SUMQAYITDA AZYAŞLILAR HƏBS OLUNDU
Tarix: 5-01-2013, 11:51 |
Çap et
ONLAR OĞURLUQLA MƏŞĞUL OLURMUŞSumqayıtda oğurluqla məşğul olan azyaşlılardan ibarət qrup zərərsizləşdirilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıtda çoxsaylı oğurluq cinayətlərinin üstü açılıb. Belə ki, 2012-ci ildən bağlı qalan həmin oğurluqların əksəriyyəti mağazalardan edilib.
Araşdırmalar zamanı hadisəni törədən şəxslərin - Aydın Tağızadə, Anar Məmmədov və Tamerlan Musayev olduqları müəyyənləşib. Hadisəni törədən şəxslərin üçü də həbs edilib. Qrup üzvləri Sumqayıtda 10-dan çox mağazanı qarət ediblər.