"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" .....                     Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır .....                     Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət .....                     “Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” .....                     "Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" .....                     İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: .....                     Uşaqların gözündə gecə qorxusu: .....                     Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib .....                     General-mayor işdən çıxarıldı .....                     İran və İsrail KİV-nin səhifələrindən “qan damır” .....                     Avrointeqrasiyanın "seçkili" qurbanları .....                     Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? .....                     Moldovada keçirilən referendumun ilkin nəticələri .....                     326 milyonluq qaçaqmalçılıq... .....                     Nazirin nəzərindən yayınanlar... .....                     326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin .....                     Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi .....                     Ağadadaş Ağayevin məhkəməsi başlayır .....                     Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam .....                     Fərqanə həbsdə olan həyat yoldaşı haqda: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir .....                     Məktəblərdə din tədris olunacaq? .....                     İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi .....                     İrəvan yeni savaşın vaxtını təyin edib: .....                     Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır .....                     Gömrük Komitəsi 59 min manata güllər alır .....                     Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir .....                     UNEC-də yeni təyinat: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh .....                     Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? .....                     Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? .....                     Alkoqollu içkilərdən yalnız arağın .....                     “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə .....                     Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı .....                     “Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” .....                 

İŞ ADAMI FHN ŞEFİNİN ADINDAN İSTİFADƏ EDİR
Tarix: 15-08-2013, 12:57 | Çap et
İŞ ADAMI FHN ŞEFİNİN ADINDAN İSTİFADƏ EDİR
Virtualaz.org saytının redaksiyasına Bakının Alatava qəsəbəsindəki daş bazarı ilə bağlı ilginc məlumat daxil olub. Xəbərdə bildirilirdi ki, Alatava, 2 ünvanında yerləşən daş bazarı narkomanların məkanına çevrilib. Axşamlar daş bazarındakı səyyar kafelərə toplaşan narkomanlar səhərədək yüngülxasiyyətli qadınlarla əylənir, qumar məclisləri də təşkil edirlər.

Adının açıqlanmasını istəməyən yük maşını sürücülərindən bir qrupunun sözlərinə görə, kafe əməkdaşları hər gün səhər tezdən bazar ərazisinə atılmış birdəfəlik şprisləri toplayaraq torpağa basdırırlar. Bununla da daş bazarının narkomanların oylağı olduğunu göstərən izləri və dəlil-sübutu gizlətməyə çalışırlar...

Bu məlumat bizə çox maraqlı gəldiyi üçün deyilən ünvana üz tutduq. Uçub-dağılmış yollar, ətrafı basmış zibil tayaları, köhnə, yararsız maşınlarla və dəmir-dümürlə dolu olan bu ərazi ilk baxışdan xarabalığa bənzəyir. Bir qədər irəlidə isə sayı-hesabı bəlli olmayan səyyar satış obyektləri sıralanır.

Bazardakı antisanitariya vəziyyəti ərazini daha da dözülməz edib. Qeyd etdiyimiz kimi, bazarda saysız-hesabsız, pinti görkəmli səyyar və oturaq çayxana, pivəxana və kafelər də fəaliyyət göstərir. Ətrafı bürümüş kabab iyi bazara girənlərə “gəl-gəl” deyir. Amma sanki illərdir silinməyən masalar, sınıq və çirkli qablarda təqdim edilən yeməklər adamı iyrənməyə salır.



Amma kafe və çayxanalarda müştərilər kifayət qədərdir. Çünki bazarda alver edənlərin başqa seçim imkanı yoxdur. Müştərilərə təqdim edilən yeməklərdə istifadə olunan ərzaqlarla, mətbəxin durumu ilə maraqlanmaq istəyirik. Aldığımız cavab isə... Çəkiliş aparmağımıza imkan vermirlər. Amma bu arada öyrənirik ki, müştərilərə təklif edilən ərzaqlar elə bazarlardan alınaraq birbaşa qazana tökülür. Yuyulub təmizlənmədən... Ərzaqların saxlanma şəraiti də elə bişirmə şəraiti qədər iyrənc və ürəkbulandırandır.

Kafe əməkdaşlarının tibbi müayinədən keçib-keçmədiyinə gəldikdə isə sualımızı istehza ilə qarşılayırlar. Bir sözlə, bazardakı çayxana və kafelərdə zəhərlənmələrdən tutmuş vərəm, brüsellyoz və digər yoluxucu xəstəliklərə yaxalanma ehtimalı çox yüksəkdir.

Bu arada kafelərlə maraqlanmağımız yaxınlıqdakı avtomobil təmiri sexində çalışanların diqqətini çəkir. Onların rəhbəri, obyektin sahibi olduğunu deyən şəxs bizə yaxınlaşır. Adını deməkdən israrla imtina edən şəxs əvvəlcə jurnalist vəsiqəmizi yoxlayır, sonra isə bizə vəziyyətdən “çıxış yolu” təklif edir. “Gəl sizə 100 manat verək, gedin çörəkpulu edin” - deyir.



Bizə rüşvət təklif edən həmin şəxs puldan qətiyyətlə imtina etdiyimizi görüb şantaja keçir: “Polisə də, vergiyə də, Nəsimi Rayon İcra Hakimiyyətinə də, hələ nazirə də pul veririk. Bura Kəmaləddin Heydərovundur, biz də onun adamları. Sizin yazmağınızla heç nə dəyişməyəcək”.

Bəs bizə 100 manat təklif edən “obyektin sahibi, həmin şəxs” dediyimiz adam kimdir? Öyrənirik ki, bu adam daş bazarının Ələkrəm adlı müdirinin, necə deyərlər, sağ əli, pulyığanı və yaxın qohumudur. Onun adını dəqiqləşdirmək heç cür mümkün olmadı. Bunu isə öyrənirik ki, ərazi heç də fövqəladə hallar naziri Kəmaləddin Heydərova deyil, Afaq Yavər qızı Məmmədovaya məxsusdur. Bu bazara “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyəti nəzarət edir. Ərazi SC-nin mülkiyyətindədir. SC-nin əsas səhmləri də Afaq Məmmədovaya və onun yaxınlarına məxsusdur. Sadəcə olaraq bazar rəhbərliyi öz qanunsuz əməllərini ört-basdır etmək üçün həmişə gah K.Heydərovun, gah da digər nazirlərin adından istifadə edir.

“Buradakı obyektlər icarəyə verilib”. Bunu da avtomobil təmiri məntəqəsinin adını demək istəməyən əməkdaşı söyləyir. Lakin ərazidəki çayxana və kafelərin, avtotəmir və mebel sexlərinin, istilik sistemləri mərkəzinin sahibləri icarə müqaviləsini bizə təqdim edə bilmədilər.

Ümumiyyətlə, obyektlərin hansına yaxınlaşdıqsa, satıcılar və servis əməkdaşları müdir və rəhbərlərinin orada olmadığını və ona görə də sənəd təqdim edə bilməyəcəklərini dedilər.

Bəs vergi? Bu obyektlər vergi ödəyirmi? Hər vasitə ilə araşdırmamıza mane olmağa çalışan avtotəmir məntəqəsinin əməkdaşı bu daş bazarının paytaxtın ən böyük bazarlarından olduğunu təsdiqləyir. Elə müşahidələrimiz də burada qızğın alverin getdiyini söyləməyə əsas verir. Diqqətimizi çəkən digər məqam isə ərazidə olan maşınlardan yer haqqı alınmasıdır. Maşın sahibləri həm də dayanacaqdan istifadə etdikləri üçün bir növ havayı pul ödəməyə məcburdur.

Bəs bu pullar hara, kimin cibinə gedir? Bunu bilən yoxdur. Alqı-satqıdan, icarədən dövlətə ödənilən verginin məbləğini öyrənə bilmirik. Bəllidir ki, hər gün on minlərlə manat dövriyyəsi olan bazardan dövlət büdcəsinə də sanballı vergi ödənilməlidir. Və jurnalistin ödənilən verginin məbləği ilə bağlı sualı az qala dövlət sirrinin açılması kimi qəzəblə qarşılana bilməz.



Suallarımızı cavablandırmaqdan çəkinən bazar əməkdaşlarından bəzi məlumatları öyrənməyə nail oluruq. Onların sözlərinə görə, təxminən 4 hektar ərazini əhatə edən bazar Afaq Yavər qızı Məmmədovanın adına rəsmiləşdirilsə də obyekt faktiki olaraq onun həyat yoldaşı, iş adamı Fəraməz Nurulla oğlu Məmmədova məxsusdur. F.Məmmədov vaxtilə iqtisadi cinayətkarlıqda ittiham edildiyindən və ona açılan cinayət işi hələ də açıq qaldığından maraqlı bir fənd işlədib. İş adamı həyat yoldaşı Afaq Məmmədovadan məqsədli şəkildə rəsmi olaraq ayrılıb ki, cinayət işinin təzələnəcəyi təqdirdə əmlakı müsadirə olunub əlindən çıxmasın. Yəni o, əmlakının itirilməsi ehtimalını nəzərə alaraq bazarı sonradan kağız üstündə boşandığı xanımının adına rəsmiləşdirib. F.Məmmədov vergidən gizlətdiyi pullar hesabına “Yüksəl-inşaat” MTK yaradaraq hazırda 7-ci mikroyayon ərazisində (habelə xaricdə) çoxmərtəbəli binaların tikintisi ilə məşğuldur. Vergidən gizlətdiyi pullarla biznesini genişləndirir. Daş bazarını isə F.Məmmədovun Ələkrəm adlı kürəkəni işlədir.

Onu da öyrəndik ki, ərazinin abadlaşdırılması, heç olmasa bazarın ərazisinin asfaltlanması təklif edilsə də F.Məmmədov bununla razılaşmayıb. O deyib: “Əgər bazarı abadlaşdırsam, bu səliqə-sahman diqqəti tez cəlb edər. Onda verginin əlindən qurtara bilmərəm. Hər gün gələcəklər ki, vergi ödə”.

Bir daha qeyd edək ki, F.Məmmədov və adamları bazara gələn dövlət qurumlarının, məsələn, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrini ayrı-ayrı iri nazirlərin adını çəkməklə qorxudub geri qaytarırlar.

Araşdırmalarımız davam edir. Növbəti yazılarımızda daş bazarının hansı maxinasiyalarla özəlləşdirilməsi, bu zaman digər səhmdarların hüquqlarının necə pozulması ilə bağlı məlumatlar verəcəyik. Həmçinin Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, hüquq-mühafizə orqanlarının münasibətlərini təqdim edəcəyik.


İŞ ADAMI FHN ŞEFİNİN ADINDAN İSTİFADƏ EDİR
İŞ ADAMI FHN ŞEFİNİN ADINDAN İSTİFADƏ EDİR








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" - deputat
Bu gün, 06:44
Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır - NƏ ETMƏLİ?
Bu gün, 06:39
Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu - NƏ BAŞ VERİR?
Bu gün, 06:36
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət - LƏĞV OLUNUR
Bu gün, 00:02
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
Dünən, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
Dünən, 19:00
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”
Dünən, 18:58
Uşaqların gözündə gecə qorxusu: -ruslar necə pasifist ola bilərlər?
Dünən, 18:56
Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Dünən, 18:45
General-mayor işdən çıxarıldı - ƏMR
Dünən, 18:42
İran və İsrail KİV-nin səhifələrindən “qan damır” - Bu gün...
Dünən, 18:40
Avrointeqrasiyanın "seçkili" qurbanları - NƏ BAŞ VERİR?
Dünən, 18:37
Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? - AÇIQLAMA
Dünən, 18:35
Moldovada keçirilən referendumun ilkin nəticələri
Dünən, 18:31
326 milyonluq qaçaqmalçılıq... - O pullar ölkədən necə çıxarılıb?
Dünən, 18:25
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
Dünən, 18:17
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir
Dünən, 18:13
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi - FOTO
Dünən, 18:10
Ağadadaş Ağayevin məhkəməsi başlayır
Dünən, 18:09
Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam – “Yazarkən düşünüb ki…”
Dünən, 18:01
Fərqanə həbsdə olan həyat yoldaşı haqda: - "Övladlarımın atası həmişə..."
Dünən, 17:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 17:56
Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir
Dünən, 17:53
Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün...”
Dünən, 17:27
İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi
Dünən, 17:22
İrəvan yeni savaşın vaxtını təyin edib: - ABŞ və Qərbin Gürcüstandan verəcəyi işarəni gözləyir
Dünən, 17:20
Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır - ŞƏRH
Dünən, 17:13
Gömrük Komitəsi 59 min manata güllər alır
Dünən, 17:07
Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir
Dünən, 17:04
UNEC-də yeni təyinat: - professora yüksək vəzifə verildi
Dünən, 16:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 16:49
Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh - "Cəhalətlə savaşmaq çətindir, amma şərəflidir"
Dünən, 16:44
Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:33
Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? - Simonyanın açıqlaması
Dünən, 16:29
Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək
Dünən, 16:22
“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” - deputat
Dünən, 16:20
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə MƏHKƏMƏ BAŞLAYIB
Dünən, 16:12
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı - SƏRƏNCAM
Dünən, 16:11
“Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” - FAKT BUDUR!
Dünən, 16:08
AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... - “CASPEL” tenderi uddu
Dünən, 16:07
Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur
Dünən, 16:02
Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA - “Yeni Gülən ilə təşkilatlanmağa davam edəcəklər”
Dünən, 15:59
Putindən Azərbaycanla bağlı möhtəşəm qərar – Sürpriz şəxs kimdir?
Dünən, 15:56
Mənsum İbrahimov "TikTok"da yayılan videosu haqda: - "Mən şou adamı deyiləm"
Dünən, 15:54
Rus ordusu Donetskdə Ukraynanın müdafiəsini yarıb - FOTOLAR
Dünən, 15:51
Azərbaycanda televiziya kanalı yüksək məbləğdə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 15:47
Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə məhkəməyə müraciət edəcək
Dünən, 15:43
Paytaxt köçürülməlidir: - “Qorxulu olacaq, şəhər dözə bilmir”
Dünən, 15:42
Gülənin cənazəsi qaçırıla bilər: - FETÖ terror təşkilatında çaxnaşma yaranıb
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru