Azərbaycan neftinin qiyməti 118 dolları keçib .....                     Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... .....                     Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? .....                     İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                 

CAVİD QURBANOVUN QOLLARINA QANDAL VURULA BİLƏR
Tarix: 24-09-2013, 15:59 | Çap et
CAVİD QURBANOVUN QOLLARINA QANDAL VURULA BİLƏR
DİA.AZ: - Bir neçə gün öncə bölgələrə səfər edən dövlət başçısı İlham Əliyev cəza planlarının anonsunu verdi. Dövlət başçısı bəzi məmurları yenidən “qudurğan” adlandırdı. Belə məmurlar sırasında xüsusilə "Azəryolservis"in rəhbəri, deputat Cavid Qurbanovun adı qırmızı xətlə keçir. DİA.AZ bildirir ki, bu barədə 30gun.az xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, İlham Əliyevin Bərdədə səfərdə olarkən verdiyi bir bəyanat da bunun bir növ təsdiqi kimi xarakterizə edilə bilər.

Dövlət başçısı deyib: “Bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm”.

Bu bəyanat onu göstərir ki, böyük əksəriyyəti ehtiyac içərisində yaşayan, banklara borcu olan xalqın nazirlərin korrupsiya yolu ilə topladıqları pullar hesabına təmtəraqlı, əndazəni aşan həyat tərzi keçirməsinin, bunun müqabilində sadə insanlara zülm vermələrinin cəmiyyətdə aqressiya yaradan əsas amil olduğunu prezident dəqiq bilir.

Bu arada 30gun.az-a daxil olan məlumatlarda da qeyd edilir ki, Prezident Administrasiyasında məmur korpusu ilə bağlı bəlli bir plan var. Əsas məsələ odur ki, hakimiyyət vurulacaq məmurların siyahısın hazırlayıb. Artıq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun adı həmin qara siyahıda xüsusi yer tutur. Məlumatlara görə, Cavid Qurbanovun son illər ərzində özbaşınalıqları, korrupsiya və maxinasiyalar hesabına milyonlara gəlir əldə etməsi barədə dövlət başıçısına dosye təqdim edilib. Prezident Cavid Qurbanovun zəngin oliqarxa çevrilməsindən və ona yaxın böyük iş adamları ilə birgə gecə əyləncələrinə qatılmasından kifayyət qədər məlumatlıdır.

Qeyd edək ki, bəzən milyonlarla pul xərcləyib, dünya səviyyəli ulduzları məmur təbəqəsi məclislərinə, ad günlərinə gətizdirirlər; bu barədə yazılan yazılar da hər kəsin yadındadır. Lakin ölkəmizin tanınan müğənnilərindən də tez-tez bu məqsədlə istifadə olunur. Bu zaman xaricdən təyyarə ilə gətirilən dünya miqyaslı ulduzlara ödənən paralardan dəfələrlə az pul xərclənir. Lakin onlara da verilən məbləğlər heyrət və “hörmət” doğurur. Bəzən onlar gecəyarı hansısa müğənnini yuxudan qaldırıb məclislərinə gətirdir, yuxulu sənətçini sabahlara qədər oxudur, sonda da ona o qədər yüksək qonorar ödəyirlər ki, müğənni(lər) gecənin yuxusuzluğundan şikayətçi belə olmurlar... Belə hadisələrdən biri də dəfələrlə “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin üzvü Cavid Qurbanovun ifasında baş verir. Bir müddət əvvəl deputatın “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Arif Əsgərova məxsus restoranda gecə yarısı çıxardığı hoqqa və üç müğənniyə (biri xanım oxuyanlardandır) 150 min dollar pul xərcləməsi əsl sensasiya nümunəsidir. Bu barədə redaksiyamıza C.Qurbanovun bir gecəsinin şahidləri danışıblar. Onlar həmin əyləncə gecəsinin, belə demək mümkünsə, “texniki dəstəyini” təşkil ediblər. Ümumiyyətlə, məlum olur ki, C.Qurbanovun əyləncə gecələri bir qayda olaraq Binəqədi rayonu ərazisində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova məxsus restoranda (məşhur “Zəngəzur” restoranı ilə üzbəüz) təşkil edilir. Restoran xarici görkəmi ilə başqalarından bir elə seçilmir, əksinə, sadə bir obyekt təsiri bağışlayır. Ancaq obyekt böyük bir ərazini əhatə edir və burada iri, hər cür şəraiti olan xüsusi təyinatlı zallar var. Onlardan biri C.Qurbanovun sərəncamındadır. Deputat işdən kənar vaxtlarını adətən məhz burada keçirir. Deputatın qeyri-adi özəlliklərindən biri də budur ki, o, əyləncələrinə mütləq sənətkarların bir dəstəsini qatmalıdır. Əksərən də gecə saatlarında, məsələn, saat 23-24, bəzən daha gecə saatlarda hansısa müğənni yadına düşür və onun ifasını canlı izləmək üçün həmin müğənnini restorana dəvət edir. Bu zaman müğənninin yatıb-yatmaması, bunu istəyib-istəməməsi deputatın qərarını dəyişmir - onu yuxudan oyadıb restorana gətirirlər. Təbii ki, onun əliaçıqlığını və ağlasığmaz qonorar ödədiyini bilən müğənnilər bu dəvətə qətiyyən etiraz etmirlər. “Bir gecənin şahidləri” qismində qeyd etdiyimiz vətəndaşlarımız bu barədə redaksiyamıza deyiblər ki, Cavid Qurbanov ənənəvi məkanında əylənərkən, çox gec saatlar olmasına rəğmən oraya 3 müğənni gətizdirir. Onlardan biri Qurbanovun sevimli müğənnilərindən olan Vasif Məhərrəmli olub. Digər ikisi isə ölkənin tanınan iki xanım oxuyanı olub - müğənni Xatirə İslam və son zamanlar daha çox “biznes ledi” kimi təqdim olunan başqa bir xanım (onu da adı bizə bəllidir, lakin bir sıra etik mülahizələrə və indiki durumunu da nəzərə alaraq, adını açıqlamırıq - red.). C.Qurbanov müğənniləri oxudur - ikisində problem olmur. Zatən, kiçik bir ansambl da orada müntəzirmiş. Lakin “biznes ledi” ayamalı müğənni qayıdır deyir ki, pianino olmasa, o, oxuya bilməz; onu pianoda kimsə müşayiət eləməlidir. Xanımın kaprizi Cavid Qurbanovun nəşəsini əngəlləyə bilmir. Fərqlənmək, gücünü göstərmək üçün bundan da gözəl imkan ola bilərmi? Əsabələrinə tapşırıq verir - pianino tapılsın və bu özündənrazı xanım müğənninin bəhanələri kəsilsin: “Bu gecə bunu səhərə kimi oxudacağam”, replikasını da fısıldayır yaxınındakı köməkçilərinə. Gecə saat 2 radələrində Bakının “Azadlıq” prospektindəki pianino mağazalarından biri açdırılır; bir pianino seçilib, maşına yüklənir, aparılır; akomponiment üçün sənətkar da tapılır, yuxudan qaldırılır və gətirilir məmurun əyləndiyi məkana. Bütün bunlar cəmisi saat yarım zaman alır. Bu vaxta qədər Cavid bəy yeyib içməyində, gətizdirdiyi digər müğənnilərə qulaq asmağında; “biznes ledi” ləqəbli qürurlu və kaprizli müğənni isə hikkə ilə gözləməyindədir. Ona Vasif Məhərrəmlinin vasitəsi ilə 15 min dollar veriblər; bu gecə oxusa da, oxumasa da, buradadır. Nəhayət, saat 03.20 radələrində pianino səhnəyə çıxarılır, müşayiət üçün gətirilən sənətçi taburetkasına əyləşir və xanım oxumağa başlayır... Həmin gecə Cavid Qurbanov yalnız müğənnilərin qonorarlarına 150 min dollar ödəyib (120 min Vasif Məhərrəmliyə, 15 min dollar Xatirə İslama, 15 min dollar da “biznes ledi” ayamalı, kaprizli və qürurlu müğənniyə). Şahidlər deyirlər ki, Aşıq Şəmşirin nəvəsi sənətçilərə pul xərcləməkdən xüsusi zövq alır. Lakin bizim zənginlərdən fərqli olaraq, ermənilərin varlıları pullarını siyasətə xərcləməkdən zövq alırlar... Ümumiyyətlə, “Azəryolservis” şefini Cavid Qurbanovun yüngül həyat tərzinə meylliliyi hakimiyyətin üst düzəyinə, xüsusi ilə də nəqliyyat naziri Ziya Məmmədova da məlumdur. Onun bu hərəkətləri daha çox Ziya Məmmədovda narahatçılıq yaradır (“Azəryolsevis” ASC İdarə Heyətinin sədri statusuna görə nəqliyyat nazirinin müavini sayılır - red.), ona yuxarıların yanında Ziya müəllim məsuldur. Oğlunu bir təhər əyləncə həyatından yığışdırsa da, çox yaxınında olan Cavid Qurbanovun hərəkətlərində nizam yarada bilmir. Məhz bu səbəbdən də C.Qurbanov bir növ, yarımgizli əylənir - yalnız bir məkanda, həm də gecədən xeyli keçmiş... Lakin bu yazıdan da göründüyü kimi, cidanı çuvalda gizlətmək olmur. Başqa bir mənbə isə iddia edir ki, C.Qurbanov imkan düşən kimi xaricə çıxır və orada da bahalı əyləncələrini davam etdirir. Bu yaxınlarda o, Türkiyədə yaxınlarına dəbdəbəli ad günü də keçirib. Bundan başqa, ekzotika həvəskarı olan C.Qurbanov Patamdar qəsəbəsində 1 hektar ərazini satın alıb, sakinlərə təzminat ödəməklə, bir çox evləri sökdürüb və boşalan ərazidə əzəmətli bir villa tikdirib. Belə nəhəng ərazidə, üstəlik də Patamdarda bu cür villa tikdirməyə heç oliqarx nazirlər də qol qoymur. Bu məmur isə dəbdəbə və əyləncə xəstəsidir - göstərişli olan hər şeyi sevir... Yada salaq ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev də məhz bu cür vərdişlərin və dəbdəbəli həyat tərzinin qurbanı olub. 50 yaşını dəbdəbəli qeyd etməsi, ziyafətdə deyilən sağlıqlar sabiq nazirin karyerasına son qoymuşdu. Yeri gəlmişkən, H.Babayevin də hakimiyyətin üst qatına birbaşa çıxışı var idi. Ancaq bu, onu xilas etmədi - əvvəlcə əmlakı, sonra vəzifəsi əlindən alındı. Bütün bunlardan sonra bir məsələ aydın olur. Bizim görməmiş varlılarımızın bir başqa Azərbaycanı var. Bizim üçün vətən, onlar üçün gəlirli iş yeri və əyləncə məkanı olan Azərbaycan...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru