc iddialar səsləndirilib. "İBRA Holdinq"in prezidenti olan T. İbrahimovun ortağı olmuş "Fəqan-1" MMC-nin təsisçisi Rauf Hüseynov həmin vaxt KİV-ə bildirib ki, sabiq Komitə sədrinin qardaşı banklara və əhaliyə ödəyə bilmədiyi borclar ucbatından Azərbaycanı tərk edib və Türkiyəyə sığınıb. Göründüyü kimi, əslində bir neçə ildir İbrahimovlar "bəd zolağa” düşüblər, onların adları ancaq qalmaqallarda hallanıb. Nazim İbrahimovun "vurulması” ilə bu prosesin son mərhələyə daxil olduğunu, xüsusilə keçmiş "diaspora şefi”nin özü ilə bağlı həbs də daxil olmaqla, daha kəskin hüquqi addımların atılacağını təxmin etmək çətin deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru