Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                 

HANI SİZİN GÜNÜ-GÜNDƏN BÖYÜYƏN İQTİSADİYYATINIZ?
Tarix: 10-12-2011, 12:49 | Çap et
HANI SİZİN GÜNÜ-GÜNDƏN BÖYÜYƏN İQTİSADİYYATINIZ?

DÖVLƏT SƏHİYYƏNİ MALİYYƏLƏŞDİRƏ BİLMİR

В«Bütün dünyada tibbi sığorta səhiyyə maliyyələşməsinin uğurlu modeli sayılır. Ancaq bu sahənin bizdəki vəziyyəti niyə belədir, baş açmıramВ».

QİSMƏT TÜRKİYƏDƏ İMİŞ

Gülər Axundova üç ildir tibbi sığortadan istifadə edir. Ancaq Azərbaycanda yox, Türkiyədə. Gülər deyir ki, illərlə Azərbaycanda tibbi sığortadan istifadə etməyi arzulayıb, qismət olmayıb. Ancaq 3 il əvvəl Türkiyədə ailə qurandan sonra bundan istifadə edib. Əvvəlcə sığorta olunacağı şirkəti tapıb, müəyyən bir məbləğ ödəyib. Həmin şirkət də ona istifadə edə biləcəyi xəstəxanaların siyahısını verib:

В«Tibbi sığortanın faydaları çoxdur. İstər xəstəxanada, istərsə də xəstəxanadan kənar müalicə alanda pul ödəmirsən. Bəzi xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsini ödəyirsən. Maddi baxımdan çox sərfəlidirВ».

Gülərin həyat yoldaşı dövlət sektorunda çalışdığından o, dövlətin ayırdığı tibbi sığortadan da faydalanır.

İMKANSIZLARIN SİSTEMİ

Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul olunub.
Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Ancaq üstündən illər keçsə də, qanunun icrası reallaşmır. Elə Bakı sakini Həmidə Bağırova da deyir ki, bu haqda ancaq eşidib:

В«Eşitmişəm ki, xarici ölkələrdə belə bir şey var. Tibbi sığorta çox yaxşı şeydir. Xəstələnəndə gedirsən həkimə, pulsuz müayinə və müalicə olunur. Olsaydı, çox yaxşı olardıВ».

Adilə Əliyeva isə ümumiyyətlə, bu haqda eşitmədiyini deyir:

В«Məncə, bizdə elə bir şey yoxdur. Olsaydı, yaxşı olardı. Mən özüm imkansızam.

Bildiyim qədər də belə sistemlərdə ilk əvvəl imkansızlar nəzərə alınırВ».

В«SƏHİYYƏ NAZİRLİYİ KONSEPSİYA HAZIRLAMIŞDIВ»

Bir neçə il əvvəl Səhiyyə Nazirliyi bildirmişdi ki, ölkədə səhiyyə sığortasını həyata keçirmək üçün Nazirlər Kabineti yanında agentlik yaradılacaq. Səhiyyə Nazirliyi öz təkliflərini də təqdim etmişdi.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anaq Qədirli deyir ki, artıq bu sahə ilə onlar məşğul olmur:

В«Bu məsələ 2008-ci ildə Səhiyyə Nazirliyinin üstündən götürüldü. Artıq bununla Səhiyyə Nazirliyi məşğul olmur. Səhiyyə Nazirliyi konsepsiya hazırlamışdı. Bununla bağlı Nazirlər Kabinetində Agentlik yaranıbВ».

NAZİRLƏR KABİNETİNİN XƏBƏRİ YOXDURSA...

2007-ci ildə prezident icbari sığorta üzrə dövlət agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu agentliyin necə fəaliyyət göstərdiyini, icbari tibbi sığortanın nə vaxt işə düşəcəyini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli dedi ki, onlarda bu haqda məlumat yoxdur:

В«Material olanda, mətbuat xidmətinin vasitəsilə mətbuata ötürülürВ».

Belə çıxmır ki, agentlik fəaliyyət göstərmir? Nazirlər Kabinetinin sözçüsü dedi ki, В«Yox, o demək deyil. Sadəcə bizim mətbuat xidmətində məlumat yoxdurВ».

KORPORATİV MÜŞTƏRİLƏR

İqtisadi və Sosial İnkişaf Mərkəzinin layihə direktoru Leyla Əliyeva Azərbaycanda tibbi sığorta ilə bağlı araşdırmalar aparıb. O deyir ki, Azərbaycanda icbari tibbi sığorta işləmir, könüllü tibbi sığortadan isə çox az qrup istifadə edə bilir:

В«Azərbaycanda tibbi sığortanın bugünkü vəziyyətini qənaətbəxş saymaq olmaz. Çünki dövlətin özü də səhiyyəni lazımı səviyyədə maliyyələşdirmək iqtidarında deyil. Hazırda ölkədə tibbi sığortadan yararlananlar fərdi qaydada ayrı-ayrı adamlar yox, daha çox korporativ müştərilərdir. Yəni, şirkətlər işçilərinin tibbi sığortasını təklif edirlər. Könüllü tibbi sığorta üçün Azərbaycan vətəndaşı tibbi xidmətlərin limitindən asılı olaraq 300-500 manat ödəniş edirВ».

ƏHALİNİN GƏLİRLƏRİ AŞAĞIDIR

Ekspert deyir ki, bu sistemin zəif inkişaf etməsinin əsas səbəbi əhalinin gəlirlərinin aşağı səviyyədə olmasıdır. Həm də bu sahəyə nəzarət edən sistem yoxdur. Tibbi xidmətlərin natamam həyata keçirilməsi, bu sahədə maarifləndirmənin olmaması da səbəblərdəndir.

Ölkədə bir neçə özəl tibbi sığorta şirkətləri də fəaliyyət göstərir. Bu şirkətlərdən biri – В«Atəşgah SığortaВ» şirkəti saytında yerləşdirdiyi məlumatda bildirir ki, şirkət 1998-ci ildən peşəkar səviyyədə Könüllü Tibbi Sığorta xidmətlərini təklif edir. Şirkət Azərbaycanın 60-dan çox tibb müəssisəsi və klinikası ilə müqavilə bağlayıb. Şirkətdən başqa məlumat əldə edə bilmədik.

Ekspertlər deyir ki, icbari tibbi sığorta səhiyyənin yeni üsulla maliyyələşdirilməsinə gətirməli idi. Ancaq bununla bağlı Dövlət Agentliyi yaradılsa da, konsepsiya imzalansa da, sistem işə düşmədi. Çünki bu model səhiyyə sistemində köklü dəyişikliklərin olmasını tələb edir.

TİBBİ SIĞORTA - HƏMRƏYLİK SİSTEMİ

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, tibbi sığorta həmrəylik sistemidir:

В«Hər kəs bura hissə-hissə pul keçirir. Sağlam insanlar da pul keçirirlər. Xəstələnəndə həmin vəsaitdən istifadə etmə sisteminə əsaslanır. Eyni zamanda, bu, yalnız maliyyədə birləşmə deyil. İnsanlar sığortaya pul keçirməklə həkimə gedəndə, heç bir halda həkimlə müştəri arasında xidmətin ödənilməsi ilə bağlı söhbət olmurВ».

Azər Mehdiyev deyir ki, işsizlərin, kənd təsərrüfatında çalışanları sığortalanması və başqa çoxlu suallar var ki, illərdir açıq qalır.

Son 3 ildə dövlət büdcəsindən sığorta islahatları üçün 30 milyon manat ayrılır. Bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılır. 2012-ci ilin dövlət büdcəsində də yenə sığorta islahatları ilə bağlı 30 milyon manat ayrılıb. Görəsən, bu vəsait yenidən büdcəyə qaytarılmayacaq ki?


Vəfa Əliyeva - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Dünən, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Dünən, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Dünən, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Dünən, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Dünən, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Dünən, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Dünən, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Dünən, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Dünən, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Dünən, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Dünən, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Dünən, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Dünən, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Dünən, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Dünən, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru