Əsas Səhifə > Hadisə > LƏNKƏRANDA MƏMURU BIÇAQLADILAR

LƏNKƏRANDA MƏMURU BIÇAQLADILAR


14-12-2012, 11:07
LƏNKƏRANDA MƏMURU BIÇAQLADILAR
DSMF MÜDİRİ NİYƏ HƏDƏFƏ ÇEVRİLDİ?

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb.

APA-nın Cənub bürosunun xəbərinə görə, hadisə gecə saat 1 radələrində baş verib. Şöbə müdiri, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimova Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.

Lənkəran Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilən R.Əzimovun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Geri qayıt