“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi
Tarix: 20-02-2025, 11:53 | Çap et
 Nərimanov rayonu, Faiq Yusifov küçəsində çoxmərtəbəli bina tikən “Gold Məkan” MMC ilə vətəndaşlar arasında daha bir problem yaşanıb. Bu dəfə narazı olan sakinlərdən biri küt alətlə xəsarət aldığını iddia edib.
Musavat.com xəbər verir ki, MMC tərəfindən qeyd edilən binada tikinti işləri aparılan zaman köhnə binaların söküntüsü həyata keçirilir. Bu zaman sakinlərlə şirkət arasında bir neçə səbəbə görə problemlər yaşanıb. Ya sakinlər kompensasiya ilə razılaşmayıb, ya da sakinlərə yeni tikiləcək binadan veriləcək mənzillərin yerləşmə və mənzərəsinə görə problemlər yaranıb. Bəzi sakinlər ümumiyyətlə şirkətlə razılaşmayaraq evlərini tərk etməyiblər. Bu zaman da müxtəlif problemlər üzə çıxıb. Sakinlərin su xətti, qaz xətti zədələnib.
Qeyd edilən problemlərlə bağlı sakinlərin onlarla müraciəti, şikayəti yerli mediada dərc edilib.
Bu problemlərdən biri də bu yaxınlarda yaşanıb. Tikinti şirkəti üçün qaz xəttinin yerini dəyişən “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşları ilə sakinlər arasında insident yaşanıb. İnsident zamanı sakinlərdən biri xəsarət alıb.
Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusif küçəsi 43 saylı binanın həyətində “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşı Vüqar Mamedov qaz xəttinin yerini dəyişdirən zaman sakinlərdən Adilə adlı qadınla mübahisə edib. Sakin qaz xəttinin yerinin dəyişdirilməsinə etiraz edib. Mübahisə zamanı Vüqar Mamedov əlində olan dəmir alətlə sakinə xəsarət yetirib.
Vüqar Mamedov dindirilən zaman sakinə xəsarət yetirmədiyini deyib. O, “Azəriqaz”ın keçmiş müdiri Ruslan Əliyevin göstərişi ilə qeyd edilən ünvanda işlər gördüklərini deyib:
“Qaz xətti söküntü ərazisinə düşürdü. Biz də yerini dəyişdirəcəkdik. İşləyən zaman Adilə xanım gəlib işləri dayandırmağımızı tələb etdi. Mən MMC-yə deməsini xahiş etdim. Amma məhəl qoymadı. Kobud şəkildə danışmağa, telefonla çəkiliş etməyə başladı. Qaynaq aparatını generatordan ayırdı. Mən gedib yenidən generatoru işə saldım. O, yenə söndürdü. Bu hal bir neçə dəfə təkrarlandı. Məni təhrik edirdi ki, mübahisə yaransın. Sonra məndən sənəd tələb etdi. Yenə generatoru söndürmək istəyəndə ona tərəf getdim. Söndürməməsini tələb etdim, oradan kənarlaşdırdım. Həmin vaxt telefonu yerə düşdü, ekranı sındı. Sonra səs-küy salıb guya onu vurduğumu dedi. Səsə camaat toplaşdı”.
Vüqar Mamedov qadına əlində olan küt alətlə vurmadığını, onun telefonunu yerə çırpmadığını deyib.
Məhkəmədə dindirilən zərərçəkmiş qadın ifadəsində şirkətdən narazılığını dilə gətirib:
“Tikinti şirkəti mənim mənzilimin və qeyri-yaşayış sahəmin yerləşdiyi binaları sökərək yerində çoxmərtəbəli binalar tikmək istəyir. Buna görə ərazini hasarlayıb. Lakin mülkiyyətçiləri ilə danışıqlar aparılmayıb, razılıq əldə edilməyib. Binaların ətrafının hasarlanması nəticəsində həyətə giriş-çıxış məhdudlaşıb. Narazılıqdan sonra giriş hissə qismən açıldı.
Həmin gün qonşumuz Fuad zəng edərək yaşadığımız binaya müdaxilə edildiyini dedi. Binaya qazın verilməsi də dayandırıldı. İş görən şəxslərdən sənəd tələb etdik. Sənəd vermədilər. Biz də “Azəriqaz”la əlaqə saxladıq. Dedilər ki, guya ərazidə qəza olduğu üçün iş görülür”.
Zərərçəkmiş qadın əlavə edib ki, etiraz edən zaman V.Mamaedov onun əlindən çəkiclə vurub, sonra da yerə düşən telefonunu sındırıb. O, şikayətçi olduğunu deyib.
Məhkəmədə zərərçəkmiş qadının qonşuları da dindirilib. Onlar qonşularını müdafiə edən ifadələr veriblər.
“Gold Məkan” MMC şirkətinin rəhbəri Mahir Eyvazov və şirkətin digər işçisi isə dindirilən zaman V.Mamedovu müdafiə edən ifadə veriblər. Deyiblər ki, V.Mamedov qadına xəsarət yetirməyib.
Məhkəməyə şirkətin nümayəndəsinin istəyi ilə dəvət edilən şahidlər isə zərərçəkmiş Adilə adlı qadının əleyhinə ifadə veriblər. Həmin şahidlər də bina sakini olub. Onlar deyiblər ki, V.Mamedov qadını vurmayıb. Əksinə, qadın və digər qonşular Vüqarı vurub.
Ərazidə olan kamera görüntüsünə baxış zamanı tərəflərin mübahisə etdiyi müşahidə edilir. Lakin tərəflərin bir-birinə xəsarət yetirməsi görünmür. Mübahisə zamanı Adilə adlı qadının telefonun əlindən düşdüyü görüntülərdə yer alıb.
Məhkəmə V.Mamedovu bir il islah işlərinə cəlb edib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 07:30 |
|
|
|
| • "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18 |
|
|
|
| • Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10 |
|
|
|
| • Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05 |
|
|
|
| • Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56 |
|
|
|
| • Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33 |
|
|
|
| • “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31 |
|
|
|
| • Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27 |
|
|
|
| • Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22 |
|
|
|
| • “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14 |
|
|
|
| • Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09 |
|
|
|
| • 4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07 |
|
|
|
| • Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
| • "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02 |
|
|
|
| • Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01 |
|
|
|
| • İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57 |
|
|
|
| • Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02 |
|
|
|
| • Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
| • Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57 |
|
|
|
| • Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54 |
|
|
|
| • Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50 |
|
|
|
| • Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47 |
|
|
|
| • Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46 |
|
|
|
| • Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44 |
|
|
|
| • Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38 |
|
|
|
| • Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32 |
|
|
|
| • Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16 |
|
|
|
| • Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11 |
|
|
|
| • Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00 |
|
|
|
| • Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55 |
|
|
|
| • Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50 |
|
|
|
| • “FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48 |
|
|
|
| • Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43 |
|
|
|
| • DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41 |
|
|
|
| • Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40 |
|
|
|
| • İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
| • Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30 |
|
|
|
| • Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27 |
|
|
|
| • DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14 |
|
|
|
| • Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10 |
|
|
|
| • Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08 |
|
|
|
| • Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03 |
|
|
|
| • “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54 |
|
|
|
| • Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50 |
|
|
|
| • Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47 |
|
|
|
| • 19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40 |
|
|
|
| • Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38 |
|
|
|
| • “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29 |
|
|
|
|