Yeni rəisdən şikayət edənlər... İŞDƏN QOVULDU! - Burası AZƏRBAYCANDIR!
Tarix: 1-08-2023, 08:19 | Çap et
 Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin ekskavator sürücüləri işdən çıxarılıb.
Sürücülərdən biri, Fəqan Şirinov Meydan TV-yə bildirib ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarıblar. Çünki öz ərizəsi ilə işdən çıxarılma tələbi ilə razılaşmayıb. Şikayətçinin sözlərinə görə, uzun müddətdir həmin idarədə sürücü kimi işləyirlər. İşdən çıxarılan digər 2 nəfər kimi o da indiyədək nöqsana yol verməyib.
“İdarənin əvvəlki müdiri Şakir Əhmədov təqaüdə göndərildi. Onun yerinə Orxan Mahmudov təyin edildi. Mahmudova qədər ekskavatorların yağı və filterləri idarənin hesabına dəyişdirilirdi. Biz yeni müdirə yağ və filterlərin təcili dəyişdirilməsini, əks halda 300 min manat qiyməti olan texnikaların sıradan çıxacağını bildirdik. O isə bizi məcbur etdi ki, yağı və filteri öz vəsaitimiz hesabına dəyişək”,- şikayətçi deyib.
F.Şirinovun sözlərinə görə, 6 sürücü Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edib. Onlara problemlərinin tez bir zamanda həll olunacağı vəd edilib:
“Səhəri gün Orxan Mahmudovun göstərişi ilə idarədə iclas keçirildi və bizə öz ərizəmizlə işdən çıxmağımız təklif olundu. Heç birimizin əlavə qazanc yeri yoxdur, öhdəmizdə azyaşlı övladlarımız var. Amma baş idarəyə problemləri həll edəcəyini vəd edən Mahmudov əvəzində bizi işdən çıxardı”.
Şikayətçilər bildiriblər ki, Mahmudov 3 aydır müdir təyin edilib, artıq bir neçə qohum-əqrəbasını işə götürüb. Filter və yağın verilməməsinə etiraz edən işçiləri isə işə gəlməməkdə günahlandırıb.
Sürücülər bildiriblər ki, ötən ayın 7-dən 15-nə kimi işə çıxıblar. Texnikaların nasazlığı səbəbindən işləmədikləri günlərin pulu əməkhaqqına hesablanmayıb:
“Yeni müdir deyir ki, günəmuzd çalışırsız, işləmədiyiniz günün pulu hesablanmır. Halbuki indiyə kimi normal maaş almışıq, əmək müqaviləmiz də vaxtlı-vaxtında uzadılıb. Şikayətdən sonra həmkarlar qurumunun iclazı oldu, bizə dedi ki, səsinizi çıxarmayın, problemlər həll olunacaq. İclasda bir neçə nəfərə töhmət verdi, iclasdan sonra 3 nəfəri işdən çıxardı”.
İşçilər ASC-nin sədri Zaur Mikayılovdan baş verənləri nəzarətə götürmələrini və tədbir görmələrini istəyiblər.
Göyçay Rayon Suvarma Sistemləri İdarəsindən Meydan TV-yə bildiriblər ki, müdir hazırda yerində deyil və sualları yalnız o cavablandıra bilər. Bununla belə, Mahmudovun heç kimlə intriqa aparmadığını, sürücüləri isə keçmiş rəhbərlik tərəfindən öyrədildiyini, qanunsuz işə çıxmadıqlarını bildiriblər.
Meliorasiya və Su Təsərrüfatı ASC-dən məsələni araşdıracaqlarını deyiblər.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Əgər "Kristal Abşeron" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:07 |
|
|
|
| • “Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02 |
|
|
|
| • “A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56 |
|
|
|
| • Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49 |
|
|
|
| • "Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
| • "Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22 |
|
|
|
| • “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20 |
|
|
|
| • Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17 |
|
|
|
| • Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14 |
|
|
|
| • Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:12 |
|
|
|
| • Netanyahu ilə aramızda fikir ayrılıqları olur - Vens
Bu gün, 06:05 |
|
|
|
| • ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 06:02 |
|
|
|
| • İranla Ermənistan eyni layihədə... - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib - KİV
Bu gün, 05:57 |
|
|
|
| • Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02 |
|
|
|
| • Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55 |
|
|
|
| • Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40 |
|
|
|
| • İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34 |
|
|
|
| • Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23 |
|
|
|
| • “Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19 |
|
|
|
| • "Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12 |
|
|
|
| • Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11 |
|
|
|
| • Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06 |
|
|
|
| • Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02 |
|
|
|
| • Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59 |
|
|
|
| • Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48 |
|
|
|
| • Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45 |
|
|
|
| • “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41 |
|
|
|
| • Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40 |
|
|
|
| • FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35 |
|
|
|
| • “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32 |
|
|
|
| • Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29 |
|
|
|
| • Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22 |
|
|
|
| • Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30 |
|
|
|
| • Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09 |
|
|
|
| • General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08 |
|
|
|
| • TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09 |
|
|
|
| • Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05 |
|
|
|
| • Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02 |
|
|
|
| • Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00 |
|
|
|
| • Məhəmməd Salah "Trabzonspor" formasını geyindi - FOTO
Dünən, 12:57 |
|
|
|
| • Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
Dünən, 12:53 |
|
|
|
| • Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
Dünən, 12:48 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Dünən, 12:46 |
|
|
|
| • "Mənə bu yolla əlavə borc yazıla bilər" - Vətəndaş "Azəriqaz"dan narazıdır
Dünən, 12:42 |
|
|
|
| • Vüsal Aslanovdan yeni rəis təyinatları - ƏMR
Dünən, 12:31 |
|
|
|
| • Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb - FOTO
Dünən, 12:29 |
|
|
|
| • "Açıq şəkildə 80 manat istədilər..." - GİLEY
Dünən, 12:25 |
|
|
|
|