Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                 

"Doğrudan da bu rol Ceyhuna çox böyük məşhurluq gətirdi..." - ANIM
Tarix: 6-03-2026, 04:05 | Çap et

Ceyhun Mirzəyev Azərbaycan kinosunda həm uşaq obrazı ilə yadda qalan nadir simalardan biri, həm də sonrakı yaradıcılığı ilə milli kinonun yaddaşında dərin iz buraxan sənətkar kimi xatırlanır. Onun yaratdığı obrazlar illər keçsə də tamaşaçının yaddaşında öz səmimiyyətini qoruyub saxlayır.

Azərbaycan tamaşaçısı üçün “Ögey ana” filmindəki İsmayıl obrazı təkcə uğurlu uşaq rolu deyildi. Bu, ekran vasitəsilə ailə, mərhəmət və anlayış haqqında qurulan ilk emosional körpülərdən biri idi.

“Fəryad” filmi ilə aktyor artıq tamam başqa müstəvidə yadda qaldı. “Fəryad” müharibə ağrısını, əsirlik travmasını və milli faciəni ekrana gətirən ən sarsıdıcı işlərdən biri oldu. Bu film təkcə kino əsəri deyil, həm də bir dövrün ağrısını yaddaşa çevirən mühüm ekran salnaməsi kimi qəbul olunur.

  • “Ögey ana” və “Fəryad” filmlərində onun performansını necə xarakterizə edərdiniz?
  • Azərbaycan tamaşaçısı aktyorun sənətindən nəyi əbədiləşdirməlidir?

Azərbaycan kinorejissoru, ssenari müəllifi Cəmil Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Ögey ana” filmindəki rol Ceyhuna çox böyük məşhurluq gətirdi: “Azərbaycanın görkəmli kinorejissoru və aktyoru Ceyhun Mirzəyev uşaq yaşlarından taleyini kinematoqrafiyaya bağlayıb. 1956-cı ildə televiziya yaranandan təxminən 8-9 ay sonra Ceyhun Mirzəyev artıq televiziya verilişlərində aparıcı kimi çıxış edirdi. O, “Sizin üçün məktəblər” verilişində aparıcı kimi çıxış edirdi, kinostudiyada bir neçə dublyajda iştirak etdi. Daha sonra, 1955-ci ildə rejissor Tofiq Tağızadənin “Görüş” filmində kiçik bir epizodda - Şəxəlinin oğlu rolunda çıxış etdi. Ardınca isə Əjdər İbrahimovun çəkdiyi “Bir məhəllədə iki oğlan” filmində ona daha bir kiçik epizod həvalə olundu.

Nəhayət, 1958-ci ildə Ceyhun Mirzəyevin taleyində “Ögey ana” filmi mühüm rol oynadı. Filmin sınaq çəkilişlərinə təxminən on nəfərə yaxın yeniyetmə dəvət olunmuşdu. Onların arasında filmin rejissoru Həbib İsmayılovun qardaşı oğlu da var idi. Lakin Həbib İsmayılov əvvəlcədən düşünürdü ki, İsmayıl rolunu, məhz Ceyhun Mirzəyev ifa etməlidir. Doğrudan da bu rol Ceyhuna çox böyük məşhurluq gətirdi. O, filmdə dramatik və eyni zamanda ziddiyyətli bir uşaq obrazı yaratdı.

Bu filmdən sonra onun Azərbaycan kinosunda bir çox uğurlu işləri oldu. Bununla yanaşı, o, Azərbaycan kinosundan kənarda da filmlərə dəvət aldı. 1962-ci ildə rejissor Qriqori Koltunovun “Qara qağayı” filmində çəkildi. Film “Lenfilm” kinostudiyasında istehsal olunmuşdu. Ardınca 1963-cü ildə rejissor Mixail Tereşenkonun çəkdiyi “Kompanyeros” filmi ekranlara çıxdı. Bu film isə “Odessa” Kinostudiyasında çəkilmişdi. Hər iki filmdə Ceyhun Mirzəyev kubalı gənc obrazını canlandırmışdı- birində Manolo, digərində isə Miqel rolunda çıxış etmişdi”.

Cəmil Quliyev vurğulayıb ki, Ceyhun Mirzəyev “Fəryad” filmində İsmayıl xəttini davam etdirir: “Sonrakı illərdə onun yaradıcılığı yenidən Azərbaycan kinosu ilə sıx bağlı oldu. O, “Yenilməz batalyon”, “Dəli Kür”, “Yol əhvalatı” və digər filmlərdə çəkildi. 1985-ci ildə isə qırğız rejissoru Bolotbek Şamşıyevin çəkdiyi “Snayperlər” filmində, Qazaxfilm kinostudiyasının istehsalı olan bu ekran işində mayor Salayev rolunu ifa etdi. Ceyhun Mirzəyev bu obrazın da öhdəsindən böyük ustalıqla gəldi.

Təbii ki, onun yaradıcılığında mən xüsusilə “Fəryad” filmini qeyd etmək istəyirəm. Film Qarabağ hadisələrinə həsr olunmuşdur və tamaşaçılar tərəfindən böyük rəğbət qazandı. Bu filmdə Ceyhun Mirzəyev İsmayıl xəttini davam etdirir. Artıq İsmayıl böyüyüb və cəbhəyə yola düşür, işğalçılarla mübarizə aparır. O, qəhrəmancasına vuruşur, əsir düşür, lakin heç kim onu sındıra bilmir və nəticədə düşmənlər üzərində qələbə qazanır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı model məhkəməni uddu
Bu gün, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Bu gün, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Bu gün, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Bu gün, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Bu gün, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Bu gün, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru