QUBADA 5 YAŞLI UŞAĞI MAŞIN VURUB
Tarix: 26-07-2013, 12:09 |
Çap et
DURUMUNUN AĞIR OLDUĞU DEYİLİRQuba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Quba rayon sakini Yusif İsmixanov idarə etdiyi “VAZ 21014” markalı maşınla 2008-ci il təvəllüdlü Qurbanov Oqtay Elşən oğlunu vurub. 5 yaşlı uşaq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.