QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                     “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu .....                     Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır .....                     Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                     Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır .....                     "Əl çəkin, mən müsəlman deyiləm!.." .....                     Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                     AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... .....                     Müştəri məmnuniyyəti anlayışı SIFIR! .....                     Saleh Məmmədov hələ də həbs olunmayıbsa... .....                     Deputatın şirkəti vətəndaşı çətin duruma salıb .....                 

Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Tarix: Bu gün, 10:14 | Çap et

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyası və müxalifət lideri Qaqik Sarukyanla bağlı səsləndirdiyi bəyanat Moskvanın İrəvana münasibətdə yeni və daha sərt mərhələyə keçdiyini göstərir.

Musavat.com erməni mediasına istinadən xəbər ki, siyasi müşahidəçilərin fikrincə, bu açıqlama təkcə "Vahid Rusiya" partiyasının xarici tərəfdaşına dəstək mesajı deyil, həm də rəsmi Kremlin Nikol Paşinyan hökumətinin son dövrlərdə həyata keçirdiyi daxili və xarici siyasət kursuna açıq etirazıdır.

Moskva hesab edir ki, Ermənistanda müxalifətə qarşı hüquqi və siyasi təzyiqlər artır, Rusiya ilə strateji münasibətlərin qorunmasını müdafiə edən siyasi qüvvələr isə məqsədli şəkildə siyasi proseslərdən kənarlaşdırılır. Kreml eyni zamanda iddia edir ki, Paşinyan hakimiyyəti Qərbin siyasi dəstəyi ilə hərəkət edir və ABŞ ilə Avropa İttifaqının Ermənistanın daxili siyasi proseslərinə təsiri son illərdə nəzərəçarpacaq dərəcədə güclənib.

Ekspertlərin fikrincə, Moskvanın sərt ritorikası artıq konkret iqtisadi addımlarla müşayiət olunur. Rusiyanın Ermənistandan balıq məhsullarının idxalına tam qadağa qoyması Kremlin xəbərdarlıqlardan real iqtisadi təzyiq mexanizmlərinə keçdiyini göstərən ilk ciddi siqnallardan biri hesab edilir.

Medvedyev çıxışında bildirib ki, onilliklər ərzində formalaşmış Rusiya-Ermənistan iqtisadi əlaqələrinin pozulması ilk növbədə Ermənistan vətəndaşlarının sosial rifahına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, Rusiya bazarının itirilməsi, ticarət dövriyyəsinin azalması və iqtisadi əməkdaşlığın zəifləməsi Ermənistan iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər. Moskvanın mesajı kifayət qədər açıqdır: Avrasiya İqtisadi İttifaqının təqdim etdiyi iqtisadi üstünlüklərdən istifadə etməklə yanaşı, paralel olaraq Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirmək artıq mümkün olmayacaq. Kreml hesab edir ki, belə siyasət Rusiyanın maraqlarına zidd addım kimi qiymətləndirilməlidir.

Alphanews.am isə yazır ki, Rusiya-Ermənistan münasibətlərində gərginliyin daha da yüksələcəyi ehtimal edilir. Buna səbəb Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana planlaşdırılan səfəri və Ermənistan üçün yeni maliyyə yardım paketinin açıqlanacağı ilə bağlı məlumatlardır.

Moskvada hesab edirlər ki, bu səfər təkcə iqtisadi əməkdaşlıq məqsədi daşımır. Kreml bunu Ermənistanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirən və Qərblə siyasi yaxınlaşmanı institusional səviyyəyə qaldıran addım kimi qiymətləndirir. Rusiya rəsmilərinin fikrincə, Avropa İttifaqının ayıracağı maliyyə yardımları Ermənistanın Rusiya bazarını itirməsi, enerji təchizatında yarana biləcək problemlər və təhlükəsizlik sahəsində mümkün dəyişikliklər nəticəsində üzləşəcəyi itkiləri tam şəkildə kompensasiya edə bilməyəcək.

Moskvanın mövqeyini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də təsdiqləyib. Onun sözlərinə görə, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına inteqrasiya kursunu qanunvericilik səviyyəsində təsdiqləməsi, həm də Avrasiya İqtisadi İttifaqının bütün iqtisadi üstünlüklərindən yararlanması mümkün deyil. Qaluzin bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qəbul etdiyi qanun Moskva üçün artıq siyasi seçim deməkdir. Buna görə də İrəvanın "Aİ-yə rəsmi müraciət edilməyib" arqumenti Rusiyada ciddi əsas kimi qəbul olunmur.

Məlumatlara görə, Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarus rəhbərləri Ermənistanın gələcək inteqrasiya kursunun müəyyənləşdirilməsi üçün Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim edilməsinin vacibliyini vurğulayırlar. Hətta bu məsələnin referendum vasitəsilə həll olunması ilə bağlı fikirlər də gündəmdədir.

Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcək statusu ilə bağlı hüquqi və iqtisadi mexanizmlərin hazırlanmasının ilin sonunadək yekunlaşdırılacağı bildirilir. Bu isə onu göstərir ki, Moskva yaxın zamanda İrəvandan konkret siyasi qərar gözləyir.

Son hadisələr fonunda görünən odur ki, Rusiya Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütmək imkanlarının artıq məhdudlaşdığını düşünür. Kreml hesab edir ki, İrəvan yaxın perspektivdə ya Avrasiya İqtisadi İttifaqında qalaraq Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməli, ya da Avropa İttifaqına inteqrasiya yolunu seçərək bunun siyasi və iqtisadi nəticələrini qəbul etməlidir. Bu baxımdan qarşıdakı aylar Rusiya-Ermənistan münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirəcək ən həlledici dövrlərdən biri hesab olunur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru