"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                 

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib... - NARAZILIQ VAR!
Tarix: 18-04-2022, 08:39 | Çap et
Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib...
Qubanın 64 kilometrliyində dağların arxasından boylanan, qayalıqların üzərində yerləşən Buduq kəndinin sakinləri buradan aylarla çıxa bilmir.

Yol yoxdur, nəqliyyat işləmir. Xəstələr xüsusi əziyyət çəkir.

Yataq xəstəsinə çevrilmiş Nəsibə Hacıyeva, üstəlik, keçən ilin oktyabrından əlilliyə görə aldığı pensiyadan da məhrum olub.

"Ölməlidir bu xəstə?..”

Buduq sakini 2014-cü ildə ikinci qrup əlil kimi qeydiyyata alınıb.

Nəsibə Hacıyevaya əlilliyinə görə 202 manat təqaüd ayrılıb. Amma altı ay əvvəl illərdir xərşəng xəstəliyi ilə mübarizə aparan qadının daha pensiya ala bilməyəcəyi məlum olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası imtina sənədində əlavə müalicəyə ehtiyac olmasını əsas səbəb kimi göstərib.

Nəsibə xanımın həyat yoldaşı Oqtay Hacıyev böyük haqsızlığa yol verildiyinə əmindir.

"Bu adamın iş qabiliyyəti yoxdu, yataq xəstəsidir. Dərmanlara ömrünün sonuna qədər ehtiyac duyacaq. Müalicələri dayandırsaq, həyatda qala bilməz. Pensiya kəsilirsə, müalicəni necə davam etdirəcəyik? İmtina məktubunda yazılıb ki, müalicəyə davam. Nəylə? Ölməlidir bu xəstə?..”, – Oqtay Hacıyevin sözləridir.

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib...
Səhiyyə Nazirliyinin göndərişi.
Foto: Meydan TV


Bir müddət əvvəl Nəsibə Hacıyevanın başının sağ hissəsində bədxassəli şiş yaranıb. Şişin cərrahi yolla çıxarılmasından sonra həmin yerdə böyük çuxur qalıb.

"Hər yerə baş vurmuşuq. Deyirik ki, gəlin xəstənin vəziyyətini əyani görün. Cavab verirlər ki, nə təhər gələk? Bəs yataq xəstəsi necə gəlsin? Pensiyasını da kəsirsiz…” – həyat yoldaşı danışır.

"Belə haqsızlıq olmaz”

Nəsibə Hacıyeva Bakıda, Xaçmazda, Qubada xeyli xəstəxanalarda yatıb. Son aylar müalicəni ev şəraitində davam etdirməyə məcburdur. Çünki qış aylarında kəndin Quba ilə əlaqəsi kəsilir. Dağlara köhnə UAZ-dan başqa heç bir maşın qalxa bilmir: "Yollar bərbad gündədir. Heç düz-əməlli yol da yoxdur. Haqqımızı tapdalayırlar. Mübarizə aparmaq da çətindir. Elə yerdə yaşayırıq ki… Gedib-gəlmək olmur. Özünüz də görürsünüz… Xəstəni hər vaxt xəstəxanaya çadırmaq olmur. Bir az tərpədəndə halı pisləşir. Bu adamın üzünə baxanda necə vəziyyətdə olduğu görünür. Kömək olmasa, addım ata bilmir. Əlimiz hər yerdən üzülüb…”

Nəsibə Hacıyevanın başındakı şiş Təbrizdə götürülüb.

Oqtay Hacıyev deyir ki, Bakıda heç bir həkim məsuliyyəti üzərinə götürmək istəməyib, əməliyyatın uğurlu olacağına zəmanət verməyib. Buna görə də qonşu ölkəyə üz tutmaq məcburiyyətində qalıblar: "İranda 7 min manata yaxın xərcimiz çıxdı. Hələ başqa xəstəxanalardakı xərclərimizi saymıram. Ona ömürlük dərmanlar yazılıb. Bunlardan istifadə etməsə, qıcolmalar baş verir. Belə xəstəyə necə imtina yaza bilirlər axı?! Belə haqsızlıq olmaz. Necə ağır vəziyyətdədir…”

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib...
Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı.
Foto: Meydan TV


Hacıyevlər Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət edib. Onlar düşünür ki, cavablar bilərəkdən yubadılır: "Hər müraciətə üç ay sonra cavab verirlər. Son altı ayda müraciət eləmədiyimiz yer qalmayıb. Çox çarəsiz vəziyyətdəyik. Bacardıqca yubadırlar. İmtina sənədində konkret səbəb də göstərilməyib. Bizi başdan eləməyə çalışırlar. Biz Qusarda əyani komissiyadan da keçmişik. Dedilər ki, gedin nazirliyə. Həkimlərlə danışırıq. Təəccüblənirlər ki, belə ağır xəstənin əlilliyi necə ləğv oluna bilər? Gəlib nə gündə olduğunu görmək istəyirlərsə, lap yol xərcini də çəkək”.

"Əyani müayinəyə dəvət ediləcək”

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Nəsibə Hacıyevanın əlilliyinin qiymətləndirilməsi xəstəxananın elektron sistemə daxil etdiyi göndəriş əsasında aparılıb. Məlum olub ki, göndərişdə onun əsas diaqnoz və ağırlaşmalarını təsdiqləyən müayinələr tam aparılmayıb.

"Həmçinin ixtisaslaşmış tibb müəssisəsində aldığı müalicə müddəti yetərli deyil. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq, vətəndaşın göndərişinə imtina qərarı verilib. Bununla belə, vətəndaş Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəyə dəvət ediləcək. Əyani müayinənin nəticəsinə uyğun olaraq, şəxsin əlilliyinin qiymətləndirilməsilə bağlı müvafiq qərar veriləcək”, – Tural Qurbanov belə deyib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Dünən, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Dünən, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Dünən, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Dünən, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Dünən, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Dünən, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Dünən, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Dünən, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Dünən, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Dünən, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Dünən, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Dünən, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru