Əsas Səhifə > Hadisə > ŞABRANDA YAŞAYIŞ EVİ PARTLADI
ŞABRANDA YAŞAYIŞ EVİ PARTLADI19-11-2012, 10:50 |
XƏSARƏT ALANLAR VAR Bu gün səhər saatlarında Şabran şəhərində yanğınla nəticələnən partlayış baş verib. APA-nın şimal bürosunun məlumatına görə, partlayış Mirzə Ələkbər Sabir küçəsində, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin mətbəxində qeydə alınıb. Nəticədə 1959-cu il təvəllüdlü Zemfira Rüstəmova və onun övladları - 1996-cı il təvəllüdlü Mehriban və 1988-ci il təvəllüdlü Aqşin müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Zemfira Rüstəmovanın vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |