"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
"Mən xəngəl, piti yemirəm. Xaşı heç dilimə vurmaram. Bu yeməklərdən imtina edəndən təzyiqim normaldır. Özümü yaxşı hiss edirəm".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, artıq dərman da qəbul etmədiyini bildirib:
"15 gün bundan əvvəl bir dəfə təzyiqim qalxdı. Həm gecəni yaxşı yatmamışdım, həm də verilişdə əsəbiləşmişdim. Təzyiqim 180 oldu. İndi heç dərman da içmirəm".