Beyləqanda səhiyyə sistemi iflic vəziyyətdə - İTTİHAM VAR
Tarix: 11-09-2017, 11:35 | Çap et
 Bu gün ölkənin əksər xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır. Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Belə tibb ocaqlarından biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasıdır. Rayon sakinlərinin verdiyi məlumata görə, xəstəxanada əhaliyə normal normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə xəstəxana rəşbərliyindən narazılıqları artırır. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir. Beyləqan sakinlərinin sözlərinə görə, xəstəxananın baş həkimi Əli Məmmədov cərrah kimi cərrahdır, amma baş həkim kimi bacarıqsız və idarəçilik fəaliyyəti sıfıra bərabərdir. Məhz idarəçilik təcrübəsi olmadığından xəstələrdən pul çırpışdırmağı özünə qənimət sayan baş həkim dövlətin bu istiqamətdə ayırdığı vəsaiti qayçılamaqla kifayətlənmir. İddia olunur ki, Əli Məmmədov müxtəlif dərman firmaları ilə sövdələşərək xəstələrə firma dərmanlarını sırıyır. Sakinlər bildirir ki, dövlət tərəfindən xəstəxanaya ayrılan müxtəlif adda dəriman pereperatlarını və digər tibb ləvəzimatlarını qardaşına məxsus aptekdə satdırır. Xəstələrinə bahalı dərmanlardan ibarət resept yazan Əli Məmmədovun məqsədi bu yolla daha çox gəlir əldə etməkdir. Belə ki, bütün firmalar bu reseptlərə görə həkimlərə faiz ödəyir. Ötən il media yazırdı ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Əli Məmmədovun imza atdığı maliyyə maxinasiyaları heç də kiçik kəmiyyətlə ölçülmür. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayır. Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb. Bu işlər də "Araş Medikal” MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə "Aysu-2” MMC-yə həvalə edilib. Bu yolla da ayrılmış vəsait 17905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində-formal aparılıb. Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin deməsinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: "Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman "Paritet” MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub”. Məlimatlar bununla yekunlaşmır. Beyləqanda Reportyor.tv-yə verilən məlumata görə baş həkimin benzin maxinasiyası da faciəyə səbəb olub. Təcili yardım avtomobillərinə ayrılmış benzin satılaraq baş həkimin cibinə gedirmiş. Sürücülər təcili yardım maşınına yanacağı öz hesablarına vururmuşlar. Çağırışların birində təcili yardım maşınında benzin qurtararaq yolda qalıb. Maşında olan ağır xəstə xəstəxanaya vaxtında çatdırılmadığından vəfat edib. Bir neçə il əvvəl isə morqa diri adamın göndərilməsi qalmaqalı yaşanmışdı. 2017-ci ilin əvvəlində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlandı. Beyləqan rayon xəstəxanası bir aydan çox təftiş olundu. Qeyd olunur ki, Maliyyə Nazirlyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalarda baş həkim Əli Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyi aşkarladılar. Xəstəxanadan adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, ortaya çıxan maliyyə pozuntuları o qədər böyük olub ki, baş həkim şöbə müdirlərindən və tibb personalından "hərəkətə” gəlməyi tələb edib. Düzdür, dövlətə dəyən maddi ziyan Əli həkim tərəfindən ödənilib. Ancaq böyük yeyinti faktlarını dəymiş maddi ziyanı ödətməklə bağlamaq olmazdı. İş mütləq Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməli idi.Əgər bu baş versəydi Əli Məmmədov baradə cinayət işi başlanmalı idi. Görünür Maliyyə Nazirliyinin işçiləri yekun nəticəni Baş Prokurorluğöa göndərməkdə maraqlı olmayıb. Hər halda Maliyyə Nazirliyi məsələyə aydınlıq gətirə bilər, həmçinin Əli Məmmədov da.
Mövzuya qayıdacağıq. www.xalqxeber.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16 |
|
|
|
| • “Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13 |
|
|
|
| • İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11 |
|
|
|
| • “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03 |
|
|
|
| • TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55 |
|
|
|
| • Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12 |
|
|
|
| • Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07 |
|
|
|
| • Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04 |
|
|
|
| • Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58 |
|
|
|
| • "Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57 |
|
|
|
| • Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52 |
|
|
|
| • 208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48 |
|
|
|
| • Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47 |
|
|
|
| • Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41 |
|
|
|
| • Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35 |
|
|
|
| • Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27 |
|
|
|
| • Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18 |
|
|
|
| • AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16 |
|
|
|
| • "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09 |
|
|
|
| • Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03 |
|
|
|
| • YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59 |
|
|
|
| • Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • 16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36 |
|
|
|
| • "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35 |
|
|
|
| • “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
| • Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18 |
|
|
|
| • "Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09 |
|
|
|
| • "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05 |
|
|
|
| • Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56 |
|
|
|
| • Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54 |
|
|
|
| • Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52 |
|
|
|
| • Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44 |
|
|
|
| • Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42 |
|
|
|
| • Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29 |
|
|
|
| • Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27 |
|
|
|
| • Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56 |
|
|
|
| • “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55 |
|
|
|
| • Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53 |
|
|
|
| • General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27 |
|
|
|
| • “Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
| • Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07 |
|
|
|
| • Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56 |
|
|
|
| • "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52 |
|
|
|
| • Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50 |
|
|
|
|