Əsas Səhifə > Hadisə > BAKIDA 17 YAŞLI OĞLANI ÖLDÜRÜBLƏR

BAKIDA 17 YAŞLI OĞLANI ÖLDÜRÜBLƏR


30-11-2012, 09:57
BAKIDA 17 YAŞLI OĞLANI ÖLDÜRÜBLƏR
QƏTLİN HANSI ŞƏRAİTDƏ BAŞ VERDİYİ BİLİNMİR

Bakıda qətl törədilib.

Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib.

Hadisə Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1995-ci il təvəllüdlü Kamil Mübariz oğlu Kazımov naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Geri qayıt