Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                 

Narkotik qatqılı erməni nağılları və ya “Maşa və ayı”ya qarşı “cihad” - NƏ BAŞ VERİR?
Tarix: 25-10-2021, 10:53 | Çap et
Narkotik qatqılı erməni nağılları və ya “Maşa və ayı”ya qarşı “cihad”
Ermənistanda hər zaman hiddətlənmək üçün səbəblər tapmağı bacarıblar - hətta o halda ki, məntiqlə həmin anda onlardan özlərini təmizə çıxarmaq üçün bəhanə gözləmək daha düzgün olardı. Bu, dünyaya öz nöqteyi-nəzərindən baxmağa adət etmiş qonşu ölkənin sakinlərinə xas xüsusiyyətdir. Eyni hal bu dəfə Rusiyanın məşhur “Maşa və Ayı” cizgi filminin yaradıcıları – “Animaccord” studiyasının Azərbaycana həsr olunmuş serial hazırlamasından sonra baş verib.

“Maşanın yeni nağıllar” seriyasına daxil olan cizgi filminin bu buraxılışı “Şahzadə Məlikməmməd” adlanır və Azərbaycan xalq nağılı “Cırtdan” əsasında ərsəyə gəlib. Buraxılışda Azərbaycanın milli mətbəxi olan çörək, dolma, şəkərbura, paxlava şirniyyatları nümayiş etdirilir, Qobustandan bəhs edilir. Bundan əlavə, cizgi filmində məşhur “Cücələrim” mahnısı səslənir.

Və ən əsası budur ki, cizgi filminin bu buraxılışı qısa müddət ərzində “YouTube” kanalında çoxlu baxış toplayıb. Bu günə qədər 250 mindən çox insan ona baxıb. Hansı ki, təbiidir. Axı, "Maşa və Ayı" cizgi serialının, “Parrot Analytics” tərəfindən müəyyənləşdirilən ən populyar uşaq şoularının dünya reytinqində “Donuz Peppa”, “Köpək Patrul” və “Sezam küçəsi”ndən daha populyar olduğu ortaya çıxdı. "Maşa və Ayı"nın yalnız “YouTube” kanalına 35.7 milyon insan abunə olub.

Aydındır ki, bütün bunlar erməni tərəfini dərindən və konkret olaraq narahat edir. İndi də erməni “Telegram” kanalları, eləcə də sosial şəbəkələrin erməni seqmenti hiddətlə bildirir ki, “biz dünən işləməli olduğumuz sahələrə göz yumduğumuz üçün yenə də geridə qalmışıq”.

“Biz onlara cavab verməyə başlaya bilərik, bu gün animasiya çəkə bilərik ki, uşaqlarımızın və böyüklərimizin məşhur şoulardan sızan Azərbaycan mifindən başqa baxmağa nələrisə olsun”, - deyə müxtəlif ermənilər çağırış edirlər.

Yəni, “Maşanın yeni nağılları”nda göstərilənlərin əsasını təşkil edən Azərbaycan nağılına bir növ tarixi sənəd kimi kifayət qədər ciddi yanaşıblar və hesab ediblər ki, təcili olaraq təkzib edilməlidir. Yalnız mif yaratmaq elementlərini hər yerə daxil etməyi bacardıqlarına vərdiş edənlər çağırışlarını bu cür əsaslandıra bilər. Və burada ermənilərin özləri haqqında nə qədər lətifə və gülünc əfsanələr yaratdıqlarını xatırlamaq düzgündür – o qədər çoxdur ki, sadalamaq belə, çətindir.

Bu, məsələn, ser Uinston Çörçillin, guya erməni konyakını bütün digər içkilərdən üstün tutması hekayəsidir. Bu erməni mifinin müəllifləri keçən əsrin ən parlaq siyasətçilərindən birinin ən yaxşı spirtli içkilərdən, o cümlədən viskidən istifadə etmək imkanı olması barədə düşünməməyi üstün tutublar. Onlar üçün mümkün qədər öz yalanlarını yaymaq daha vacib idi. Eyni prinsipə əsasən, naməlum erməninin Amerika dollarını yaşıl rəngə boyamağa qərar verməsi barədə cəfəngiyyatlar yayılıb.

Üstəlik, bütün ciddiliyi ilə iddia olunurdu ki, Amerikanı dünyaya məlum olmayan bir erməni kəşf edib. İddialara görə, Kolumbun gəmisində torpağı görən və qışqıran dənizçi məhz erməni imiş. Üstəlik, 44 günlük müharibədən əvvəl və onun gedişində erməni əsgərlərinin “məğlubedilməzliyi” haqqında çoxlu miflər eşitdik. Strabon, Kiçik Plini və hətta Qay Yuli Sezar şahid kimi göstərildi.

Sonuncu guya iddia edib ki, “Köçəri” rəqsi oynayan erməni əsgərlərindən daha güclü qüvvə görməyib. 2018-ci ildə Naxçıvanın ənənəvi qrup rəqslərinin (“Köçəri”, “Tənzərə”) UNESCO tərəfindən Azərbaycandan təcili mühafizəyə ehtiyacı olan obyektlər siyahısına daxil edilməsi bu mifi xüsusilə qabarıq edir. Rəqs Naxçıvan Muxtar Respublikasının bütün ərazisində geniş yayılıb. Görünür, başqa bir aldadıcı mif uyduran ermənilərin heç biri bu barədə Qay Yuli Sezara məlumat verə bilməyib.

Erməni əsgərlərinə gəldikdə, 44 günlük müharibə zamanı 10 mindən çox fərari sayı, Hüseyn Boltun xəyal etmədiyi bir sürətlə öz canını xilas etməyə hazır olduqları qədər, ermənilərin yenilməzliklərini və cəsarətlərini də göstərir.

Amma təbii ki, belə primitiv, lakin yenə də erməni miflərindən biri ifşa olunduqdan sonra da onların istehsalı və yayılması dayanmadı. Xüsusən də bütün məşhur adamların hələ də erməni kökənli olmaları iddia edilir. Üstəlik, təkcə mərhumlar deyil, həm də dirilərin.

Sonunculardan rəqqasə, model Corcinya Rodriguez - Kriştianu Ronaldonun vətəndaş nigahlı həyat yoldaşı, dördüncü uşağı Alana-Martinanın anasını erməni kökənli "etmək" qərara alındı. Corcinya Buenos Ayresdə anadan olub. Atası argentinalı Jorge Eduardo Rodriguez, anası ispan Anna Mariadır. Lakin bütün bu məlumatların və sadəcə sağlam düşüncənin əksinə olaraq, erməni mif yaradıcıları onu... erməni hesab etmək qərarına gəliblər.

Onlar tez-tez qolları eyni üslubda qeyd edən Lionel Messinin nənəsinin də erməni olduğunu “anons” ediblər. Hər qoldan sonra barmaqlarını qaldırıb səmaya baxan Messi bu jesti nənəsinə həsr edir. Onun adı Celia Oliver Kuccittini idi. O, iyirmi ildən də qabaq, xoşbəxtlikdən onu "erməniləşdirmək" qərarını görməyənə qədər dünyasını dəyişib.

Yəni bütün bu söylənilənlərin fonunda, “Cırtdan” nağılı əsasında “Maşanın yeni nağılları” seriyasının bir hissəsi olan cizgi filminin buraxılışının ərsəyə gəlməsi ilə bağlı erməni tərəfinin qışqırtılarını və hiddətlərini eşitmək, necə deyərlər, ən azı gülməlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru