Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                 

Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:32 | Çap et

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistana səfəri İrəvanda geniş rezonans doğurub. Yerli media, ekspertlər, müxalifətə və iqtidara yaxın siyasətçilər bu barədə geniş şərhlər verirlər. Səfər seçki prosesinin ən qızğın debatlardan birinin əsasını qoyub. Xüsusilə də, müxalifətə yaxın medianın Mustafayevin 300 min azərbaycanlının Ermənistana qaytarılması layihəsi ilə gəldiyi barədə şayiələri dövriyyə buraxması hökuməti geniş izahat verməyə vadar edib.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini sülh prosesi məntiqində “tarixi hadisə” kimi qiymətləndirib. Baş nazir çıxışında iqtisadi və tranzit əlaqələrindəki yeniliyi açıqlayıb. O, bildirib ki, ötən ilin noyabrından bu günə qədər Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana təxminən 26 min ton məhsul daxil olub. “Hazırda praktiki olaraq Ermənistandan malların ixrac edilməsi üçün heç bir maneə və maneə yoxdur”, - Paşinyan sülh gündəliyinin iqtisadi dividendlərinə işarə edib.

Jurnalistlərin azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı sualına cavab verən Paşinyan bildirib ki, Azərbaycanla belə bir məsələ müzakirə olunmur: “Biz Azərbaycanla nə azərbaycanlıların, nə də Bakı ermənilərinin və ya Qarabağ ermənilərinin qayıdışı məsələsini müzakirə etmirik. Çünki hər iki istiqamətdəki müzakirələr cari siyasi vəziyyətə provokativ təsir göstərir. Bu məsələləri gündəmdə saxlayanlar eyni qüvvələrdir və bu, sadəcə ucuz daxili siyasi manipulyasiyadır”.

Paşinyan bəyan edib ki, görüşlərin üçüncü ölkələrdə deyil, birbaşa tərəflərin ərazisində keçirilməsi tərəflərin bir-birinə inamının göstəricisidir.

Müxalifət mediası (7or.am, Panorama.am) və revanşist siyasətçilər səfərin “qəfil” baş tutmasını tənqid edirlər. İddia olunur ki, Mustafayevin səfəri Ermənistanın anklavlarla bağlı yeni güzəştlərə getməsinin anonsudur. Səfərin media üçün qapalı keçirilməsi isə “xalqdan gizli sövdələşmə” kimi qiymətləndirilir.

Ermənistanın tanınmış politoloqları və regional ekspertləri Şahin Mustafayevin səfərinin təhlilinə geniş yer veriblər. Məsələn, Tiqran Abramyan bildirib ki, delimitasiya prosesinin şimaldan (Qazax-Tavuş) başlayıb cənuba doğru irəliləməsi Azərbaycanın hərbi və diplomatik üstünlüyünü qəbul etməkdir. Onun fikrincə, Mustafayevin İrəvana gəlişi artıq “kim güclüdürsə, o da diktə edir” prinsipinin vizual təsdiqidir.

Analitiklərdən Areg Köçinyan isə yerli mətbuata bildirib ki, birbaşa görüşlər Rusiyanın vasitəçiliyini minimuma endirir. Lakin bu, Ermənistan üçün həm də riskdir, çünki Bakı ilə təkbətək qalan İrəvanın manevr imkanları məhduddur.

Qeyd edək ki, ekspert dairələrində N.Paşinyanın səsləndirdiyi “26 min ton yük” rəqəmi də geniş müzakirə olunur. Bəzi politoloqlar hesab edir ki, bu, Zəngəzur dəhlizi məsələsinin “yumşaq” şəkildə, Ermənistanın suverenliyi altında, amma Azərbaycanın şərtləri ilə açılmasına hazırlıqdır.

Xatırladaq ki, Şahin Mustafayev Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının sədridir. Komissiyaların son görüşü ötən ilin noyabr ayında Qəbələ şəhərində keçirilmişdi. Həmin görüş zamanı tərəflər növbəti iclasın Ermənistan şəhərlərindən birində baş tutması barədə razılığa gəlmişdilər, amma görünür, sonradan Mustafayevin Ermənistana səfəri qərarlaşdırılıb.

Rəsmi məlumata görə, Ağverəndə baş tutan iclasda tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər. Bura iki ölkə arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası, delimitasiya xəritəsinin hazırlanması və delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında təlimatlar daxildir. Bundan başqa, tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, səfər çərçivəsində şərhlərlə bağlı hökumətlərarası komissiyanın iclası keçirilib və çoxdan gözlənilən sənədlər toplusu razılşadırılıb ki, sonradan hökumətlər hüquqi prosedura keçib onları təsdiq etsinlər. “Beləliklə, sərhədlərin müəyyən edilməsində ümumi metodologiya təsdiq edilir və vahid xəritə üzərində işlərin aparılması qeyd edilir. Bu bürokratik məsələdir, sərhədlərin müəyyən edilməsində ən çox vaxt aparan prosesdir. Onun yekunlaşması ilə bağlı məlumat verilibsə, nəzəri işlər yekunlaşmaq üzrədir, praktiki addımlar üçün zəmin yaradılıb”, – o, qeyd edib.

Politoloq vurğulayıb ki, bu gün Azərbaycan-Ermənistan münasibətləri qeyri-adidir, çünki diplomatik münasibətlərin olmadığı bir şəraitdə hökumətlərarası komissiya fəaliyyət göstərir, iqtisadi münasibətlər formalaşır, yüksək səviyyədə siyasi dialoq var, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı səfərlər həyata keçirilir:

Bunlar birinci mərhələ üçün atılan addımlardı. İkinci mərhələ isə Ermənistanda parlament seçkilərindən sonra başlamalıdır. Əlbəttə, seçkilərin nəticələrindən çox şey asılı olacaq. Demək olar ki, seçki öncəsi Azərbaycan-Ermənistan münasibətlərində əksər sahələr üzrə nailiyyətlər mövcuddur”.

F.Məmmədov əlavə edib ki, Şahin Mustafayevin səfəri çərçivəsində ölkələr arasında iqtisadi münasibətlərə də yer verilib. “Düşünürəm ki, ticarətin elə istiqamətləri müəyyən edilib ki, onlar haqqında biz yaxın vaxtlarda yeni məlumatlar eşidəcəyik”, – o, fikrini yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru