Rəşad Əsgərovun üç vəzifəsi var, amma... .....                     Rusiyanın sonu necə olacaq... .....                     Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur? .....                     Əsəbləri sakitləşdirmək üçün KRİSTAL ən münasibidir .....                     İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcək .....                     Bakı nefti uğrunda gizli savaş .....                     Tramp Zelenskiyə niyə Bakını nümunə göstərib? .....                     "İslahatlar buradan başlamalıdır!" .....                     Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir .....                     İlqar Bayramlı kadrları necə müəyyən edir .....                     Turizmin “buzu” nə vaxt əriyəcək? .....                     Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları .....                     Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil .....                     Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” .....                     "JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var .....                     "İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz" .....                     Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? .....                     Ayətullah Seyid Əli Xamenei dəfn edilib .....                     Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                 

"HAKİMİYYƏT DƏYİŞİKLİKLƏRƏ MƏCBUR GEDƏCƏK"
Tarix: 12-12-2011, 17:20 | Çap et
"HAKİMİYYƏT DƏYİŞİKLİKLƏRƏ MƏCBUR GEDƏCƏK"

“PƏNAH HÜSEYN AŞURA İLƏ BAĞLI TƏKLİF VERƏ BİLMƏZ?”

Azərbaycan Xalq Partiyasının lideri, İctimai Palatanın təsisçilərindən olan Pənah Hüseyn suallarımızı cavablandırıb. Onunla müsahibəni diqqətinizə çatdırırıq.

Davamı

- Amma görünən odur ki, getdikcə İrana hərbi müdaxilə ehtimalı artır.
- 1979-cu ildən bəri İrana hücum barədə danışılır. Hələlik belə bir hücum olmayıb. Mən müharibənin olmasını da arzu etmirəm. Amma böyük dövrləri əhatə edən proqnozlar vermək də doğru deyil. Ümumiyyətlə, dünyadakı hadisələrin dinamikasına baxanda mən yaxın dövr üçün pessimist ssenarinin tərəfdarlarındanam. Qlobal miqyasda gərginlik və ziddiyyətlərin artması, hətta dünya müharibəsi barədə söhbətlərin getməsi sadə bir məsələ deyil.

- İctimai Palata Demokratiyaya yumşaq keçidlə bağlı Yol Xəritəsini təqdim etsə də, hakimiyyət buna əhəmiyyət vermədi. Məntiqlə bundan sonra İctimai Palatanın növbəti addımları sərt olmalı idi. Amma bu addımlar nədənsə yubanır..
- Əslində mən "2012-ci il həlledici il olacaq" həm də hakimiyyətin özünün müəyyən addımlara gedəcəyini nəzərdə tuturam.

- Bu gün biz qəzetlərin təzyiqlər nəticəsində bağlandığını, jurnalistlərin döyüldüyü və həbs edildiyini və s. müşahidə edirik, Siz isə hakimiyyətin islahatlara gedəcəyini deyirsiz...
- Mən hesab edirəm ki, tezliklə hakimiyyətin dəyişikliklərə getməyə məcbur olacağı vəziyyət yaranacaq. Sizin dediyiniz hadisələr diktaturanın müqavimətinin təzahürləridir. Amma biz söhbətimizi əvvəlində də dedik ki, divin canı şüşədə olduğu kimi, bu hakimiyyətin "canı" da belə demək mümkünsə, bir tərədfən İranda, digər tərəfdən Rusiyadadır. Bu sarsıntılar hər an o dəst-xətti dəyişə bilər. Azərbaycan xarici təsirlərə olduqca açıq olan ölkələrdən biridir. Yəni özünün miqyasına, gücünə, resursuna görə özündə dövlət deyil. Ona görə də bu vəziyyəti axıradək belə saxlamaq mümkün olmayacaq. Misirdə hətta bir neçə yüz insanı qətlə yetirmişdilər, baltaçı deyilən dəstələri insanların üstünə tökmüşdülər, atəş də açmışdılar. Axırı nə oldu? Ümumiyyətlə, antidemokratiya bir qayda olaraq islahatlara gecikir. Çünki antidemokratiya çevik, mütəhərrik deyil, onun mahiyyəti və təbiəti önləyici tədbirlər görməyə imkan vermir. Amma prinsipcə istisna etmək olmaz ki, hakimiyyət müəyyən addımlar atsın. Atılmayacaqsa, proseslər kütlələrin təzyiqi və demokratik qüvvələrin daha mütəşəkkil təsiri ilə gedəcək.

- Mübahisələrə səbəb olan və hazırda mətbuatda geniş müzakirə olunan bir məsələ də bir qədər əvvəl bıçaqlanan və xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişən yazıçı Rafiq Tağının xatirəsinin yad edilməməsidir. Bundan dolayı İctimai Palatanın ünvanına çox sərt ittihamlar səsləndi. Bu qurum hətta İranpərəstlikdə suçlandı...
- İctimai Palatanı İranpərəstlikdə günahlandırmaq qərəzlidir. Digər ittihamları da ciddiyə almıram. İctimai Palatının iranpərəst olmadığını sübut etməyi belə artıq hesab edirəm.

- Bəlkə o təklifin niyə qəbul olunmamasına münasibət bildirəsiniz?
- Hansı təklifin?

- Rafiq Tağının xatirəsinin yad edilməsi ilə bağlı təklifin.
- Kimlərsə ayağa durmaq istəmirsə, bu, onların hüququ deyilmi?

- Kimlərinsə ayağa durmaması sonrakı məsələdir. Söhbət iclası aparanların təklifi səsləndirməməsindən gedir.
- Orada heç kim bunun əleyhinə çıxış etməyib. Qalan məsələlər, yayılan xəbərlər bilərəkdən edilir.

- İlqar İbrahimoğlunun həmin təklifin səsləndirilməsini əngəlləməsi də yalandır?
- Bəli, bu məlumat yalan və qərəzlidir. İftiradır. Hacı İlqar Azərbaycan vətəndaş cəmiyyətinin ən görkəmli nümayəndələrindən biri, dini etiqad və vicdan azadlığı məsələsi barədə dünya miqyasında iş aparan QHT-lərdən birinin rəhbəridir. O, İctimai Palatanın son sessiyasında istənilən şəxsin, o cümlədən Rafiq Tağının qətlinin qəbuledilməz və birmənalı şəkildə pislənilməli olduğunu, məhkəməsiz hər hansı bir şəxsin cəzalandırılmasını düzgün saymadığını bildirdi. Hacı İlqar Palatanın həmin gün təqdim etdiyi ictimai-siyasi vəziyyət haqqındakı qətnaməsində ayrıaca bir bəndin Rafiq Tağının qətli ilə bağlı olduğunu da diqqətə çatdırdı. Eyni zamanda bundan əvvəl İctimai Palatanın Koordinasiya Şurasının Rafiq Tağının qətli ilə bağlı iki dəfə xüsusi sənədlə çıxış etdiyini dedi və əvvəlki iclasda ayağa qalxmaqla Rafiq Tağının xatirəsinin yad olunduğunu xatırlatdı. O, eyni zamanda göstərdi ki, bəziləri qəsdən Rafiq Tağının qətlindən sui-istifadə edərək, İslam dininə, inanclı kəsimə qarşı hücuma keçir ki, bu da yolverilməzdir. Siyasi, dini mənsubiyyətindən, Rafiq Tağıya münasibətindən asılı olmayaraq, oradakıların yüzdə doxsanı bu fikirləri dəstəklədi. Yəni orada Hacı İlqarın hər hansı fərqli mövqeyi olmayıb. Bu məsələ tam demokratik bir şəraitdə müzakirə olunub. Həmin sessiyada iştirak etməyən insanlar isə səs-küy salırlar. Onların məqsədi, Rafiq Tağı deyil, inanclı, milli düşünəli insanlara. özlərindən fərqli düşünənlərə qarşı qarayaxma kampaniyası aparmaqdır. Bunun da heç bir nəticəsi olmayacaq.
O fikirləri deyənlər çayxanalarda oturmayıb gəlib orada təklif edər, özləri də ayağa durardı, onda oradakılar da hörmət və ya məclisin etikasına uyğun olaraq, həmrəylik bildirib ayağa qalxacaqdı, kim də istəməyəcəkdi, qalxmayacaqdı. İclasa gələməyərək çayxanalarda oturub bu mövzuda söz güləşdirmək ayrı bir məsələdir. Arqument gətirmək əvəzinə arxada söyüş söymək, ədəbsiz ifadələr işlətmək o adamların səviyyəsini nümayiş etdirir. Onlar özünü ifşa ilə məşğuldurlar.

- Yeri gəlmişkən, dünyəvi dövlət tərəfdarları Qərbə inteqrasiyanı təqdir edən İctimai Palatada sizin Aşura gününün qeyri-iş günü elan olunması ilə bağlı təklif səsləndirməyinizi di ciddi tənqid edirlər.
- Əvvəla "İctimai Palata Qərbə inteqrasiyanın tərəfdarı kimi çıxış edir" demək doğru deyil.

- Niyə doğru deyil, hamınız elə deyirsiz də. Hətta İctimai Palatanın Qərbə inteqrasiyanı öz üzərinə götiürməsi barədə müzakirələr də aparırsız.
- Biz Qərbə deyil, universal, demokratik, çağdaş, bəşəri ideyalara və dəyərlərə intqerasiyanın tərəfdarıyıq. Əgər bu dəyərlər şərqdən, cənubdan və ya şimaldan da gəlsə, bunu fərqi yoxdur. Bu gün dediyimiz ideyalar daha çox və aktiv şəkildə Qərb ölkələrinin təcrübəsində təcəlla edirsə, bu, onunla bağlıdır. Yəni bu hansısa coğrafi istiqamətlə bağlı məsələ deyil. İkincisi, mən iddia edirəm ki, dünyəvi dövlət tərəfdarları dediyiniz adamlar dünyəvi dövlətin nə olduğunu bilmirlər. Düşüncələrində hansısa sxematik, dünyəvi dövlət adı altında nəyisə nəzərdə tutur və deyirlər ki, filan məsələni qəbul etmirik. Belə çıxır ki, məsələn, Pənah Hüseyn, Türkiyədə böyük bir kəsim dünyəvi dövlət tərəfdarı deyil. Bu, yanlışdır. Əgər bunu bilərəkdən deyirlərsə, onda bu, qərəz və böhtandır. Azərbaycanda mütləq əksəriyyət, o cümlədən mən və mənim kimi düşünənlər dünyəvi dövlət tərəfdarıdır. Bu, Azərbayan Konstitusiyası, eləcə də bizim üzv olduğumuz partiyaların Nizamnaməsində əks olunub və onu nəzərdə tutur ki, dövlət dindən ayrı olmalıdır, dövlət hüquq dövləti olmalıdır. Bu hüquq dinə mənsubiyyətindən asılı olmayaraq, hamı üçün bərabər olmalıdır. Dini mənsubiyyətə, deist və ya ateist olmağa görə heç kəs təqib oluna bilməz. Belə cəmiyyətdə insanlar bir-birinin haqq və hüquqlarını qəbul edərək yaşayırlar. O ki qaldı "dünyəvi dövlətdə ayrı-ayrı dini mərasimlərlə əlaqədar günlər qeyri-iş günü ola bilər" sualına, əlbttə, ola bilər. Məsələn, Azərbaycan dünyəvi dövlətdir, ancaq Orucluq və Qurban bayarmı dini bayramlardır və məncə, siz də bu günlərin qeyri-iş günü olmasının əleyhinə deyilsiniz. Yaxud Milad bayramı bir sıra ölkələrdə bayram kimi qeyd olunur. Buddistlərin müəyyən bayramları hətta ateist Çində də qeyri-iş günü kimi qeyd olunur. Azərbaycanda yüz minlərlə insan Aşura mərasimini qeyd edir, o günü işləmirlər. Bu, sosioloji bir hadisədir. Dövlət orqanının da borcudur ki, buna normal şərait yaratsın.
İkincisi, bu məsələdə mənimlə polemikaya çıxan yazıçı Əli Əkbər bəyə də dedim ki, bu fikir mənim tərəfimdən səslənib, bu fikri səsləndirmək hüququm varmı? Var. Hansı ki, bu təklif səsə qoyulmayıb və qərar da çıxarılmayıb. Heç belə bir təkid də olmayıb. Belə çıxır ki, siz çıxıb Azərbaycan milli irsi, əxlaqının əleyhinə hər şeyi deyə bilərsiniz, amma Pənah Hüseyn bunu təklif edə bilməz? Sən necə demokratik, tolerant adamsan? Heç bir arqument gətirmədən, - o kənd yerlərində deyirlər, nəyinisə başına atıb, - hansısa fikri demək hüququnun əleyhinə çıxmaq olmaz.

- Axı həm də söhbət İranın təhrif etdiyi İslam mərasimlərinin Azərbaycana ixracından gedir. Sabah Azərbaycanda da o başyarmalar, qanlı səhnələr düzənlənə bilər.
- Mən düşünmürəm ki, bunlar mütləq ixrac olunacaq.

- Faktiki olaraq, biz başqa məsələlərdə bunu müşahidə edirik.
- Mən bu məsələnin elmi tərəfləri barədə geniş danışmaq istəmirəm. Ümumiyətlə, misteriyalar var. Bu, Qədim Romada, Yunanıstanda, Şərqdə, Maya dövlətində olub. Çağdaş mədəniyyət, indiki təsəvvürlər və vərdişlər baxımından bütün xalqlarda bunun qəbul olunmayan tərəfləri olur. Bu cür mərasimlər bu və digər miqyasda bütün dinlərdə mövcuddur. Məsələn, iudaizm dininin böyük kütləvi mərasimləri var. Bu mərasimlər özünə əziyyət, işgəncələrlə müşayiət olunur. İndi bəzi xristian təriqətləri var ki, onun üzvləri də öz-özünə işgəncə verirlər. Rusiyada buna "xlıstun" deyirlər, bu ayini icra edənlər özlərinə qamçı vururlar.

- Məsələni sektalar səviyyəsinə endirirsiz. Yaxşı olardı ki, geniş yayılmış dinlərlə bağlı müqayisələr gətirəsiniz.
- Yox, ümumiyyətlə bu, yalnız İslamda və ya onun hansısa bir məzhəbində olan hal deyil. Hətta qeyri-şiə məzhəblərində də eynən olmasa da, oxşar kütləvi mərasimlər var. İkincisi, Azərbayanda şiəlik məzhəbi yayılandan sonra bu, həmişə belə olub. Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyovun əsərlərində bu gün sizi ehtiyatlandıran, qəbul etmədiyiniz halların olduğunu müşahidə edə bilərsiniz. Bu, o dövrün qəzetlərində də yazılıb. Ona görə də başyarma mərasimini İranın ixracı kimi dəyərləndirmək lazım deyil. Üçüncüsü, hesab etmirəm ki, indiki dövrdə bu, Azərbaycanda geniş şəkildə yayıla bilər və yayılacaq. Əksinə Aşura mərasimində bütün digər dövrlərdə olan bəzi dini mərasimlərdə olduğu kimi İslamın mahiyyətindən irəli gəlməyən, bu və ya digər toplumun və yaxud onun dini liderlərinin özləri tərfindən tətbiq olunan məsələlər vardır ki, bunlar əhmiyyətli dərəcədə aradan qalxmışdır və bundan sonra da bu, davam edəcək. Deyək ki, Braziliyada karnaval keçirilir. Yəqin siz də müşahidə etmisiz ki, orada hansı isterik, kütləvi psixoz halı, əhval-ruhiyyəsi yaranır, itkilər olur. Heç bu barədə o qədər danışılmır. Halbuki bu il Azərbaycanda Aşura vaxtı kiminsə ölməsi və yaxud şikəst olması barədə məlumat almadıq. O cümlədən İranda və İraqda. Mənim rəyimi bilmək istəyirsinizsə, öz çıxışımda da bildirmişəm ki, Aşura ayrı-ayrı dövrlərdə cahillikdən irəli gələrək müsəlmanları parçalayan, onların arasına fərq qoyan hal kimi qavaranılıb, istifadə olunub. Əksinə Aşuranın Peyğəmbər nəslinə məhəbbətin ifadəsi, haqsız ölümlərə etiraz, zülmə və istibdada qarşı dirəniş və müqavimət kimi böyük tarixi təsir oyatmış bir hadisə olaraq qavranılmasına nail olmaq lazımdır. Dinimiz də bunu deyir. İslam özü-özünə əziyyət verməyi, baş yarmağı, bədənə şikəstlik gətirən hərəkətləri haram sayır. Belə hallara qarşı əlbəttə ki, çıxmaq lazımdır.
Bir də əgər 70 illik ateist sovet dönəmində Aşura qeyd olundusa, hazırda yüz minlərlə insan bu mərasimi keçirirsə, deməli, bunun cəmiyyətdə dərin kökləri var. Ona görə də buna ictimai şərait yaradılmalıdır. Bu mərasim müsəlmanları, cəmiyyəti birləşdirən, hətta inanclı və inancı olmayan şəxsləri hərəyliyə gətirəcək bir mərasim kimi həyata keçirilə bilər. Bizim dediyimiz bundan ibarətdir. Mən qəti əminəm ki, ən yaxın gələcəkdə Aşura Azərbayanda qeyri-iş günü kimi qeyd olunacaq. Çünki Peyğəmbərin övladlarının xatirəsi ayıran deyil, birləşdirən bir vasitə ola bilər və elə də olacaq. Bu baxımdan mənim təklifimin səslənməsi də təsadüfi deyildi. Bu barədə Koordinasiya Şurasında da müzakirə olmuşdu. Mən bildirmişdim ki, Koordinasiya Şurasının üzvü olmasam da, bir siyasət adamı olaraq, belə bir təklif verəcəyəm.

- Koordinasiya Şursında bu məsələyə münasibət necə oldu?
- Əleyhinə çıxan, mənim o təklifi səsləndirmək hüququma etiraz edən də olmadı. Onu da deyim ki, demokratikləşmə istiqamətində proseslər öz axarı ilə getdiyi kimi Azərbaycan xalqının çağdaş siyasi mədəniyyətlərə doğru yolu da özünün milli və dini kökləri üzərində gedəcək.
Zahid








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəşad Əsgərovun üç vəzifəsi var, amma... - GİLEY
Bu gün, 07:39
Rusiyanın sonu necə olacaq... - Melniçenko vurğulayır ki...
Bu gün, 07:29
Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur? - ETİRAZ VAR!
Bu gün, 07:21
Əsəbləri sakitləşdirmək üçün KRİSTAL ən münasibidir - REPLİKA
Bu gün, 07:15
İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcək - CNN
Bu gün, 07:07
Bakı nefti uğrunda gizli savaş - ARAŞDIRMA
Bu gün, 07:05
Tramp Zelenskiyə niyə Bakını nümunə göstərib? – Rusiya ilə bağlı yeni PLAN
Bu gün, 07:04
"İslahatlar buradan başlamalıdır!" - ÇAĞIRIŞ
Bu gün, 06:58
Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir - İTTİHAM VAR...
Bu gün, 06:36
İlqar Bayramlı kadrları necə müəyyən edir - İLGİNC
Bu gün, 06:32
Turizmin “buzu” nə vaxt əriyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:24
Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları – BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 06:23
Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil - AMMA...
Bu gün, 06:17
Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” - GƏLİŞMƏ
Bu gün, 06:16
"JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var - FOTO
Bu gün, 06:13
"İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz"
Bu gün, 06:11
Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? – Vacib məlumat
Bu gün, 06:08
Ayətullah Seyid Əli Xamenei dəfn edilib - KİV
Bu gün, 06:06
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Dünən, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Dünən, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Dünən, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Dünən, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Dünən, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Dünən, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Dünən, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru