Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                     Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: .....                     Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı .....                     Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib .....                     Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                 

Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar... - İTTİHAM
Tarix: 27-12-2017, 09:41 | Çap et
Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar...

Fazil Məmmədov yatsa yuxusuna da gəlməzdi ki, günlərin bir günü mətbuat ulduzuna çevriləcək, qələm əhli vəzifədən qovulmuş keçmiş nazirin qabırğasına, vergiödəyiciləri qarasına döşəyəcək. Əlbəttə, bir zamanlar da Fazil Məmmədov mətbuat ulduzu idi. Amma aşsüzənə çevirdiyi Vergi Məcəllləsində edilən əndrabadi dəyişikliklərə, struktur islahatları adı altında Vergilər Nazirliyi aparatını ildə bir dəfə domino daşı kimi qarışdırıb yenidən düzdüyünə, sayına görə "Ginnesin Rekordlar Kitabı"na iddia edəcək müşavirlik institutu yaratdığına görə mətbuat vaxtaşırı ondan bəhs edirdi. İndi isə hamı Fazil Məmmədovun şakərindən, komandasının yarpaq tökümündəın bəhs edir, bir neçə günün içərisində barəsində bir kitablıq lətifə düzülüb-qoşulub...

Amma təbii ki, dekabrın 21-də Moderator.az-da “Əlibaba və 40 quldur nağılının 21-ci əsr versiyası” başlıqlı məqalədə iddia edildiyi kimi indi müşahidə etdiyimiz “yarpaq tökümü” hələ ilkin mərhələdədir və biz irəlidə nəinki Fazil Məmmədovun əkdiyi“vergi” adlı o qorxunc ağacın yarpaqlarının töküldüyünü, hətta budandığının da şahidi olacağıq. Niyəsini aşağı-yuxarı hamı bilir, vergi ödəyən də, ödəməyən də. Çünki bu ölkədə bir çox vergiyığan son zamanlar gerçəkdən Eldar Mahmudovun MTN Antitetrror Mərkəzindəki başkəsənlərdən heç nə ilə fərqlənmirdi. Məhz bu reketsayağı davranışların ucbatından ölkədəki sahibkarlılq mühiti elə bir acınacaqlı hala gətirilib çıxarıldı ki, soyulan, başına min oyun açılan iş adamlarının fəryadı gedib dövlət başçısına çıxdı və müşavirələrin birində prezident İlham Əliyev açıq mətnlə Vergilər Nazirliyi rəhbərliyini korrupsiya cinayətlərində ittiham edərək onların əməllərinin vətənə xəyanətlə bərabər tutulduğunu bildirdi. Amma ən ali səviyyədə xəbərdarlığa baxmayaraq vergi dəyirmanı öz işində idi və arada çox günahsız başlar getdi, çox evlər yıxıldı, çox iş adamı talanaraq çeşidli vergi cinayətlərində ittiham edildi...

Yeri gəlmişkən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti adlı vahim bir qurum var. Adı ibtidai araşdırılma olsa da zaman-zaman burada minlərlə iş adamlarının başına ibtidaidən tutmuş aliyədək elə oyun açılıb ki, səs-sorağı ölkəyə yayılıb. Həmin quruma da rəsmi-qeyri-rəsmi rəhbərlik edənlər də Fazil Məmmədovun qohum-qəbiləsi olub. İndi “Titanik”in batdığını görüb onun komandası yavaş-yavaş batmaqda olan gəmidən “asta qaçan namərddi” məntiqiylə sivişib aradan çıxmaq istəyir. Amma iş adamlarının ahı yerdə qalmayacaq və çox böyük ehtimalla yaxın zamanlarda minlərlə sahibkar Vergilər Nazirliyinin rəhbər şəxsləri haqqında prokurorluq orqanlarında zərərçəkmiş kimi tanınacaq, Fazil Məmmədov və onun “40 quldur”u taladıqları milyardların hesabını verəcəklər. Bunu bizə daxil olan informasiyalara əsaslanaraq əminliklə iddia edə bilərik...

Biz ötən yazımızda qeyd etmişdik ki, Fazil Məmmədovun komandası dedikdə ilk öncə gözlərimiz önündə keçmiş nazirin ən yaxın adamları olan Habil Məmmədovun və İlqar Əhmədovun məsum baxışları canlanır. Çünki məhz bu iki şəxs digərlərindən fərqli olaraq sahibkarlarla birbaşa təmasda olublar və onları ibtidaidən aliyədək əməlli-başlı incitməyi bacarıblar. Yeri gəlmişkən, həmin yazı ictimaiyyətə təqdim olunduqdan sonra Moderator.az-a bir neçə sahibkardan müxtəlif siqnallar gəlməyə başlayıb və xüsusən də İlqar Əhmədovun çoxşaxəli vergi macəraları haqqında ilginc informasiyalar daxil olub. Həmin şəxslər israrımıza baxmayaraq hələ suların qismən durulmasını və Fazil Məmmədovun komandası haqqında hüquqi müstəvidə araşdırma başlanılacağı günü səbrsizliklə gözlədiklərini, yalnız kələfin ucu çözülməyə başlandıqdan sonra irəli duracaqlarını bildirblər. Onlar sahibkarların necə dolaşdırıldığını, bank hesablarına necə həbs qoyulduğunu, şantaj edilərək var-yoxlarının əllərindən alındığını danışıblar və əllərində tutarlı faktların olduğunu deyiblər. Onların iddiasına görə əvvəllər də vergi orqanları ilə çeşidli problemlər yaşayıblar, amma müxtəlif yollarla vergiyığıanlarla "dil tapmaq" mümkün olurmuş. Son iki devalvasiya isə vergi müfəttişlərinin üzünü elə döndərib ki, onlar keçmiş "salam-əleyk"i unudaraq heç bir halda kompromisə getməyiblər və əksinə, dövlətə veriləcək vergidən xeyli artıq vergini tələb ediblər, bəzi məqamlarda isə nəinki tələb ediblər, zorla onların əlindən alıblar. Xəracyığanlar bu zaman məhz özlərinə yaxın olan bankların xidmətindən yararlanlıblar və məhz Fazil Məmmədovun nəzarətində olan “Atabank” bütün bu “dolanbac vergidaxilolmaları”na “ata”lıq edib. "Günaybank" və "Muğanbank" da bu zaman xeyli canfəşanlıq edərək nəinki kitabı bağlanan digər bankların aqibətini yaşamaqdan qurtulublar, hətta xeyli qabağa düşməyi bacarıblar. Sahibkarlar and-aman edir ki, ölkədəki sahibkarlıq mühitinə sarsıdıcı zərbə vuran “30 min manatlıq” nağdlaşdırma limiti, yəni bankdan bir dəfəyə 30 min manatdan artıq vəsaitin çıxarılmasına Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Vergilər Nazirliyinin birgə ideyası olan qadağaının tətbiq edilməsinə baxmayaraq məhz keçmiş nazirin sevimli müşavirlərindən olan İlqar Əhmədov kimi Fazil Məmmədova yaxın olan bir çox səlahiyyət sahibinin göstərişi nəticəsində istədikləri zaman istənilən məbləğdə vəsaiti nağdlaşdıraraq özününkiləşdiriblər. Daha doğrusu, bu zaman onlar sahibkarlığın qəbirqazanı olan inhisarçılıq kartını işə salaraq özlərinə yaxın olan şirkətlər üçün bank qapılarını taybatay açdıqları halda digər şirkətləri 30 min manatlıq limitdə boğublar.

Yeri gəlmişkən, həmin 30 minlik məhdudiyyətin sahibkarlığa ciddi zərər verdiyini Milli Məclisdə deputatlar açıq şəkildə dilə gətirmişdilər və spiker Oqtay Əsədov da iclasda iştirak edən Rüfət Aslanlını buna görə məzəmmət edərək məsələyə yenidən baxılmasını təklif etmişdi. Amma o göstəriş qulaqardına vuruldu, nəticədə vəziyyət dözülməz həddə gəlib çatdı.

Baş verənlər onu iddia etməyə əsas verir ki, təhsil naziri kürsüsündəki 4 illik fəaliyyəti dönəmində ölkədə islahatçı və rüşəvətə bulaşmamış nazir imici qazanmış Mikayıl Cabbarov yola salmaqda olduğumuz 2017-ci ildə kimsənin bayram ovqatını təlx etmək istəməsə də yeni ilin ilk ayından fazil Məmmədovun nazirlıikdəki şəbəkəsini darmadağın edəcək, bundan sonra isə sahibkarlara divan tutulmasının təşkilatçılarını da, icraçılarını da məhşər ayağıan çəkəcək. Bu zaman ölkə baş verənlərin miqyasını görmüş olacaq. Əgər sahibkarla qarşı gerçək səlib yürüşü təşkil etmiş səlahiyyət sahibləri haqq etdikləri cəzaları almasalar, vergi orqanlarının itirilmiş imicini yaxın gələcəkdə bərpa etmək mümkünsüz olacaq...

Mövzunu diqqətdə saxlayacağıq və növbəti yazılarımızda oxucuları əldə etdiyimiz maraqlı faktlarla tanış edəcəyik...
\\moderator.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru