SEVİNC BABAYEVANIN OĞLU YENƏ İTTİHAM ETDİ
Tarix: 2-01-2013, 16:29 | Çap et
"YAZDIQLARIMIN HAMISI FAKTDIR"DİA.AZ: - “Yazdıqlarım Gülər Əhmədovaya qarşı irəli sürülən ittiham yox, olan faktlardır. Anamın ölümünün, şəhərdən qaçırılmasının səbəbkarı odur. O anama dedi ki, 3 günlük gedirsən, Ramiz Mehdiyevlə danışacağam, hər şey yaxşı olacaq. Sonra gələcəksən, elə olacaq, belə olacaq.
Anam orada olarkən mən dəfələrlə Gülərə zəng vurmuşam. Demişəm, anamı necə göndərmisən, elə də geri gətizdir. Sən niyə evində rahat yaşayırsan, anam niyə orada qalmalıdır? Demişəm ki, anam neyləyib ki, pulu alıb gətirib sənə verib. Neyləmisinizsə, gedin öz probleminizi özünüz həll edin. Mən bunu Gülər Əhmədovaya dəfələrlə demişəm. Hər dəfə mənə deyirdi ki, səbirli ol, hər şey yaxşı olacaq”.
DİA.AZ bildirir ki, bunu AzadlıqRadiosuna adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli korrupsiya videosu qalmaqalında vasitəçi kimi təqdim edilən, dekabrın 26-da isə İstanbulda vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov deyib:
“Mən prokurorluğa neçə vaxt bundan əvvəl bildirmişəm ki, mənim anamı şəhərdən Gülər Əhmədova çıxardıb. Fakt budur ki, mənim anamı şəhərdən Gülər çıxardıb, bütün məsuliyyət onun üstünə düşür”.
Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı videoda Sevinc Babayeva kimi təqdim olunan şəxs deputat mandatının alınmasında vasitəçi kimi göstərilir. Videoda göstərildiyinə görə millət vəkili Gülər Əhmədova Elşad Abdullayevin millət vəkili seçilməsi üçün ondan bir milyon dollar alıb prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə çatdırır. Ramiz Mehdiyev bu iddiaları rədd edib.
Bu videonu montaj adlandıran Gülər Əhmədova istintaqın gedişinə mane olmamaq üçün mandatdan imtina edib.
Ayxan Məmmədov AzadlıqRadiosuna onu da deyib ki, anası Bakıdan İstanbula sentyabrın 25-də öz sənədi ilə gedib: “Onun başqa sənədi olmayıb”.
Ayxan Məmmədov anasının ölümünün araşdırılması ilə bağlı prokurorluğa müraciət edəcəyini də bildirdi: “Dünən prezidentin saytına da məktub yazmışam. Xahiş etmişəm ki, bu işə ciddi yanaşılsın”.
Ayxan Məmmədov yanvarın 1-də azpolitika.info saytına məktub yazıb. Anasının ölümünün səbəbkarının keçmiş millət vəkili Gülər Əhmədova olduğunu bildirmişdi.
Gülər Əhmədovanın telefonuna zənglərimiz cavabsız qaldı. Amma o, moderator.az saytına bildirib ki, Ayxan Məmmədov Elşad Abdullayevin təhdidlərindən qorxaraq belə ittihamlar səsləndirir:
“Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir. Əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədir. Belə bir vəziyyətdə olan insanı təhdid edib ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır. Oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyəm var ki, təmkinli olsun”.
Gülər Əhmədova həmçinin Sevinc Babayevanı ölkədə çıxarması barədə Ayxan Məmmədovun iddiasına bu cür cavab verib: “Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.
G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırlatdı: “Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”.
Hələlik Elşad Abdullayevin Sevinc Babayevanın özünə və oğluna təhdidlər etməsi barədə iddialara bir cavabı məlum deyil. Yalnız Sevinc Babayevanın ölümündən sonra keçmiş rektor bildirib ki, çox şey bildiyi üçün onun həyatına təhlükə olması barədə xəbərdarlıq edibmiş.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Bu gün, 13:23 |
|
|
|
| • Yenicag.az saytının 19 yaşı tamam olur
Bu gün, 13:21 |
|
|
|
| • Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Bu gün, 13:15 |
|
|
|
| • Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Bu gün, 13:06 |
|
|
|
| • Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Bu gün, 13:03 |
|
|
|
| • Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
| • Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Bu gün, 12:56 |
|
|
|
| • "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
| • Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Bu gün, 12:52 |
|
|
|
| • Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Bu gün, 12:33 |
|
|
|
| • Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Bu gün, 12:25 |
|
|
|
| • Anar Bayramovdan yeni təyinat - ƏMR
Bu gün, 12:04 |
|
|
|
| • "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
| • Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Bu gün, 11:57 |
|
|
|
| • “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Bu gün, 11:50 |
|
|
|
| • Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Bu gün, 11:47 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Bu gün, 11:36 |
|
|
|
| • “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Bu gün, 11:28 |
|
|
|
| • Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Bu gün, 11:16 |
|
|
|
| • Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Bu gün, 10:58 |
|
|
|
| • Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Bu gün, 10:55 |
|
|
|
| • “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
| • "Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Bu gün, 10:40 |
|
|
|
| • Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
| • Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Bu gün, 10:29 |
|
|
|
| • ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Bu gün, 08:47 |
|
|
|
| • “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
| • ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Bu gün, 08:37 |
|
|
|
| • “Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Bu gün, 08:32 |
|
|
|
| • Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Bu gün, 08:28 |
|
|
|
| • Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Bu gün, 08:25 |
|
|
|
| • Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Bu gün, 08:22 |
|
|
|
| • Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Bu gün, 08:20 |
|
|
|
| • Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Bu gün, 08:18 |
|
|
|
| • Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Bu gün, 08:16 |
|
|
|
| • 44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Bu gün, 08:15 |
|
|
|
| • Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Bu gün, 08:13 |
|
|
|
| • Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Bu gün, 08:05 |
|
|
|
| • Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:00 |
|
|
|
| • AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Bu gün, 07:54 |
|
|
|
| • Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Bu gün, 07:10 |
|
|
|
| • Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... - ÇÜNKİ...
Bu gün, 07:07 |
|
|
|
| • "Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Bu gün, 07:03 |
|
|
|
| • "Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Bu gün, 07:00 |
|
|
|
| • "Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı - ANIM
Bu gün, 06:49 |
|
|
|
| • Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... - TƏBİİ MÜDAXİLƏ tələb edir!
Bu gün, 06:39 |
|
|
|
| • Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... - AKTUAL
Bu gün, 06:36 |
|
|
|
| • İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? - REPLİKA
Bu gün, 06:32 |
|
|
|
| • “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14 |
|
|
|
|