Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                     Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: .....                     Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı .....                     Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib .....                     Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                 

Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb... - FOTOFAKT
Tarix: 25-08-2017, 11:20 | Çap et
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Son illər Azərbaycanda dələduzluq əməllərinin hədsiz çoxaldığı, insanların etibarından, sadəlövlüyündən, yaxud asan yolla varlanmaq tamahından, o cümlədən hüquqi savadsızlığından sui-istifadə edən fırıldaqçıların yağışdan sonra göbələk kimi artdığı məlumdur. Ən müxtəlif, o cümlədən innovativ sxemlərdən, ağlagəlməz fəndlərdən istifadə edən belələrinin toruna düşüb pullarını güdaza verənlər sonra hüquq-mühafizə orqanlarına şikayət edib heç olmasa dələduzların cəzalandırılmasına nail olmağa çalışırlar. Nəticədə müstəntiqlərin masalarının üstü dələduzluq maddəsi ilə qaldırılmış cinayət işləri ilə dolub-daşır, məhkəmələrdə isə az qala hər üç-dörd işdən biri dələduzluq əməli ilə bağlıdır. O cümlədən redaksiyamıza vaxtaşırı olaraq dələduzların əməllərindən zərərçəkənlər müraciət edir, başlarına gələni ictimailəşdirir.

Növbəti belə qurbanların başlarına gələnlər əslində Bakıda geniş rast gəlinən dələduzluq əməlləridir. Söhbət Bakıətrafı kənd və qəsəbələrin torpaqlarını icra hakimiyyəti orqanlarından “kənd təsərrüfatı ilə məşğul olmaq” adı altında uzun müddətə icarəyə götürən, sonra bu torpaqları bölüb fərdi ev tikmək istəyən vətəndaşlara satan və onları torpaq sahəsinə dair bütün mülkiyyət sənədlərinin qaydasında olduğuna inandıran dəllaların əməllərindən gedir.

Redaksiyamıza müraciət edən şikayətçiləri həmin sxemlə aldadan torpaq dəllalı Vəsait Məlikov (yaxud sənədlərdə göstərildiyinə əsasən Vəsahid) əslən Şamaxı rayonundandır və Bakının Xəzər rayonu ərazisində fəaliyyət göstərib. Onun əməllərindən zərər çəkənlərin sayının onlarla olduğu təxmin edilir. Hələlik isə zərərçəkənlərdən bir neçəsi virtualaz.org saytına müraciət edib, başlarına gələnləri-Vəsait Məlikov tərəfindən necə aldadılıb vəsaitlərinin mənimsənildiyi barədə danışıb.

Şikayətçilərdən biri-Bakı şəhəri, Xətai rayonu, B.Süleymanov küçəsi, ev 16-da yaşayan, 1986-cı ildə anadan olmuş Firuz Fəxrəddin oğlu Hümbətov bildirir ki, Vəsitlə 2015-ci ilin əvvəllərində özünə fərdi ev tikmək məqsədi ilə Qala qəsəbəsində torpaq sahəsi axtararkən rastlaşıb. Ona bu qəsəbə ərazisində torpaq satışı işlərinə baxan və “kifayət qədər güclü əlaqələri olan” dəllalı nişan veriblər. Firuz Hümbətov bildirir ki, Vəsaitlə anlaşaraq ondan Qala qəsəbəsi ərazisində sotu 1200 manatdan 6 sot torpaq sahəsi almaq üçün anlaşıb. Bu minvalla Vəsaitə 7200 manat verib.


Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Şikayətçilər

Şikayətçinin dediklərindən: “Pulu verərkən Vəsait Məlikovdan soruşdum ki, həmin torpaq sahəsində ev tikərkən problemlə üzləşmərəm ki? O da əminliklə cavab verdi ki, heç bir problem olmayacaq, çünki torpaq sahəsinə dair bütün sənədlər qaydasındadır. Əgər hansısa problem yaransa mənə öz şəxsi torpağından həmin ölçüdə ayırıb verəcək, yaxud pulumu qaytaracaq. Və bildirdi ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən “çıxarış” (torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sənəd-red.) mövcuddur, torpağın alqı-satqısı həmin çıxarış əsasında olacaq”.

Lakin məsələ alqı-satqını rəsmiləşdirməyə gələndə Vəsait Məlikov vətəndaşa torpaq sahəsinə dair notariat kontorundan verilmiş Etibarnamə təqdim edir. Və onu əmin edir ki, gedib arxayın yata bilər, çünki həmin torpaq sahəsinin mülkiyyətçisidir. Və Vəsait torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyətindən uzunmüddətli icarəyə götürüldüyünə dair sənədlərin surətini də ona təqdim edir. “Dedi narahat olma, tezliklə çıxarışı da verəcək, üstəlik torpaq sahəsində tikəcəyim fərdi evə “kupça” almaqda da mənə kömək göstərəcək”-şikayətçi bildirir.

Bir müddət sonra vətəndaş aldığı torpaq sahəsində tikinti aparmaq üçün yerli icra orqanına müraciət edəndə və Vəsaitin verdiyi sənədləri göstərəndə aldığı cavabdan heyrətə gəlir. Ona deyirlər ki, həmin torpaq sahəsi ancaq kənd təsərrüfatı məqsədi ilə istifadə oluna bilər, orada tikinti aparmaq qeyri-mümkündür və qanunsuzdur. Firuz Hümbətov Vəsaitin ona verdiyi sənədləri yalnız bundan sonra araşdırır, müəyyən edir ki, həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Vəsait Məlikovun oğlu Vüsal Məlikova “kənd təsərrüfatı məqsədli” 99 illiyə icarəyə verilib. Və icarə müqaviləsində göstərilib ki, bu torpaq başqa təyinatla istifadə edilə bilməz. Beləliklə, vətəndaş aldadıldığını başa düşür, pulunu geri almağa nail ola bilmir və qərara alır ki, hüquq-mühafizə orqanlarına Vəsait Məlikovun əməllərindən şikayət etsin.

Digər şikayətçi-Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 16A ünvanında yaşayan, 1978-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Aleksandr Valeryeviç Litvinov da Vəsait Məlikov tərəfindən eyni sxemlə aldadılıb. Fərq ondadır ki, Litvinovdan mənimsənilmiş pulların məbləği daha çoxdur, 100 min manata yaxındır.


Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Vəsait Məlikov

Şikayətçi deyir ki, o, Vəsait Məlikovun toruna biznes qurmaq məqsədi ilə Binə qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəyərkən düşüb. O, Vəsaitlə 2013-cü ilin mayında tanış olub. Söhbət əsnasında Vəsait Məlikov bildirib ki, Binə qəsəbəsi ərazisində ona məxsus torpaq sahəsi var və satır. Litvinov Fazil Məşədiyev adlı şəxslə ( o da Vəsaitin əməllərindən zərərçəkənlərdən biridir) Binə qəsəbəsinə gedir, torpaq sahəsinə baxıb bəyənir. Vəsait Məlikov ona torpaq sahəsinin cəmi 80 sot olduğunu, hər sotunu 4 min manatdan satdığını deyir, vətəndaşı inandırır ki, torpaq sahəsinin mülkiyyət hüququna dair bütün sənədlər qaydasındadır. Litvinov 20 sot torpaq sahəsi almağa razılaşır və pulun 73.500 manatını nəğd, qalan 6500 manatının əvəzində isə BMW markalı avtomobilini verir.

Lakin pulu alandan sonra Vəsait notariat kontorundan verilmiş Etibarnaməni, torpaq sahəsinin icarədə olduğuna dair sənədlərin surətini ona təqdim edir. Və vəd verir ki, torpaq sahəsində mülkiyyət hüququnu təmin edən sənədi də tezliklə verəcək. Lakin Litvinova aydın olur ki, həmin torpaq sahəsi V.Məlikovun oğluna ancaq kənd təsərrüfatı məqsədli icarəyə verilib və özəlləşdirilə bilməz.

Litvnov Məlikovdan pullarını geri almaq üçün səylər göstərməyə başlayır, ancaq yenə də aldadılır. Bir müddət sonra Vəsait ona bildirir ki, aldığı sahəyə bitişik, “çox ucuz qiymətə” daha 10.8 sot torpaq var və onu 20 min manata satır. “Dedi əgər bu torpaq sahəsini də alıb əvvəlkinə birləşdirsən hər ikisinə birgə çıxarış düzəldib verəcək. Ona inanıb daha 20 min manat verdim, amma Vəsait Məlikov vəd etdiyi sənədi düzəldib vermədi, pulu geri istəyəndə isə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladı”-şikayətçi bildirir.

Belə məlum olur ki, Litvinov aldığı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi gözlədiyi müddətdə torpağı hasarlayıb, bu işə daha 7 min manat sərf edib. Ancaq yerli icra hakimiyyəti orqanları hasarı dağıdıblar və bildiriblər ki, ərazidə tikinti qanunsuzdur. Litvinov V.Məlikovu axtarmağa, ondan pullarını geri almağa çalışır, ancaq aldadıldığını dərk edərək nəhayət qərara alır ki, hüquq-mühafizə orqanlarına müraciət etsin.

Vəsait Məlikovun daha bir neçə şəxsə, o cümlədən Məşədiyev Kənan Fazil oğluna Qala qəsəbəsindən 17 sot və 60 sot olmaqla bu sxemlə torpaq satıb, Şıxəliyev Rəşad Əliheydər oğlunu da həmin qəsəbədə 11 sot torpaq “qanuni torpaq” satmaqla aldadıb, pullarını mənimsəyib.

Virtualaz.org-a məlum olub ki, hər yerdə özünü nüfuzlu şəxslərlə, yüksək vəzifəli məmurlara yaxın münasibətlərə malik olan şəxs kimi tanıdan V.Məlikov bəzi iri tikinti şirkətlərini də eyni sxemlə aldatmağa, onlara da kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaqları tikinti məqsədi ilə satmağa və nəticədə daha böyük vəsaitlər mənimsəməyə nail olub. Həmin şirkətlər də bu şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşırlar...

virtualaz.org Vəsait Məlikov tərəfindən aldadılan başqa şikayətçiləri də dinləməyə hazırdır. Belələri öz şikayətlərini saytımızın elektron poçtuna göndərə, yaxud telefonla çatdıra və ya birbaşa müraciət edə bilərlər.

Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru