GƏLİN-BALDIZ DAVASININ DƏHŞƏTLİ SONLUĞU
Tarix: 24-07-2013, 11:26 |
Çap et
Neftçala rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şorkənd kəndində 1949-cu il təvəllüdlü Göyçayeva Almaz Mirəli qızı və onun qardaşı arvadı 1972-ci il təvəllüdlü Göyçayeva Samirə Əjdər qızının davası ölümlə nəticələnib. Qadınlar dalaşarkən 41 yaşlı S.Göyçayeva yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb. O xəstəxanaya aparılarkən keçinib.
İlkin məlumata görə, hadisə məişət zəminində baş verib. S.Göyçayeva maddi vəziyyətlərinin çətin olması səbəbindən sosial müavinət almağa çalışırmış. Bu işdə ona baldızının şəxsiyyət vəsiqəsi lazım olub. 41 yaşlı gəlin 64 yaşlı baldızından sənədi istəyib. Lakin A.Göyçayevə sənədi verməkdən imtina edib və tərəflər arasındakı münasibətlər daha da gərginləşib, dava-dalaş düşüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır. A.Göyçayeva saxlanılıb.