NABRANDAKI FACİƏ HAMINI DƏHŞƏTƏ GƏTİRİB
Tarix: 23-07-2013, 13:32 |
Çap et
Nabranda baş vermiş faciə sosial şəbəkələrdə geniş etiraza səbəb olub.
DİA.AZ-ın məlumatına görə, “Nabran Holiday Village” adlı istirahət düşərgəsinin hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasos açıq qalıb. Nəticədə qurğunun yaxınlığında olan 2 yaşlı İmran Cəfərov sutəmizləyənin təzyiqi ilə borunun içinə çəkilib. Baş verən hadisə nəticəsində N.Cəfərovun həyatını xilas etmək mümkün olsa da, iki onurğa sümüyü sınıb. Eyni zamanda 2 yaşlı körpənin ayaqları tamamilə parçalanıb. İ.Cəfərov sağ ayağını tamamilə, sol ayağını isə topuqdan aşağı itirib.
İmran Cəfərovun valideynləri bildiriblər ki, “İmran ayılanda ilk sualı “ayağım hanı?” olub.”
Baş vermiş bu dəhşətli hadisə Azərbaycanda sosial şəbəkələrdə ən çox müzakirəyə həm də etiraza səbəb olub. Facebook-da “İmrana kömək edək” adlı qrup yaradılıb.