BAKIDA 17 YAŞLI OĞLANI ÖLDÜRÜBLƏR
Tarix: 30-11-2012, 09:57 |
Çap et
QƏTLİN HANSI ŞƏRAİTDƏ BAŞ VERDİYİ BİLİNMİRBakıda qətl törədilib.
Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib.
Hadisə Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1995-ci il təvəllüdlü Kamil Mübariz oğlu Kazımov naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.