Milyonların qazanıldığı saxta diplom məsələsi Ramiz Məmmədovla yekunlaşır? - İDDİA
Tarix: 12-12-2017, 10:02 | Çap et
 Gəncə Ağır Cinayətlər Məhkəməsində işinə baxılan, hazırda istintaq təcridxanasında saxlanılan Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovla bağlı Faktinfo.az maraqlı məlumatlar əldə edib.
Məlumata görə, bir zamanlar Gəncədə çox böyük nüfuz sahibi olan, dövlət tədbirlərində bir qayda olaraq öndə dayanan, YAP-ın fəallarından sayılan, xeyriyyəçi şəxs kimi tanınan,onlarla yetim uşağı sünnət etdirən Ramiz Məmmədova birdən-birə münasibətin dəyişilməsi, onun haqqında cinayət işinin başlanılmasına dair sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsi heç də saxta diplom qalmaqalı ilə bağlı olmayıb. Əgər elə olsaydı, onda bütün filial direktorları məsuliyyətə cəlb edilərdi- deyə daxil olan məlumatlarda bildirilir. Hətta, ölkədə fəaliyyət göstərən bir çox təhsil müəssisələrində saxta diplom verilməsinə dair yoxlamalar aparmaq, istintaq başlatmaq mümkün olardı. Onlarla universitet rəhbəri saxta diplom verilməsinə dair ittiham edilə bilərdi.
Ancaq nədənsə Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ərəfəsində yalnız iki şəxs – Qazax filialının direktoru İsa Veyisov və Gəncə filialının direktoru Ramiz Məmmədov hədəf seçilir.
Məlumat üçün xatırladaq ki, İsa Veyisovun məhkəməsi bir neçə il əvvəl yekunlaşıb və o, azadlıqdan məhrum edilib. Ramiz Məmmədovun məhkəmə işi isə yuxarıda qeyd edildiyi kimi hazırda davam etdirilir.
İndi isə qayıdaq əsas məsələyə. Verilən məlumata görə, Ramiz Məmmədov işdən çıxarılmazdan əvvəl bir neçə dəfə Təhsil Nazirliyinə çağırılıb və ona təzyiqlər olunub. Bir müddət sonra isə ondan Gəncədə 1 milyon manat pul istənilib. Lakin R.Məmmədov yalnız 100-200 min manat arası vəsait düzəldə biləcəyini deyib. Nəticədə “sövdələşmə” baş tutmayıb və narazılıq yaranıb. Bir müddət sonra filialda ciddi yoxlamalar aparılıb və sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Bu arada səlahiyyət sahibi olan bir neçə təhsil işçisi Azərbaycan Müəllimlər İnstitutunun o vaxtkı direktoru Aqiyyə Naxçıvanlını vəzifədən kənarlaşdırmaq, ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırmaq və zərərsizləşdirmək istəyən qüvvələr onun əleyhinə R.Məmmədovdan ifadə almağa çalışsalar da, buna da nail olmayıblar.
R.Məmmədov nəinki A.Naxçıvanlının, ümumiyyətlə iş birliyində olduğu digər heç bir şəxsin əleyhinə ifadə verməyib. Ancaq ondan fərqli olaraq, İsa Veyisov 10-dan artıq vəzifəli şəxsə külli miqdarda rüşvət verdiyini etiraf edib. Bütün bunlar barəsində zamanla ölkə KİV-də məlumatlar yer alıb.
Onu da qeyd edək ki, vaxtilə Azərbaycan Müəllimlər İnstitutunun çoxlu sayda filialı fəaliyyət göstərib və əgər kütləvi saxta diplom faktları mövcud olubsa, onda 15-20 milyon manatlardan söhbət getməlidir. Bəs həmin pullar haradadır, kimlərin cibinə gedib? Əgər R.Məmmədov külli miqdarda qazanc əldə edibsə, niyə həmin pulların hesabına vəziyyətdən çıxa bilməyib?
Faktinfo.az-a verilən məlumatlarda xüsusi önəm kəsb edən bir məsələyə də toxunulur. Məsələ burasındadır ki, saxta diplom qalmaqalına görə şikayətçilərin hamısı ilə razılıq əldə olunub. Yalnız bir neçə zərərçəkən qalıb ki, onları da razı salmaq üçün 40-50 min manat vəsait tələb olunur. Əgər Gəncə filialının direktoru həqiqətən milyonlar mənimsəyibsə, niyə həmin pulu tapıb verə bilmir? Axı, bir zamanlar onun milyonları mənimsədiyindən söhbət gedirdi.
Məlumata görə, artıq Təhsil Nazirliyinin məsul şəxsləri də baş verənlərin fərqindədir. Onlar da anlayırlar ki, R.Məmmədov təkbaşına bu qədər saxta diplom verə bilməzdi. Çox güman ki, filial direktoru kimlərinsə göstərişini yerinə yetirmək məcburiyyətində qalıb.Görəsən, həmin göstərişi verənlər, milyonları mənimsəyənlər niyə məsuliyyətə cəlb edilmir?

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Bu gün, 16:20 |
|
|
|
| • Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Bu gün, 16:18 |
|
|
|
| • “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Bu gün, 16:16 |
|
|
|
| • AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 16:12 |
|
|
|
| • Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Bu gün, 16:10 |
|
|
|
| • Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Bu gün, 16:08 |
|
|
|
| • Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Bu gün, 15:59 |
|
|
|
| • Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29 |
|
|
|
| • Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16 |
|
|
|
| • “Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13 |
|
|
|
| • İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11 |
|
|
|
| • “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03 |
|
|
|
| • TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55 |
|
|
|
| • Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12 |
|
|
|
| • Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07 |
|
|
|
| • Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04 |
|
|
|
| • Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58 |
|
|
|
| • "Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57 |
|
|
|
| • Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52 |
|
|
|
| • 208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48 |
|
|
|
| • Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47 |
|
|
|
| • Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41 |
|
|
|
| • Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35 |
|
|
|
| • Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27 |
|
|
|
| • Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18 |
|
|
|
| • AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16 |
|
|
|
| • "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09 |
|
|
|
| • Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03 |
|
|
|
| • YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59 |
|
|
|
| • Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • 16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36 |
|
|
|
| • "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35 |
|
|
|
| • “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
| • Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18 |
|
|
|
| • "Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09 |
|
|
|
| • "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05 |
|
|
|
| • Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56 |
|
|
|
| • Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54 |
|
|
|
| • Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52 |
|
|
|
| • Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44 |
|
|
|
| • Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42 |
|
|
|
| • Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29 |
|
|
|
| • Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27 |
|
|
|
| • Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56 |
|
|
|
| • “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55 |
|
|
|
|