KOMMUNAL KORRUPSİYA
Tarix: 10-11-2011, 11:51 | Çap et
"AZƏRSU" ASC, "AZƏRİQAZ" SC, "BAKIELEKTRİKŞƏBƏKƏ" MMC-NİN ORTAQ MAXİNASİYALARI
DİA.AZ: - Paytaxtın kommunal xidmət sektorunda, konkret olaraq əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatında çox ciddi problemlər yaşanır. İndi Bakıda sudan, qazdan, işıqdan şikayətlənməyən tapmaq çətindir. Müvafiq qurumlar istehlakçılara fasiləsizlik, təhlükəsizlik, keyfiyyət kimi üç meyar əsasında xidmət göstərməlidir. Halbuki bu gün qurumların heç birinin xidməti bu tələblərə cavab vermir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 8-ci maddəsinə əsasən, vətəndaşlarla onlara xidmət edən qurumlar arasında müqavilə bağlanmalıdır. Bundan əlavə, dövlət başçısının fərmanı ilə Nazirlər Kabinetinə elektrik enerjisindən, su və təbii qazdan istifadə qaydalarına uyğun olaraq müqavilə formalaranın hazırlanması tapşırılıb. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 sayli qərarı ilə yeni "Qazdan İstifadə qaydaları" təsdiqlənib. Lakin müxtəlif qanunların olmasına baxmayaraq, istehlakçılarla bağlanan müqavilələr qeyri-şəffafdır. Bu da Azərbaycanda daha bir qanunvericilik aktına qarşı sayğısız yanaşmanın nümunəsidir.
Təbii inhisarçı qurumlar hesab olunan "Azərsu" ASC, "Azəriqaz" SC, "Bakıelektrikşəbəkə" MMC birmənalı olaraq istehlakçılarla müqavilə bağlamır. Bağlanan müqavilələr isə birtərəfli tərtib edildiyindən, istehlakçının yalnız öhdəlikləri göstərilir. Nəticədə qaz sızması nəticəsində baş verən partlayışlar və ya elektrik enerjisinin mütəmadi artıb-azalması nəticəsində sıradan çıxan məişət texnikalarına görə heç kim məsuliyyət daşımır. Eyni zamanda xidmətə görə pul ödəyən vətəndaşların mənzillərinə az təzyiqli qazın verilməsi, suyun kəsilməsi, işığın sönməsi də istehlakçı hüquqlarının pozulması deməkdir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, kommunal xidmət sahəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz təsərrüfat fəaliyyətlərini elə qurmalıdır ki, istehlakçını fasiləsiz, təhlükəsiz və keyfiyyətli xidmət və ya enerji ilə təmin etsin. Qanunun bu maddəsinin tələbinə hələ də tam riayət olunmur. Həmin qurumlar istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz xidmətlə təmin etməyə, əks təqdirdə, onlara dəyən maddi və mənəvi zərəri ödəməyə borcludur. Bu qanunun tələbidir. Lakin təcrübədə bir az axsamalar var. Müstəqil medianın və QHT-lərin ardıcıl təzyiqindən sonra hər üç qurum müqavilə bağlamağa başladı. Lakin onların istehlakçılara təqdim etdikləri müqavilənin şərtləri birtərəfli tərtib olunur. Əksər hallarda inhisarçı qurumların mənafeləri qorunur, lakin həmin müqavilənin şərtləri istehlakçının öz hüquqlarını qorumasına imkan vermir. Halbuki, edirik ki, sənəddə müqavilənin mahiyyəti, fasiləsiz, təhlükəsiz və keyfiyyətli xidmətlə təminat, borc bildirişlərinin təqdim edilməsi, balans mənsubiyyəti daxilində qurğuların, avadanlıqların, kommunikasiya xətlərinin və s. yararlığının təminatı, yol verilmiş pozuntu barədə sənədləşdirmədə istehlakçının iştirakının təminatı, habelə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət, bu zaman müxtəlif mübarizə yolları göstərilməlidir.
Mövcud müqavilələr istehlakçıların tələblərinə cavab vermir, tərəflər arasında tarazlığı pozur ki, nəticədə qeyri-bərabər vəziyyət yaranır. Hazırda kommunal sahədə istehlakçıların yalnız vəzifələr daşımağının əks olunduğu bir müqavilə mövcuddur. Hazırki müqavilələrdə keyfiyyətsiz xidmət göstərildikdə tariflərin hansı formada müəyyənləşdirilməli olması da sənəddə əksini tapmayıb. Hansı hallarda təchizatın dayandırılması halları da nəzərə alınmayıb, olanlar da təchizatçının xeyrinə hesablanmış qaydalardır. Bütün bunların qarşısının alınması üçünsə müqavilələrin mükəmməl olması və hər iki tərəfin maraqlarına xidmət etməsi vacibdir. Ona görə də bu sənədin konsepsiyasını dəyişmək, Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərəflərin müqavilə azadlığını, eyni zamanda, qarşılıqlı hüquq və vəzifələrinin daşınmasında tarazlığın təmin edilməsi ilə bağlı yeni müqavilə layihələri hazırlaq lazımdır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Bu gün, 12:03 |
|
|
|
| • Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Bu gün, 11:59 |
|
|
|
| • Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:47 |
|
|
|
| • Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • “Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Bu gün, 11:39 |
|
|
|
| • Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Bu gün, 11:37 |
|
|
|
| • Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:34 |
|
|
|
| • “Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Bu gün, 11:32 |
|
|
|
| • Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib - "Newsarmenia"
Bu gün, 11:26 |
|
|
|
| • QHT əməkdaşları Ağdərədə minaya düşdülər - Yaralananlar var...
Bu gün, 11:24 |
|
|
|
| • Müharibə Əfqanıstana sıçradı - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • Sabiq icra başçısı müavini AQC sədrinin müşaviri təyin olundu - FOTOLAR
Bu gün, 11:16 |
|
|
|
| • Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Magistratura ilə bağlı SOS - “İxtisaslı kadrlar kənarda qalır”
Bu gün, 11:09 |
|
|
|
| • Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... - MÜRACİƏT
Bu gün, 11:07 |
|
|
|
| • Ermənistanın hakim partiyası: Qaregini katolikos kimi tanımırıq - KİV
Bu gün, 11:05 |
|
|
|
| • Manatı BUNDAN SONRA nə gözləyir... - AKTUAL
Bu gün, 11:03 |
|
|
|
| • Britaniya şirkəti Azərbaycan bazarından çəkilir
Bu gün, 11:01 |
|
|
|
| • "Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi? - Görünəni odur ki...
Bu gün, 10:54 |
|
|
|
| • Bu il Xankəndidə 2 milyonluq nizamnamə kapitalı ilə yaradılmış şirkət “maya”sını azaldıb
Bu gün, 10:50 |
|
|
|
| • Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu - Makunts isə...
Bu gün, 10:47 |
|
|
|
| • Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi – Şok səbəb
Bu gün, 10:29 |
|
|
|
| • “SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 10:27 |
|
|
|
| • Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR - İTTİHAM VAR...
Bu gün, 10:21 |
|
|
|
| • Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır – ABŞ–İran danışıqları qiymətləri BELƏ DƏYİŞƏCƏK
Bu gün, 10:16 |
|
|
|
| • BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib - BƏYANAT
Bu gün, 10:14 |
|
|
|
| • Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:24 |
|
|
|
| • Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryan
Bu gün, 08:18 |
|
|
|
| • ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib - Tramp belə deyir...
Bu gün, 08:16 |
|
|
|
| • "Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." - REPLİKA
Bu gün, 08:03 |
|
|
|
| • AzəriQaz-da KORRUPSİYA BUMU... - vətəndaşın canı ilə risqə gedirlər...
Bu gün, 07:59 |
|
|
|
| • PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı - NƏ BAŞ VERİR?
Bu gün, 07:46 |
|
|
|
| • İspaniya Avropa Birliyindən qovulur? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43 |
|
|
|
| • "Məni hansı hüquqi əsasla bloklamısınız?" - GİLEY
Bu gün, 07:41 |
|
|
|
| • AzəriQaz-da hesab-kitabı da bilmirlər? - GİLEY
Bu gün, 07:30 |
|
|
|
| • Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... - AXI NİYƏ?..
Bu gün, 07:21 |
|
|
|
| • "Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18 |
|
|
|
| • Qusarda sağ qalmaq üçün... - GƏRƏK YUXARIDA TANISIN OLA...
Bu gün, 07:10 |
|
|
|
| • "Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:01 |
|
|
|
| • Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 06:51 |
|
|
|
| • 10 il gizləndi, ancaq bu səhv onu ələ verdi – Ərdoğana sui-qəsd qrupunun son üzvü belə yaxalandı
Bu gün, 06:41 |
|
|
|
| • Azərbaycan ət niyə bahalaşır? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 06:21 |
|
|
|
| • Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL - Narazı qalan türkiyəli qonaq çağırış etdi
Bu gün, 06:15 |
|
|
|
| • "Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu"
Bu gün, 06:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb
Bu gün, 06:08 |
|
|
|
| • İranla danışıqlar bu gün bərpa olunacaq - Tramp belə deyir...
Bu gün, 06:05 |
|
|
|
| • Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 08:36 |
|
|
|
| • Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Dünən, 08:26 |
|
|
|
| • Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Dünən, 08:24 |
|
|
|
| • Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Dünən, 08:22 |
|
|
|
|