
“Sosial şəbəkədə xəbər yayılıb ki, 19 yaşlı gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərlənib. Oğlan ölüb, qız isə xəstəxanadadır. Yazırlar ki, Allah rəhmət eləsin. Nəyinə rəhmət eləsin? Bu oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Musavat.com xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə paylaşdığı videoda deyib. Tolik ötən gün 19 yaşlı oğlan və 14 yaşlı qızın hamamda dəm qazından zəhərlənməsi hadisəsinə münasibət bildirib:
"Bu hadisədə yenə də bir fakt ortaya çıxır: ananın dediyinə görə, onun baş verənlərdən xəbəri olub. Kimsə gəlib anaya deyib ki, biz həmin evdə olmuşuq, qız içkili vəziyyətdə olub. Daha sonra oğlan oradakı uşaqlara deyib ki, gedin gəzin, bizim burada işimiz var və nəticədə oğlumun başına bu hadisə gəlib.
Əgər sizin bundan xəbəriniz var idisə, niyə vaxtında bu qızın valideynlərinə məlumat vermirdiniz? Üstəlik, həmin qız necə olub ki, sizin evinizə belə rahat şəkildə gəlib?"









