"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                 

“BU DƏQİQƏ AZƏRBAYCANDA İNQİLABİ SİTUASİYA YOXDUR”
Tarix: 12-12-2011, 12:22 | Çap et
“BU DƏQİQƏ AZƏRBAYCANDA İNQİLABİ SİTUASİYA YOXDUR”

KEÇMİŞ SPİKERDƏN İLGİNC AÇIQLAMALAR

Azərbaycan Ziyalılar Forumunun son tədbirindən sonra ölkədə yaranan ziyalı fəallığı davam etməkdədir. Qeyd edək ki, Ziyalılar Forumunda təmsil olunan şəxslər ölkədə ciddi problemlərin hökm sürdüyünü, köklü islahatların apırılmasının vacibliyini bildiriblər. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan Milli Məclisinin sabiq sədri, professor Yaqub Məmmədov da köklü islahatları vacib sayır. O, öncə cəmiyyətdə ziyalı mövqeyinin önəmindən danışdı:

- Ziyalılar tarix boyu cəmiyyətdə ön sırada olublar, mövqelərini bildiriblər. Əslində belə də olmalıdır. Ziyalı adını daşıyan şəxslər cəmiyyətdə gedən proseslərə öz münasibətini bildirməlidir. Yəni, burada qeyri-adi bir şey yoxdur. Ziyalılıqdan söhbət gedirsə, mövqe ortada olmalıdır. Qeyri-ziyalılıqdan söhbət gedirsə, o tamam başqa məsələdir.

- Bir müddət öncəyə qədər ziyalılar siyasətə qarışmadıqlarını bildirirdilər...

- Məsələyə bu cür yanaşmaq doğru deyil. Ziyalılar həmişə fərdi qaydada olsa da, öz mövqelərini bildiriblər. Kimsə deyibsə ki, siyasətə qarışmıram, danışmaq istəmirəm, bunu bütövlükdə ziyalılara şamil eləmək olmaz. Şəxsən mən, mütəmadi olaraq, öz fikirlərimi bildirmişəm, heç vaxt deməmişəm ki, siyasətə qarışmıram. Təkcə məndən söhbət getmir, belələri çox olub. İndi də bir ziyalı forumu yaranıb, bir qism ziyalı orada fikirini bildirir. Bu da çox yaxşıdır. Ziyalılar cəmiyyətin problemləri haqqında danışmalıdır və danışırlar. Buna ağrılı münasibət bildirmək lazım deyil.

- Amma bu forumda təmsil olunan ziyalılara qarşı sərt mövqe nümayiş olundu, Rafiq Əliyev işdən çıxarıldı, bir qisminə təzyiqlər edildi.

- Buna ehtiyac yox idi. Prosesi bu şəkildə gərginləşdirmək lazım deyildi. Ziyalı ziyalılığını edir, ölkədə olan nöqsanlar, problemlər barədə düşündüyün deyir, burda qeyri-adi bir şey görmürəm.

- Sizin Ziyalılar Forumuna qoşulmaq fikriniz varmı?

- Mən heç bir foruma, heç bir təşkilata qoşulmaq fikrində deyiləm. Ancaq, cəmiyyətdə gedən proseslərə həmişə münasibətimi bildirmişəm, bundan sonra da bildirəcəyəm.

- Yaqub müəllim, hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Ölkədə yeni bir şey yoxdur, hər şey öz axarı ilə gedir. İctimai-siyasi proseslərdə hər hansı bir yenilik baş vermədiyi üçün deyiləsi bir söz qalmayıb. Hakimiyyət öz işində, müxalifət də onun kimi, cəmiyyət də həmişəki kimi proseslərdə aktiv iştirak eləmir. Yəni, yeni bir proses getmir ki, mən də ona münasibət bildirim.

- Sizcə, ölkədə yeniliyin olmaması, durğunluğun hökm sürməsi nə ilə bağlıdır?

- Bu gün Azərbaycanda hər hansı yeniliyin olmasına şərait yoxdur. İkincisi, cəmiyyətimiz aktiv deyil. Görünür, cəmiyyət ciddi dəyişikliklər etmək üçün yetişməyib. Ona görə də hər şey öz axarı ilə gedir, durğunluq hökm sürür. Yəni, ölkədə yeni bir keyfiyyət dəyişikliyi görmürəm.

- Adətən müxalifət nümayəndələri iddia edirlər ki, hakimiyyətin yürütdüyü siyasət zora, repressiyaya söykəndiyi üçün cəmiyyət ayağa qalxa bilmir. Doğrudanmı, cəmiyyət hakimiyyətin yaratdığı xofdan susqun vəziyyətə düşüb?

- Bu, yeni proses deyil. Uzun müddətdir ki, Azərbaycanda qeyd etdiyiniz proses gedir. Hakimiyyət tərəfindən cəmiyyətə yönəlik bir təzyiq var, amma əks istiqamətdə buna təsir edə biləcək mexanizm görünmür. Ona görə də uzun illərdir ki, eyni proseslər, eyni hadisələr baş verir və buna uyğun olaraq eyni mövqelər sərgilənir.
Razıyam ki, cəmiyyətdə bir durğunluq ab-havası var. Deyilməli sözlərin də hamısı deyilib. Sizin qəzetiniz də daxil olmaqla, mətbuat hər şeydən yazır, bütün problemlər haqqında daha kəskin formada məqalələr dərc edilir, tənqidlər olur, təkliflər səslənir. Amma qarşı tərəfdən reaksiya verilmir.

- Amma belə bir şəraitdə Yaqub Məmmədovun da mövqeyi ortada deyil. Bir vaxtlar ölkənin birinci şəxsinin də səlahiyyətlərini icra etmiş şəxs indi niyə susur?

- Niyə ki, mən mütəmadi olaraq danışıram, mövqeyimi bildirirəm. Ancaq mövqeyi o vaxt bildirirlər ki, onu eşidən, nəzərə alan olsun. Sözümüzü eşidən yoxdur, ona görə də danışmağa lüzum görmürəm. Bir də ki, artıq hər şey deyilib. Mən də sözümü demişəm, amma indi yeni sözüm yoxdur.

- Ərəb ölkələrindəki hadisələrdən sonra Azərbaycanda bir aktivlik yarandı. Ziyalılar, müxalifət və digər ictimaiyyət nümayəndələri danışmağa başladılar və bildirdilər ki, Azərbaycan da dəyişikliklər astanasındadır. Siz nə düşünürsünüz?
- Hər bir ölkənin, hər bir xalqın özünəməxsus xarakteri, problemi, mentaliteti var. Bizim xalqımızın da özünəməxsus problemləri də, o problemlərin həlli mexanizmi var.
Əvvəla, biz inqilabi prosesləri yaşamışıq, görmüşük. Mən istəməzdim ki, o inqilabi proseslər ölkəmizdə yenidən baş versin. Amma o biri tərəfdən hamı görür ki, ölkədə ciddi problemlər var və dərin islahatlara ehtiyac duyulur. Bunu ziyalılar da, müxalifət nümayəndələri də, sıravi vətəndaşlar da deyir, hətta hakimiyyətyönlülər də deyir ki, islahat aparmaq lazımdır. Sözsüz ki, demokratik proseslər getməlidir, islahatlar dərinləşməlidir. Dünyada gedən proseslər də, ölkə daxilindəki problemli vəziyyət də göstərir ki, bu cür davam eləmək olmaz, dəyişikliklər vacibdir. Amma ərəb ölkələrində olan proseslərlə Azərbaycandakı vəziyyəti müqayisə etməyi düzgün saymıram.
Şübhəsiz ki, bizim ölkədə də islahatlar getməlidir. Ölkədə demokratikləşmə prosesinə start verilməlidir ki, mövcud problemlər yavaş-yavaş həll olunsun. Onu da qeyd etmək lazımdır ki, bu dəqiqə Azərbaycanda inqilabi situasiya yoxdur, olmasa yaxşıdır.

- Ziyalılar Forumunda fikirlər səsləndi ki, ölkədə korrupsiya tüğyan edir, məmur özbaşınalığı baş alıb gedir, insan haqlarının tapdanması, mülkiyyət hüquqlarının tanınmaması kimi problemlər var və vəziyyət o həddədir ki, susmaq olmaz. Amma Siz çox loyal danışırsınız, sanki narazı deyilsiniz.

- Söhbət narazı olub-olmamaqdan getmir. Siz sadaladığınız proseslər haqqında azmı deyilib? Bu barədə hər gün danışılır. İndi hakimiyyətdə olanların özləri də etiraf edirlər ki, ölkədə korrupsiya, məmur özbaşınalığı və digər problemlər var. Müxalifətdə olanlar bunu daha radikal formada deyirlər. Mən özüm də bu problemlər barədə sözümü demişəm.
Mənim loyallığıma gəlincə, nəyisə şişirtmək fikrində deyiləm. Bəli, ölkədə korrupsiya da, məmur özbaşınalığı da, insan haqlarının pozulması halları da var. Bu problemləri aradan qaldırmaq üçün islahatlara ehtiyac duyulur. Mən həmişə dialoqun, milli barışığın, milli birliyin tərəfdarı olmuşam. Bu gün də öz mövqeyimdə qalıram. Radikal qarşıdurmanın, bir-birini inkar etməyin tərəfdarı deyiləm. Çünki bu yolla heç bir nəticə əldə etmək olmaz.
Ölkənin problemləri var, o problemləri hamı görür. İqtidarda olanlar da, müxalifətçilər də, bitərəflər də ağır vəziyyəti başa düşür. Bir-birinə düşmənçilik etməkdənsə, bu problemlərlə mübarizə aparıb, aradan qaldırmaq lazımdır. Bunun üçün çox dərin məzmunlu islahatlara ehtiyac görürüəm.

- Dərin məzmunlu islahatlar deyərkən nəyi nəzərdə tutursunuz? Kadr islahatlarını, hüquqi islahatları, yoxsa...

- Birinci növbədə kadr islahatı aparılmalıdır, demokratik seçkilər keçirilməlidir, qanunlar işləməlidir. Konstitusiyada yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Yəni, bu hakimiyyətin aşağıdan yuxarı mənbəyi xalq olmalıdır. Əgər ölkədə xalqın formalaşdırdığı hakimiyyət iqtidarda olarsa, demokratik seçkilər keçirilərsə, parlamentdə oturanlar xalqı təmsil edərlərsə, xalqın problemlərinin həllinə çalışarlar. Ancaq bir halda ki, demokratik seçkilər olmur, parlamentdəkilər xalqı təmsil eləmir, onda xalqın problemlərinə də laqeyd münasibətin sərgilənməsi təəccüblü deyil.
Bilirsiniz, hərtərəfli iş getməlidir. Özəl sektora, təhsilə, elmə, səhiyyəyə diqqət ayrılmalıdır, sosial problemlər həll olunmalıdır. Yəni, çox böyük islahatlar aparılmalıdır.

- Deyirsiniz ki, hakimiyyətin mənbəyi xalq olmalıdır, bugünkü hakimiyyətin mənbəyi xalq deyil ki?

- Mən demirəm ki, bu hakimiyyəti xalq gətirməyib. Ancaq ölkədəki vəziyyət göz önündədir. Hesab edirəm ki, seçkilər demokratik, şəffaf, ədalətli olmalıdır, parlament müəyyən siyahılarla formalaşmalı deyil.

- Bu ilin əvvəlində hakimiyyət islahat və anti-korrupsiya tədbirlərinə başlasa da, nəticəsi olmadı. Amma Siz hakimiyyətdən islahat istəyirsiniz.

- Bəli. Hakimiyyət ilin əvvəlində korrupsiyaya qarşı mübarizə elan elədi, islahat aparılacağını bildirdi, amma proseslərin gedişi göstərdi ki, hakimiyyətdə buna mane olan qüvvələr var. Demək olmaz ki, hakimiyyət birmənalı şəkildə eyni mövqedədir. Görünür, hakimiyyətdə islahatları istəməyənlər də var.
Korrupsiyaya qarşı mübarizə başladı, ancaq o mübarizə aşağı səviyyələrdə getdi, yuxarı səviyyəyə qalxmadı, bilavasitə korrupsiya ilə məşğul olanlara toxunulmadı. Düzdür, statistika ilə müəyyən işlər görüldüyü elan olunur ki, bu qədər adam həbs olundu, işdən çıxarıldı və s. Amma anti-korrupsiya mübarizəsi siyahısında əsl korrupsionerlərdən heç kəsin adı yoxdur.

- Necə düşünürsünüz, bu hakimiyyətin ciddi islahatlar aparmaq iradəsi varmı?

- Niyə yoxdur? İstəsələr, hər sahədə islahat apara bilərlər. Hakimiyyətdə də təcrübəli adamlar var. Sadəcə olaraq, görünən odur ki, indi bunu istəmirlər.

- Son dövrlər həm beynəlxalq təşkilatlar, həm ölkə ictimaiyyəti Siz deyən islahatları tələb edir. O fikirlər də səslənir ki, ya islahat olmalıdır, ya da inqilab...

- Mən bir daha qeyd etmək istəyirəm ki, bizi ərəb ölkələri, yaxud başqa dövlətlərlə müqayisə etmək düzgün deyil. İndi iqtidar dəyişikliklərə gedəcək, yaxud getməyəcək, mən ehtimalla fikir söyləyə bilmərəm. Hər halda, gərək, dünyada gedən proseslər də nəzərə alınsın, ölkədə mövcud olan problemləri də görüb, müəyyən tədbirlər həyata keçirilsin. İnqilaba gəlincə, hazırda Azərbaycanda belə bir şəraiti görmürəm. Ona görə də radikallıq yerinə, milli birlik təklifləri səslənsə, daha yaxşı olar.

- Yaqub müəllim, 2012-ci il 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq ili kimi xarakterizə olunur. Siz gələn ildən nə gözləyirsiniz?

- Öncə onu deyim ki, hələ 2013-cü il prezident seçkilərinə çox var və bu barədə konkret fikir söyləmək çətindir. Amma bütün seçkilər ərəfəsində ictimai-siyasi proseslərdə aktivlik yaranır. Düşünürəm ki, növbəti prezident seçkiləri öncəsi də cəmiyyətdə aktivlik yaranacaq. Lakin proseslərin hansı məcrada inkişaf edəcəyi, qüvvələr nisbətinin necə olacağını söyləmək mümkün deyil.

- Hakimiyyətin fəaliyyəti və görəcəyi işlər barədə fikir bildirdiniz. Bəs, müxalifətin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Müxalifət çalışıb öz fəaliyyətində olan nöqsanları aradan qaldırmalıdır. Hər şeydən öncə müxalifət birləşməli, vahid bir mərkəzə çevrilməlidir. Belə pərakəndə formada, bir-birinə qarşı mübarizə aparmaqla, müxalifət heç nəyə nail olmayacaq. Yəni, müxalif düşərgədə birlik baş tutmasa, hər hansı perspektiv gözləmirəm.

- Birliklər olub də...

- (Sözümüzü kəsərək) Elə birliklər yox. 88-ci ildə proses başlamışdı, vahid bir xalq cəbhəsi yaranmışdı. Təbii ki, indi o dövr deyil, amma ona bənzər hərəkat yaratmaq lazımdır. Fikir verirsiniz də, 3-4 partiya yığışır bir mərkəz yaradır, bir neçəsi də o tərəfdə toplanır. Belə pərakəndəliklə nəyə nail olmaq olar?
İctimai Palata yaradıblar, bütün müxalifət qüvvələri gedib orda toplansın. Amma bir-birini bəyənməmək prinsipi ilə bir araya gəlmirlər. Belə bir müxalifətdən də nəsə olan deyil. Odur ki, iqtidarlı, müxalifətli, ziyalılı, cəmiyyətli hər kəs bir araya gəlib, ölkənin problemlərini həll eləməlidir. Əl-ələ vermək, dialoqa getmək, islahatlar aparmaq lazımdır. Hesab edirəm ki, birlik olsa, barışıq olsa, problemlərimizi həll edə bilərik.

- Ancaq dialoq məsələsində hakimiyyət yaxasını kənara çəkir.

- Sözsüz ki, birinci növbədə təşəbbüsü hakimiyyət göstərməlidir, çünki hər şey onun əlindədir. Hakimiyyətin özü problemlərin həllində maraqlı olmalıdır ki, ölkədə radikallaşma olmasın, qarşıdurma mühiti yaranmasın, stabillik pozulmasın. Ümid edək ki, hakimiyyətdəkilər bunun vacibliyini anlayıb qarşıdurmaya gətirib çıxara biləcək proseslərin baş verməməsi üçün dialoqa gedəcək, islahatlara başlayacaq.

mia.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru