HAKİMİYYƏT DAXİLİNDƏ GƏRGİN MÜZAKİRƏLƏR GEDİR
Tarix: 14-12-2012, 15:03 |
Çap et
ƏRİZƏNİN YAZILMASI XƏBƏRİ TƏSDİQLƏNİRDİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a Prezident Administrasiyasındakı qaynaqlardan çox ilginc bir təsdiqləmə gəlib. Mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, bütün günü PA-dakı kabinetində iş başında olan Ramiz Mehdiyev yalnız özünə yaxın bildiyi şəxsləri qəbul edib.
Mənbəmiz bildirir ki, PA şefinin ərizə yazması doğrudur və bu barədə PA-da da ciddi müzakirələr aparılır: «Hələlik hansı cavabın verildiyi məlum deyil».
Ramiz Mehdiyevi kimin əvəzləyəcəyinə gəlincə isə bu barədə danışan mənbəmiz qeyd etdi ki, həmin posta ümumiyyətlə, uzun müddətə kimsə təyin olunmaya bilər: «Güman edirəm ki, prezident 4 müavini təyin etməklə mövqeyini bildirib. Yəni 4 müavin Ramiz Mehdiyevin səlahiyyətlərini icra edəcək. Kimsə kimdənsə üstün olmayacaq və bütün istiqamətlər üzərə əvvəlki kimi rəhbər nəzarəti təmin olunmuş olacaq».