BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU .....                     İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? .....                     Əsmər Əliyeva vəzifəsindən azad edildi .....                     Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu .....                     Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir .....                     İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub .....                     Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı .....                     Dünyada “ultra varlılar”ın sayı sürətlə artır .....                     İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə .....                     Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub .....                     MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək .....                     “Bir Kredit” BOKT-un .....                     Bakcell yeni baş icraçı direktor təyinatını elan edib .....                     Keçmiş məmur dələduzluqda ittiham olunur: .....                     "Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                     Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib .....                     Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                 

"RAZİN BAZARI"NDA "BAZARKOM" KABUSU DOLAŞIR
Tarix: 22-05-2013, 10:43 | Çap et
"RAZİN BAZARI"NDA "BAZARKOM" KABUSU DOLAŞIR
DİA.AZ: - Ölkədə bəzi ticarət mərkəzləri və bazarlarda antisanitar şərait, digər biabırçı vəziyyətin olması barədə məlumatlar dəfələrlə dərc edilib. Bazar rəhbərliklərinin səhlənkalığı, pul yığmaq üçün hər üsula əl atması və sair tamah məqsədləri həmin bazarlarda həddindən artıq təhlükəli şərait yaradır.
Bu cür bazarlardan biri də Bakının adla tanınan, əvvəllər “Razin bazarı” deyilən Bakıxanov Ticarət Mərkəzidir. Bu bazardakı vəziyyət həddindən artıq acınacaqlıdır. Bazarda elə bir şərait yaradılıb ki, hətta insanlar az qala bazara qaxil olmağa da ehtiyatlanır. Yəni bazarda insanların rahat hərəkəti, təhlükəsizliyi üçün heç bir şərait yoxdur. Hələ antisanitar şəraiti demirəm.
İlk əvvəl başlayaq bazardakı giriş-çıxışlardan. Bu bazar demək olar ki, Bakının ən böyük bazarlarındandır. Bazarda olarkən məlum oldu ki, bu ticarət obyekti dəfələrlə cərimələnib, bazar rəhbərliyinə məcburi göstərişlər verilib ki, ticarət mərkəzinin təhlükəsizliyi barədə normal tədbirlər görsün. Amma, “bazarkom” bu barədə heç bir tədbir görmür.
Bu barədə bazardakı satıcılar bildirirlər. Satıcıların dediyinə görə, bazar rəhbərliyinə aidiyyəti qurumlar dəfələrlə xəbərdarlıq ediblər ki, ticarət mərkəzində bir neçə yerdən yanğın və təhlükəsizlik çıxışları yaratsın. Amma, rəhbərlik yuxarılara “hə” desə də tapşırığa əməl etməyib: “Bazarda bir dənə də olsun təhlükəsizlik çıxışı yoxdur. Bütün çıxışlar bağlanıb, həmin ərazilərdə piştaxtalar və mağazalar quraşdırılıb. Bazarın cəmi iki yerdən çıxışı var ki, onun da biri giriş, digəri isə çıxışdır. Qalan çıxışların hamısı birbaşa bağlanıb. Əgər hansısa bir qəza və ya yanğın hadisəsi baş verərsə, bazardan nə satıcılar, nə də alıcılar çıxa biləcək. Hamı elə bazarın içərisində qarışıqlıqda qalacaq. Bu balaca bazar deyil ki, iki dəqiqəyə çıxasan. Bazarın girişindən çıxışına normal halda 10-15 qəqiqəyə gedirsən. Həmin müddətdə bazarda adicə bir yanğın olsa hamı başını itirəcək. Bazar o qədər qarışıqlıqdır ki, adam bilmir hardan girib, hardan çıxsın. Getdiyin sıranı keçdinsə, qayıdıb onu tapa bilmirsən. Amma, bazar rəhbəri bu barədə düşünmür. Bu bazarın əslində hər cərgəsində minimum iki-üç çıxış olmalıdır kki, həm satıcılar, həm də alıcılar üçün rahat olsun. Elə olsa satıcılar da rahat mallarını daşıya və sata bilərlər”.

“Bazarkom”a kim etiraz edirsə susdurulur

Bunu da sakinlər deyirlər. Onların dediyinə görə, Hacı Fərhad kimi tanınan bazarkom aylarla satıcıların gözünə görsənmir. Amma, gəl ki, bazarda iki nəfər etiraz etsin, həmin an Hacı Fərhad bundan xəbər tutur. Bundan sonra isə həmin adamın başı əməlli-başlı bəla çəkir: “Bazarkom özü heç nə etmir. Sadəcə adamlarına tapşırır ki, həmin narazıları susdursunlar. Onlar da gah həmin satıcının alverinə mane olur, gah mallarını oğurlayır, gah da nəsə başqa təzyiqlər edirlər. Çarəsiz qalan həmin satıcılar da tabe olurlar ki, təzyiqlər davam etməsin. Çünki, şikayət edə bilmirlər. Daha doğrusu şikayət etməyə adam tapmırlar. Ona görə də məcburuq ki, səsimizi çıxarmayaq və başımıza nə gəlirsə razılaşaq”. Sakinlər deyirlər ki, bazarda ümumiyyətlə təhlükəsizlik tədbirləri baxımından heç bir tədbir yoxdur. Bazardakılar hər gün real təhlükə qarşısındadırlar.

5-7 dəqiqəlik yolu 70 dəqiqəyə getmək olmadı

Bazarın ən biabırçı vəziyyəti isə həmin ərazidə saatlarla tıxacların yaranmasıdır. Buna birbaşa həmin bazar səbəbdir. Yəni, bazarın cəmi bir girişinin olması və bu çıxışın Bakıxanov qəsəbəsinin mərkəzində yerləşməsi ərazidə biabırçı tıxac yaradır. Bu ərazidə günün bütün saatlarında böyük tıxaclar yaranır. Səhər və axşam saatlarında isə ərazi əməlli-başlı çıxılmaz olur. Bazara ticarətçilərin mal gətirməsi, girişdə mal boşaldılması, həmin ərazidəki yolu demək olar ki, saatlarla bağlayır. Bu da Bakıxanovun əsas girişi olan avtomobil yolunu bağlayır. Saatlarla yaranan tıxaclar hətta “Neftçilər” metrostansiyasının yaxınlığına qədər maşın karvanının yığılması ilə nəticələnir. Təsəvvür edin ki, tıxacların uzunluğu 3-4 kilometrə çatır. Bu hadisə bazar istiqamətində hərəkət edərkən mənim də başıma gəldi. “Neftçilər” stansiyasından bazara normal halda 5-7 dəqiqəlik yol olduğu halda, həmin vaxt bu yolu 1 saat 10 dəqiqəyə, yəni 70 dəqiqəyə gedə bilmədim. Məcbur olub bazara təxminən 500 metr qalmış marşrut avtobusundan düşüb qalan yolu piyada getməli oldum. Təbii ki, bəzi tələsən sakinlər də mənimlə birlikdə marşrut avtobusundan düşüb piyada getmək məcburiyyətində qaldı. Mən bazara çatandan təxminən 20 dəqiqə sonra bizi gətirən marşrut bazara çata bildi və tıxacdan birtəhər çıxdı. Bazarı keçəndən sonra isə marşrut tam sərbəst hərəkət etməyə başladı.

Qəsəbə sakinləri evlərini su qiymətinə satmaq məcburiyyətindədir

Sakinlər də tıxaclardan həddindən artıq narahat olduğunu iddia edirlər. Yolboyu, bazara qədər söhbətləşdiyim sakinlər artıq bu vəziyyətdən əməlli-başlı bezdiklərini dedilər. Sakinlər deyirlər ki, artıq iş o yerə çatıb ki, Bakıxanov sakinləri bazarın tıxacına görə, buranı tərk edib başqa qəsəbələrdə yaşamağa üstünlük verirlər: “Burdakı biabırçılıq heç bir həqiqətə sığmır. Artıq bezmişik. Nə vaxtında işə çata bilirik, nə bir yerə gedə bilirik . Hansısa iş dalınca gedəndə məcburuq ki, 15 dəqiqəlik yola görə, 3 saat qabaqcadan evdən çıxaq. Səhər saat 10-da işdə olmaq üçün Bakıxanovdan evdən gərək səhər 6-da çıxaq ki, işə gecikməyək. Amma, hansı ki, normal şəraitdə bu yolu yarım saata getmək mümkündür. Heç kim bir tədbir görmür. Axşam 6-da işdən çıxanlar evə 12-dən tez gələ bilmir. Axşam və səhər saatlarında bu ərazidən keçmək mümkün olmur. Məcburiyyət qarşısında qalıb, başqa uzaq yolla getməyə üstünlük veririk. Bu da mümkün deyil. Çünki, həmin yol bizə 3-4 qat baha başa gəlir. Ya taksi ilə getməliyik, ya da piyada gedib iki-üç marşrut dəyişməliyik. Başqa çarə nədir ki? Kimsə pul qazanır, biz əziyyət çəkirik. Bir ara dedilər ki, bazarı köçürürlər. Qəsəbə sakinlərinin müraciətindən sonra icra hakimiyyəti bu barədə qərar qəbul etmək istəyirdi. Biz də sevinirdik. Amma, sonradan bazar rəhbərliyi hay-küy saldı ki, guya bu sakinlərin istəyi deyil, guya icra hakimiyyəti sahibkarlığa mane olur. Amma, əslində belə deyildi, Bazarın köçürülməsi birbaşa sakinlərin istəyi idi. Bazarkomun hay-küyündən sonra icra hakimiyyəti də qarşıdurma yaranmaması üçün geri çəkilmək məcburiyyətində qaldı. Amma yenə də sakinlər zərər çəkməli oldular”.

Bazar bakıxanovlular üçün real təhlükə yetişdirir

Bazarın daxilində də vəziyyət ürəkaçan deyil. Bazar rəhbərliyi elə vəziyyət yaradıb ki, burda bütün mallar antisanıtar şəraitdə, pərakəndə halda satılır. Məsələn, bazarın girişində kartof-sogan, göy-göyərti, sarımsaq, ət, pendir, nə bilim nə satılır, elə girişdə həmin piştaxtaların arasında paltar, cehizlik qab-qacaq, köynək, kostyum və sair yerləşdirilib. Təsəvvür edin ki, kostyum satılan piştaxtanın sag və sol tərəfindəki piştaxtaların birində ət, digərində sarımsaq və sogan-kartof satılır. Burdan kartof al, keç o biri piştaxtadan pendir al, bu birindən ət al. Hamısı da qarışır bir-birinə. Kostyum alan yerdə şor və pendir iyindən dayanmaq olmur. Hətta iş o yerə çatıb ki, kostyum satılan piştaxtanın arxasına göy-göyərti, kartof çürükləri qalaqlanır. Satıcılar deyirlər ki, zibil atmağa yer olmadığı üçün zibillər piştaxtaların arxasında yığılır və bu zibillər günün sonunda, bazar bağlanandan sonra daşınır. Nəticədə bazarın bu ərazisinə üfunətdən, antisanitar şəraitdən girmək olmur”.
Bir sözlə, bazarda əməlli-başlı xəstəlik yayılır. Bu təkcə bazar adamları üçün deyil, hətta yaxınlıqda yaşayan sakinlər üçün də həddindən artıq təhlükə mənbəyi yaradır. Son olaraq isə bu biabırçılığın acısını nə bazar rəhbərliyi çəkir, nə də onun adamları. Zərər, təhlükə Bakıxanov sakinləri üçün yetişdirilir. Məncə aidiyyəti qurumlar bu barədə tədbir görməyə tələsməlidir. Yəqin ki, oxucular da Bakıxanov sakinlərinin bu dərdinə şərik olarlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Bu gün, 18:06
İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Bu gün, 18:02
Əsmər Əliyeva vəzifəsindən azad edildi
Bu gün, 17:59
Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Bu gün, 17:49
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Bu gün, 17:44
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Bu gün, 17:42
Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Bu gün, 17:28
Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Bu gün, 17:21
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Bu gün, 17:15
Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:10
MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Bu gün, 17:06
“Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Bu gün, 17:04
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bu gün, 16:53
Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Bu gün, 16:51
"Zamiqi olduğu kimi qəbul edin"
Bu gün, 16:41
Qan ver, həyat xilas et!
Bu gün, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Bu gün, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Bu gün, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Bu gün, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Bu gün, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Bu gün, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bu gün, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Bu gün, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Bu gün, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Bu gün, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Bu gün, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Bu gün, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Bu gün, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru