ŞABRANDA YAŞAYIŞ EVİ PARTLADI
Tarix: 19-11-2012, 10:50 |
Çap et
XƏSARƏT ALANLAR VAR Bu gün səhər saatlarında Şabran şəhərində yanğınla nəticələnən partlayış baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, partlayış Mirzə Ələkbər Sabir küçəsində, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin mətbəxində qeydə alınıb. Nəticədə 1959-cu il təvəllüdlü Zemfira Rüstəmova və onun övladları - 1996-cı il təvəllüdlü Mehriban və 1988-ci il təvəllüdlü Aqşin müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Zemfira Rüstəmovanın vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.