LƏNKƏRANDA MƏMURU BIÇAQLADILAR
Tarix: 14-12-2012, 11:07 |
Çap et
DSMF MÜDİRİ NİYƏ HƏDƏFƏ ÇEVRİLDİ?Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb.
APA-nın Cənub bürosunun xəbərinə görə, hadisə gecə saat 1 radələrində baş verib. Şöbə müdiri, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimova Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.
Lənkəran Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilən R.Əzimovun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.