RAZİM MƏMMƏDOVUN ADI «QARA SİYAHIYA» SALINIB
Tarix: 15-02-2013, 12:51 |
Çap et
NAZİRLƏRDƏN BİRİNİN QOHUMU OLAN BAŞÇI DA ÖZÜNÜ HƏDƏFƏ ÇEVİRİB
DİA.AZ: - «Dörd rayonun icra başçısı ilə bağlı yuxarı instansiyalara ciddi siqnal daxil olub. Onların fəaliyyətləri nəzarətə götürülüb. Hətta onların arasında nüfuzlu nazirlərdən birinin yaxın qohumu da var. Vəziyyət o qədər ciddidir ki, həbs qərarı da verilə bilər». Bu şok məlumatı redaksiyamıza verən hökumət içindəki etibarlı mənbəmiz onu da vurğuladı ki, prezidentin sonuncu müşavirədəki çıxışının heç də boşuna söylənməyən fikirlər olduğunun sübuta yetirilməsi yönündə çox ciddi qərarlar veriləcək, səs-küylü addımlar atılacaq.
İsmayıllının icra başçısının vəzifəsindən alınmasını bu qəbildən hesab edən mənbə DİA.AZ-a söylədi ki, hazırda 4 rayonun icra başçısının fəaliyyəti ciddi şəkildə araşdırılır. Ola bilsin ki, bu həftələrdə onlarla da bağlı qərar verilsin: «Həmin şəxslərdən biri Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədovdur. Digərinin isə nazir qohumu var və himayə altındadır. Yerdə qalan iki icra başçısından biri isə vəzifəsində yenidir».
Mənbəmiz əlavə etdi ki, hakimiyyət prezident seçkilərinə qədər buk imi addımlarını intensiv edəcək…