Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsində "Şərab" məclisinə aid foto şəkillər paylaşılıbdır. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda bildirilir.
Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin Dosenti Afət Qasımova Facebook səhifəsində paylaşım edibdir. Sosial mediada paylaşımı olunan müəllimənin "Başda kafedra müdirimiz Əhəd müəllimin olmaqla bütün professor-müəllim heyətinə bu gözəl gün üçün öz təşəkkürümü bildirirəm" status paylaşımı diqqəti çəkibdir.
Diqqət yetirilsə, məclisdə "Araq" içməkləri görüntüləri açıq isbat olunur. Şərab məclisi Texnologiya Universitetinin 3 korpus deyilən binada təşkil olunubdur. Xan Çinar arağının əks etdirən görüntüləri təsdiqini foto şəkildə görmək olur.
Başı əsassız pul yığımına qarışan ATU-nun rektoru Yaşar Ömərov idarəçiliyi itiribdir. Belə ki, sözü gedən Təhsil ocağında Tələbələrdən təcrübə "pratika"adı altında 1500- 2000 manat, müəllimlərdən 500 manat, 4 kurs Tələbələrdən 500-600 manat məbləğində əsassız pul tələbləri vardır. Bunu təsdiq edən video görüntülər və səs yazıları mövcuddur. Bu mövzuya gələn yazımızda qayıdacağıq.









