"Bir sıra sənət adamları hər çıxışlarında, yazılarında özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mən onların çoxunu tanıyıram, bilirəm ki, onlar Prezident təqaüdçüsü deyillər!
Nə vaxtsa, hansı təşkilatdasa Prezidentin adından ona 200-300 manat veriblər, ömrü boyu özünü "Prezident təqaüdçüsü" adlandırır!.."









