Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                     Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: .....                     Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı .....                     Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib .....                     Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                 

"Xalq birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir"
Tarix: 23-12-2017, 15:16 | Çap et
"Xalq birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir"
Xəbər verildiyi kimi, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, əhalinin baş verən proseslərə münasibətinin müəyyənləşdirilməsi məqsədi ilə rəy sorğusu keçirmişdir. Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini dəstəkləyən respondentlər 84,7 faiz olub. Rəy sorğusunun nəticələri barədə Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin fikirlərini öyrəndik. O dedi:

– Mən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin rəy sorğusu ilə tanışam. Necə deyərlər, görünən dağa nə bələdçi? Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Regionda hər hansı bir layihə həyata keçirilən zaman Azərbaycanın rəyi öyrənilirsə, bizimlə məsləhətləşmələr aparılırsa, deməli, respublikamız sayılıb-seçilən dövlətlərdəndir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarımızın sayı-hesabı yoxdur. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində qəbul edilən dövlət proqramları, qanunvericilik aktları və həyata keçirilən tədbirlər dünyanın heç bir ölkəsində yoxdur. Artıq respublikamızda hər il bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanmasına adət etmişik. Ənənə halını alan bu xeyirxah missiya hər il minlərlə ailəyə ikiqat bayram sevinci bəxş edir. Bunların hamısı təbii ki, dövlətimizin başçısının demokratik proseslərə, insan hüquq və azadlıqlarının müdafiəsinə və əhalinin həyat tərzinin yaxşılaşdırılmasına verdiyi yüksək önəmin bariz nümunəsidir.

Rəy sorğusundan söhbət düşmüşkən qeyd edim ki, beynəlxalq təşkilatların da keçirdikləri rəy sorğularında Prezident İlham Əliyev müdrik dövlət başçısı, dünyada “Ən xeyirxah lider” kimi qəbul edilir. Bu ilin yayında Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrini xatırlatmaq istərdim. Həmin sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada “Ən xeyirxah lider” seçilib. Respondentlərə “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir” – sualı təqdim olunub. Rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. Onu da qeyd etmək vacibdir ki, xeyirxah liderlər sırasında Prezidentimizdən sonra ABŞ Prezidenti Donald Tramp ikinci, Ukrayna Prezidenti Pyotr Poroşenko üçüncü yerdə qərarlaşıb. Xatırladaq ki, Angela Merkel, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.

Bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik meyillərini müəyyənləşdirməklə proqnozların verilməsi və təkliflərin yaranmasına imkan verir. Hesab edirəm ki, Azərbaycanda belə sorğuların keçirilməsi zamanı respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz”– sualını verməyə ehtiyac yoxdur. Çünki xalq birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir, onun ətrafında sıx birləşib və alternativ namizəd görmür. Bunu rəy sorğusunun nəticələri də təsdiqləyir. Fikir verin, rəyi soruşulanların 85,2 faizi yenidən Prezident İlham Əliyevə səs verəcəyini bildirb.

Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib. Mən deyərdim ki, bu göstəricilər hələ azdır. Çünki hər bir kəs istəyir ki, yaşadığı ölkədə ictimai-siyasi sabitlik davamlı olsun, qarşıdurmalar olmasın. Özlərini demokratik ölkə kimi təqdim edən əksər dövlətlərdə hər gün qarşıdurmalar, icazəsiz mitinqlər, aksiyalar keçirilir. Yerli hakimiyyət isə həmin aksiyaları gözyaşardıcı qazla, çirkli sularla, rezin güllələrlə, polis dəyənəkləri, atlar və itlərlə dağıdır. Bizim ölkəmizdə isə mitinq və aksiyalar keçirmək üçün şəhərin mərkəzində müvafiq yerlər ayrılıb. Hətta aksiya iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qorunur. Təbii ki, insanlara belə şərait yaradan dövlət başçısı növbəti illərdə də xalqın böyük etimadını qazanmalıdır.

Rəyi soruşulanlara Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi də təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildirib. “Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasəti dəstəkləyirsinizmi” sualına respondentlərin 84,7 faizi “bəli” cavabını verib. Bu da təbiidir. Son illər Azərbaycanın səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də təsadüfi deyil. Bu, ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olmasını təsdiqləyən təkzibolunmaz faktdır.

Daxili siyasətə gəlincə isə, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, regionlarda yeni istehsal və sənaye müəssiələrinin yaradılması, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına əlverişli şəraitin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, maaşların, pensiyaların yüksəldilməsi, həmçinin ordu quruculuğuna xüsusi önəm verilməsi xalqın ürəyincədir. Bütün bunlardan sonra növbəti prezident seçkilərində seçicilərin dövlətimizin başçısı cənab İlham Əliyevə alternativ namizəd görməməsi təbiidir.

("Xalq" qəzeti)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Bu gün, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Bu gün, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Bu gün, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Bu gün, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Bu gün, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru