Əsas Səhifə > Hadisə > SUMQAYITDA AZYAŞLILAR HƏBS OLUNDU
SUMQAYITDA AZYAŞLILAR HƏBS OLUNDU5-01-2013, 11:51 |
ONLAR OĞURLUQLA MƏŞĞUL OLURMUŞ Sumqayıtda oğurluqla məşğul olan azyaşlılardan ibarət qrup zərərsizləşdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıtda çoxsaylı oğurluq cinayətlərinin üstü açılıb. Belə ki, 2012-ci ildən bağlı qalan həmin oğurluqların əksəriyyəti mağazalardan edilib. Araşdırmalar zamanı hadisəni törədən şəxslərin - Aydın Tağızadə, Anar Məmmədov və Tamerlan Musayev olduqları müəyyənləşib. Hadisəni törədən şəxslərin üçü də həbs edilib. Qrup üzvləri Sumqayıtda 10-dan çox mağazanı qarət ediblər. Geri qayıt |