SOSİAL BÖHRAN ORTAQLARI YABA DAVASINA ÇIXARDI
Tarix: 14-11-2012, 10:56 | Çap et
LƏNKƏRAN MƏHKƏMƏSİ İSƏ ÖZÜNÜN “BİZNES MARAQLARINI” GÜDMƏKDƏDİR
DİA.AZ: - Son zamanlar ölkədəki sosial böhran vətəndaşlarımızın həyatında faciəli olaylarla müşaiyət olunmaqdadır. İnsanlar maddi durumlarını yaxşılaşdıra bilmələri üçün külli-miqdarda borclanır, kredit götürür və ödəmə qabiliyyəti olmayanda isə, bu da nəticədə cinayət əməllərinə gətirib çıxarır. Elə Lənkəran şəhəri sakini Elçin Vəliyevin DİA.AZ-a ünvanladığı şikayət məktubu da bu qəbildəndir. Məktubda deyilir:
В«Mən, Vəliyev Elçin Əkrəm oğlu Lənkəran rayonu Şeyx Zahid küçəsi, 3 saylı evdə yaşayıram. 31 yaşım var. Ailəliyəm. 2 oğlum var. Kiçik ticarətlə məşğulam. Əsasən, Cəlilabad rayonundakı əkinçilərin becərdiyi kartofu toplayıb Rusiyaya yollayır, bundan qazanc əldə edirdim. Bu ilin may-iyun aylarında da Cəlilabad rayonunun Maşlıq kənd sakini Saməddin Mövsüm oğlu Fərhadovun vasitəçiliyi ilə həmin kəndin 16 sakinindən kiloqramı 20 qəpikdən 4 maşın kartof tədarük etdim.
Məlumat üçün bildirirəm ki, bu, bizim həmin sakinlərlə ilk alverimiz deyildi. Biz 4 ildir ki, onlarla işləyir, hər il onlardan tonlarla kartof alır və kartofun pulunu həmişə vaxtında və razılaşdırılmış məbləğdə ödəyirdik. Bu il isə hər yerdə olduğu kimi cənub bölgəsində də kartofun satışı çox acınacaqlı vəziyyətə düşdü. Bundan qəzetlər də yazdı, televiziyalar da göstərdi, hətta bu olaya mərsiyə də qoşuldu. Belə bir vəziyyətdə biz də tədarük etdiyimiz kartofu normal qiymətə sata bilmədik. Birincisi, sərhəddə hədsiz yubadıldıq, maşınlarda və vaqonlarda olan tonlarla kartof çürüdü, yararsız hala gəldi. İkincisi, Rusiya bazarında kartofun qiyməti kəskin şəkildə aşağı düşdü. Bu səbəbdən biz sürücülərin pulunu güclə ödəyib, alıcılara borclu qaldıq.
Bu adamlarla biz neçə ildir çörək kəsirik, ailəvi münasibətimiz var. Yəni, bizim bu pul məsələsində, necə deyərlər, kiməsə “atmaq” fikrimiz yoxdur. Biz işləyib, çalışıb, həmin borcu qaytaracağıq. Qarşı tərəf isə bu məsələdə çox sərt mövqe tutub. Biz Cəlilabadda olanda maşınımıza cumdular, yaba ilə, ağacla üstümüzə hücum çəkdilər. Maşını həyətlərdən birinə saldılar, bütün sənədləri götürdülər.
Sonra məlum oldu ki, onlar bu işi Lənkəran məhkəməsinə veriblər. Ən qəribəsi isə odur ki, Lənkəran Rayon Məhkəməsinin sədri Elçin Kazımov bu məsələyə baxarkən ədalətli, obyektiv qərar qəbul etmədi. Belə ki, mənə müvəqqəti istifadəyə verilmiş VAZ 2107 markalı Juquli maşınına həbs qoydu. (Hazırda həmin maşın Lənkəran Rayon Məhkəməsinin həyətində saxlanılır). Dolayısı ilə bizə çatdırıldı ki, guya bu işin bizim xeyrimizə həll olunması üçün 500 manat pul lazımdır.
Məlumat üçün bildirirəm ki, üzərinə həbs qoyulan maşın nəinki mənə məxsus deyil, heç onu mənə istifadəyə verən Vasif Qəmbərovun da tam mülkiyyəti deyil. Yəni ki, həmin maşın ZaminBankda girovdadır. Maşına görə Vasifin banka 3 min dollara qədər borcu var. O, heç bu maşını sata da bilməz.
Bundan əlavə maşını mənə müvəqqəti istifadəyə verən Vasif Qəmbərov mübahisəli vəziyyət yarandığı və özünün maşına ehtiyacı olduğunu nəzərə alıb mənə verdiyi etibarnaməni ləğv elətdirib. Bir də, ortada borc varsa, günahkar mənəm, maşın deyil ki? Maşınla hər hansı bir qəza törədilməyib ki? Mən gözləməzdim ki, insanın özündən asılı olmayaraq baş verən belə hallara görə məhkəmə ədalətsiz qərar çıxartsın.
İndi biz Lənkəran məhkəməsinin qərarından Apelyasiya məhkəməsinə, eləcə də hakimin özündən müvafiq təşkilatlara şikayət etməyə məcburuqВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02 |
|
|
|
| • “A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56 |
|
|
|
| • Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49 |
|
|
|
| • "Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
| • "Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22 |
|
|
|
| • “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20 |
|
|
|
| • Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17 |
|
|
|
| • Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14 |
|
|
|
| • Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:12 |
|
|
|
| • Netanyahu ilə aramızda fikir ayrılıqları olur - Vens
Bu gün, 06:05 |
|
|
|
| • ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 06:02 |
|
|
|
| • İranla Ermənistan eyni layihədə... - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib - KİV
Bu gün, 05:57 |
|
|
|
| • Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02 |
|
|
|
| • Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55 |
|
|
|
| • Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40 |
|
|
|
| • İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34 |
|
|
|
| • Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23 |
|
|
|
| • “Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19 |
|
|
|
| • "Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12 |
|
|
|
| • Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11 |
|
|
|
| • Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06 |
|
|
|
| • Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02 |
|
|
|
| • Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59 |
|
|
|
| • Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48 |
|
|
|
| • Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45 |
|
|
|
| • “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41 |
|
|
|
| • Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40 |
|
|
|
| • FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35 |
|
|
|
| • “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32 |
|
|
|
| • Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29 |
|
|
|
| • Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22 |
|
|
|
| • Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30 |
|
|
|
| • Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09 |
|
|
|
| • General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08 |
|
|
|
| • TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09 |
|
|
|
| • Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05 |
|
|
|
| • Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02 |
|
|
|
| • Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00 |
|
|
|
| • Məhəmməd Salah "Trabzonspor" formasını geyindi - FOTO
Dünən, 12:57 |
|
|
|
| • Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
Dünən, 12:53 |
|
|
|
| • Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
Dünən, 12:48 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Dünən, 12:46 |
|
|
|
| • "Mənə bu yolla əlavə borc yazıla bilər" - Vətəndaş "Azəriqaz"dan narazıdır
Dünən, 12:42 |
|
|
|
| • Vüsal Aslanovdan yeni rəis təyinatları - ƏMR
Dünən, 12:31 |
|
|
|
| • Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb - FOTO
Dünən, 12:29 |
|
|
|
| • "Açıq şəkildə 80 manat istədilər..." - GİLEY
Dünən, 12:25 |
|
|
|
| • Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
Dünən, 11:59 |
|
|
|
|