İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                 

"Azərsu"da sular niyə bulanıqdır... - Qorxmaz Hüseynov yol üstündədir
Tarix: 7-04-2015, 11:05 | Çap et
"Azərsu"da sular niyə bulanıqdır...
“Azərsu” ASC-nin fəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı dəfələrlə yazmışıq. Araşdırmalarımızın birində bildirmişdik ki, ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı bir əməkdaşı həbs olunub. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil imiş. Babək Həsənov В«AzərsuВ» Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb.
Baş verənlərin təfərrüatına keçməzdən öncə bildirək ki, “Azərsu” Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir.
Yusifəlinin boru və qum biznesi
Qeyd edək ki, В«AzərsuВ» ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni В«qaydaВ»lar tətbiq edib. Həmin В«qaydalaraВ» əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.
Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır.
Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.
Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar.
Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.
Qayın qardaşdan irəlidir
В«AzərsuВ» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. В«Hidro-İnşaat ServisВ» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı В«AzərsuВ»da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun В«udduğuВ» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, В«Hidro-İnşaat ServisВ» MMC-nin rəhbəri В«AzərsuВ» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir.
Babək Hüseynovun həbsindən kənarda qalanlar
Sözügedən yazımızda onu da bildirmişdik ki, aşkar olunan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə hələ də təxirə salınır. Digər tərəfdən isə cumhuriyyet.az-ı bilgiləndirən mənbə iddia edir ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Qeyd olunur ki, Babək Həsənovun “səmərəli” fəaliyyəti ASC sədrinin birinci müavini Teyyub Cabbarovun da 650 min manat dəyərində villaya sahib olmasına şərait yaratmışdır. Bu xüsusda yeni aldığımız məlumatda isə bildirilir ki, aşkarlanmış mənimsəmə faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub. Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılb.
Mənimsənən milyonlar və qorxuya düşən məmurlar
Mənbəmizin dediklərindən aydın olur ki, Babək Həsənovun həbsinin yaratdığı təlatüm səbəbsiz deyil: В«Çünki Babək Həsənov təkcə departament rəisi kimi В«AzərsuВ»da müəyyən üstünlüyə sahib deyildi. O, Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkəni kimi ASC-də qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə
mənimsəmələrinin başında duran əsas şəxslərdən olub. Halbuki onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə В«Texniki şərtВ» sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Ancaq dediyim kimi, qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və
qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan “Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb.
Maraqlı burasıdır ki, bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib. Yəqin ki, istintaq bunu da aydınlaşdırıb. Hələlik В«AzərsuВ»da gəzən söhbətlər bundan ibarətdir ki, Babək Həsənov təxminən 300 min manatı özünün götürdüyünü, 650 min manatın isə qayınatasının qardaşı olan Teyyub Cabbarovun villasına xərcləndiyini etiraf edibВ». Bu həbs və onun “Azərsu”da yaratdığı rezonans, həmçinin Qorxmaz Hüseynovun “Azərsu” ASC-də sədr olmasından sonra qardaşlarının, qaynı və bacısı oğlunun nələrə sahib olması ilə bağlı olduqca maraqlı faktlar var. Bundan əlavə, Qorxmaz Hüseynovun Teyyub Cabbarova nədən bu qədər isti bağlanması, onun və qardaşının 1-ci müavinin doğulduğu rayonda hansı nüfuzlu nazirlə yan-yana villa qaldırması kimi məlumatlar da diqqət çəkir.
“Texniki şərt” maxinasiyaları
Məlumata görə, Babək Həsənovun həbsinə qədər В«Texniki şərtВ»lər birbaşa Teyyub Cabbarovun razılığı ilə verilib: В«Mümkündür ki, bu, Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta В«SukanalВ» Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əəslində isə В«Texniki şərtВ»i bu institut hazırlayıb, səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi…». Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hazırda “Texniki şərt”lə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb: “Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki Yasamal Sukanal İdarəsinin rəis müavini olan doğma xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. Hətta bəzi saytlarda bu haqda məlumat da dərc olunub. İddialara görə Yasamalda yeni tikilmiş binalara verilən “Texniki şərt”lərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, Qorxmaz Hüseynovun xalası oğlu və digər qohumları da ilişə bilər”.
Redaksiyamıza daxil olan məlumatda həmçinin qeyd olunur ki, əslində ASC-də aşkarlanan mənimsəmə faktı üzrə müəyyən edilmiş məbləğ, mətbuat səhifələrində əks olunan məbləğdən bir neçə dəfə artıqdır. Belə ki, təkcə Mahir Məmmədovun bu maxinasiyalar sayəsində paytaxtın Montin qəsəbəsində aldığı torpaq sahəsinin 1,5 milyon manat qiyməti olduğu bildirilir.
Qorxmaz Hüseynovun qələmi qırılıb?
Bizi bilgiləndirən mənbənin sözlərinə görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Məlumatları nəzərdən keçirdikdə aydın olur ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Məsələnin kifayət qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri edib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Qorxmaz Hüseynovun vəzifədən alınmasına artıq qərar verilib: “Vəziyyət hakimiyyətin üst qatının da diqqətindədir və yaxın vaxtlarda Q.Hüseynovun yerinə təyinat verilməsi gözlənilir. Bu səbəbdən də artıq bir neçə qruplar aktivləşməyə başlayıb. Azərsu kimi böyük məbləğdə pulların dövr etdiyi bir qurumu ələ keçirmək üçün hakimiyyətdaxili böyük güclər belə hərəkətə keçib”.
“Azərsu” ASC-də Etibar Məmmədov qruplaşması
Mənbəmizin sözlərinə görə ASC-yə rəhbərlik uğrunda mübarizə aparan qruplaşmaların sayı üçdür. Amma hazırda ən real şansa malik qrup MM sədri Oqtay Əsədova bağlı şəxslərdir. Xatırladaq ki, spiker uzun illər Azərsunun sədri olub və bu dövrdə ətrafına topladığı komanda hələ də qurumda çalışır. Həmin komandanın indiki liderinin isə Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun olduğu bildirilir. Onu da bildirək ki, Q.Hüseynov və E.Məmmədov yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun “zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda “Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi “hədiyyə”lərdən təqdim etməyi unutmur. Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar.
Spikerin müdaxiləsi və iki namizəd
Amma bütün yaxın münasibətlərə baxmayaraq E.Məmmədov hazırda Q.Hüseynovun yerinə yeni bir şəxsin gətirilmə prosesində aktiv iştirakçılardandır. Beləki, cumhuriyyet.az-a daxil olan məlumata görə bir müddət öncə spiker O.Əsədova bağlı qruplaşmanın gizli bir toplantısı keçirilib. Mənbəmiz toplantının O.Əsədovun bağ evində keçirildiyini və burda E.Məmmədovdan başqa spikerin Nazim adlı qardaşının və əmisioğlunun iştirak etdiyi bildirilir. Sözügedən toplantıda Azərsu ASC-nin sədr müavini Mirkamil Seyidovun iştirakı gözlənilsə də, bizə məlum olmayan səbəblərdən o müzakirəyə qatılmayıb.
Məlumatda o da göstərilir ki, müzakirə olunan əsas məsələ “Azərsu” ASC-yə rəhbər şəxs kimi kimin namizədliyinin üzərində dayanmaq olub. Əsasən, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun və Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin namizədliyinin üzərində dayanıb.
Məlumat üçün bildirək ki, A.Qocayev spikerin qudasıdır və uzun müddət Azərsu sistemində müxtəlif vəzifələrdə çalışmış və 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Ehtimal etmək olar ki, spiker üçün daha əlverişli variant məhz A.Qocayevin bu posta gətirilməsidir. Amma nəzərə alsaq ki, A.Qocayev Binəqədi rayon icra hakimiyyətinin başçısı postundan Samuxa göndərilib, onda onun “vurulmuş” kadrlardan olduğunu düşünmək olar. Çox güman ki, spiker də qohumunun hakim komanda daxilindəki durumundan xəbərdardır və bu səbəbdən ikinci namizədini də hazırlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru