“Əbülfəs Qarayev dedi ki, sənin düşmənin kimdir ki, indiyə qədər fəxri ad ala bilməmisən?”
Tarix: 8-04-2021, 11:17 | Çap et
 “Doğum günümü adətən ailəmlə birlikdə restoranda keçiririk. Amma bu il hələ ki, bilmirəm, qərarsızam. Bilirsiz ki, pandemiyadır, restoranlarda toplaşmaq da risklidir. Ona görə də yenə də ailəmlə birlikdə olacağam, bu dəfə yəqin ki, doğum günümü evdə qeyd edəcəyik”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, bu gün doğum gününü qeyd edən Xalidə Şərifova deyib. “Bəs uzun illərdir çalışdığınız teatrdan necə, təbrik gözləyirsinizmi?” sualına isə aktrisa belə cavab verib:
“Hər bir qadın kimi mən də diqqəti sevən bir insanam. Bilirəm ki, diqqət göstərib doğum günümü təbrik edənlər olacaq. Mən həmin insanlara bəri başdan təşəkkürümü bildirirəm. Hal-hazırda bilirsiniz ki, Gənc Tamaşaçılar Teatrında çalışıram, gözləyirəm görüm məni necə təbrik edəcəklər? Hərhalda mən neçə illərdir ki, teatrda çalışıram, bu mənim haqqımdır. Öz haqqımı istərdim. Mənə layiq olanı versinlər” deyə aktrisa bildirib. Sənətkar indiyə qədər fəxri ada layiq görülməməsindən də danışıb.
“Adım dəfələrlə nazirliyə gedib, amma buna baxmayaraq mənə hələ də fəxri ad verilməyib. Səbəbini özüm də bilmirəm. Hətta keçmiş Mədəniyyət Nazirimiz Əbülfəs Qarayev özü təəcüblənmişdi ki, de görüm sənin düşmənin kimdir ki, sən bu vaxta kimi fəxri ad ala bilməmisən? Prezident Administrasiyasına da müraciət etmişəm, onların dediklərinə görə təqdimatım gəlib ora çatmayıb. Məni tədbirlərdə “çıxış edir xalq artisti Xalidə Şərifova” kimi təqdim edirlər. Tez gedib deyirəm ki, mən xalq artisti deyiləm. Deyirlər bəs hansı fəxri adın var? Bildirirəm ki, heç “Əməkdar artist”-də deyiləm. Təbii ki, inanmırlar. Mənim teatrlarda oynamadığım rollar qalmayıb. Hansı ki, indi xalq artisti olanların əksəriyyəti o vaxtlar mənim yanımda ikinci və üçüncü dərəcəli obrazlar oynayırdılar. Mən “Olqa”, “Katerina”, “Cessi”, “Yudif”, “Gülnar”, “Şirin” və s.bir çox baş rolların ifaçısı olmuşam, niyə görə mənə fəxri ad verilməyib, bax bunu deyə bilmərəm. Bircə onu bilirəm ki, qapı döyməmişəm, sadəcə olaraq son illərdə maraqlanmışam. Hətta Əbülfəs Qarayev işçilərinə qışqırıb dedi ki, mən deməmişəm sizə bu aktrisaya fəxri ad verin?! Mədəniyyət Nazirliyində Vəfa Novruzova adlı bir xanım var, o sənədləri qoymur yuxarı getsin. Kim onun adamıdırsa, dostudursa sənədləri göndərir yuxarı, kimin onunla əlaqəsi yoxdursa o sənədləri qoymur getməyə. Mən hər zaman arzulamışam mədəniyyətimizdə, incəsənətimizdə mədəniyyəti, sənəti başa düşən xanımlar çalışsınlar, amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu xanım bazar alverçisidir! Nə onun savadı, nə dünyagörüşü imkan vermir ki, o orada işləsin! O alverlə məşğul olmalı idi, alveri çox yaxşı bacarır” deyə aktrisa bildirib.
Aktrisa çalışdığı teatrlarda əsas rollarda oynadığını bildirib və həmçinin bir çox tədbirlərin aparıcısı olub. “Ən məhsuldar fəaliyyətim Lənkəran Dövlət Dram Teatrında olub. Bu teatrda baş rollarda çıxış etmişəm. Mən o zaman Lənkəran Dövlət Dram Teatrında “Yudif” tamaşasını oynamışdım. Bu mono tamaşa idi. Sizə deyim ki, Azərbaycan teatrında Yudifi heç kim oynamayıb. Bəhram Osmanov bu tamaşanı çox gözəl hazırlamışdı. Məni bu tamaşada görmüşdülər, ona görə də Akademik Milli Dram Teatrına dəvət etdilər. Teatra gələn kimi Lütfi Məmmədbəyov “Məhəbbət yaşadır” tamaşasında Nilufər obrazını mənə verdi. Biz o tamaşa ilə bir çox qastrol səfərlərində olduq. Akademik Milli Dram Teatrında da yaxşı rollar oynamışam, Firəngiz Mütəllimova, Zərnigar Ağakişiyeva, Səidə Quliyeva ilə dublyor olmuşam. 10 ilə yaxın mən bu sənət ocağında çalışdım. Daha sonra bəzi konfliktlər əmələ gəldi, mən nazirliyə şikayət etdim. Məsləhət gördülər ki, sən Gənc Tamaşaçılar Teatrına get, ora sakit yerdir. Gəldim, həqiqətən də sakit yer idi. Sadəcə olaraq bu teatrda daha çox uşaq rollarına üstünlük verilirdi. Ona görə də rol olanda oynayırdım, olmayanda da o boşluqdan istifadə edib bir çox mötəbər tədbirlərdə şeir deyib, aparıcılıq edirdim. Hal-hazırda da Gənc Tamaşaçılar Teatrında rejissor Ağalar İdrisoğlu ilə Xalq şairi Nəriman Həsənzadənin “Qarabağnaməm İlhamdır” əsəri üzərində işləyirik. Çox gözəl əsərdir, tamaşada əsas rollardan biri olan şəhid anası obrazındayam. Biz tamaşanı onlayn məşq edirik. Çox istərdik ki, bu tamaşanı məşq edib, təhvil verilməsi üçün bizə lazımı imkanları yaratsınlar. Biz bu tamaşanı Azərbaycanın hər yerində oynamaq istəyirik” deyə aktrisa bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda "Taşir Pizza" şəbəkəsinin direktoru həbs edilib
Bu gün, 10:19 |
|
|
|
• "Ermənistanla sülh müqaviləsi dekabrda imzalanacaq..." - Erməni nəşri
Bu gün, 10:15 |
|
|
|
• Dövlət Turizm Agentliyinin daha bir milyonluq tenderi ləğv edildi
Bu gün, 10:12 |
|
|
|
• İcra başçısı onu özünə müavin təyin etdi - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• Zəngəzur dəhlizinə yaşıl işıq - Əbu-Dabi görüşü tarixi dönüş nöqtəsi ola bilər
Bu gün, 09:56 |
|
|
|
• Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi? – İki məşhur danışdı
Bu gün, 09:49 |
|
|
|
• Bu şirkət 15 milyon manatlıq dərman müqaviləsinə sahib çıxdı - DETALLAR
Bu gün, 09:41 |
|
|
|
• İran SQ-nin Baş Qərargah rəisi öldürülüb - KİV
Bu gün, 09:39 |
|
|
|
• AZERCEL: Müştəri oğurlayır, amma... - BU DA AXIRI...
Bu gün, 09:33 |
|
|
|
• “Xalq Kapital” çökür? - Dövriyyədə 100 FAİZLİK AZALMA
Bu gün, 09:28 |
|
|
|
• Naxçıvanda imtahan önəmli deyil: Rüşvət verməsən İŞ DƏ YOXDUR! - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• ABŞ-ın yeni Yaxın Şərq projesi - Osmanlı imperiyasının millətlər sistemi
Bu gün, 09:08 |
|
|
|
• "Bu nə qədər absurd, bu nə qədər anormal bir yanaşmadır?" - İFŞA!!!
Bu gün, 09:04 |
|
|
|
• Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib
Bu gün, 08:52 |
|
|
|
• Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər - hədəfdə iki region ölkəsi...
Bu gün, 08:51 |
|
|
|
• GDU rektoru nazirə qarşı CƏBHƏ AÇIB? - İLGİNC İDDİALAR
Bu gün, 08:48 |
|
|
|
• "Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: - PKK bu gün silahı yerə qoyacaq
Bu gün, 08:06 |
|
|
|
• Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı... - NƏ BAŞ VERİR?
Bu gün, 07:20 |
|
|
|
• Məhbəs sisteminin SEYİDOV BƏLASI... - Məmurlar sanki sanatoriyalarda qalır...
Bu gün, 07:18 |
|
|
|
• Cənubi Qafqazda sülh gündəliyi: hazırkı danışıqların siyasi fəlsəfəsi - İNCƏLƏMƏ
Bu gün, 06:29 |
|
|
|
• "Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" - deputat
Bu gün, 06:17 |
|
|
|
• Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf – 10 il əvvəl Putin…
Bu gün, 06:12 |
|
|
|
• Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib - “Factor.am”
Bu gün, 06:09 |
|
|
|
• Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı - Görünəni odur ki...
Bu gün, 01:00 |
|
|
|
• Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... - GƏLİŞMƏ
Bu gün, 00:57 |
|
|
|
• "Elə şeylər var ki, onları danışmaq istəmirəm"
Bu gün, 00:52 |
|
|
|
• Rəsmi İrəvan yola gəlir... - AKTUAL
Bu gün, 00:50 |
|
|
|
• Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR - BU NƏDİ BELƏ?
Bu gün, 00:46 |
|
|
|
• Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: - Qafqaz Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarına "girov" düşmədi
Dünən, 21:11 |
|
|
|
• Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Dünən, 17:57 |
|
|
|
• 130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Dünən, 17:55 |
|
|
|
• Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Dünən, 17:51 |
|
|
|
• İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Dünən, 17:48 |
|
|
|
• Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Dünən, 17:44 |
|
|
|
• Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Dünən, 17:27 |
|
|
|
• Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Dünən, 17:23 |
|
|
|
• “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Dünən, 17:18 |
|
|
|
• Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Dünən, 17:13 |
|
|
|
• İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Dünən, 17:00 |
|
|
|
• Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Dünən, 16:55 |
|
|
|
• Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Dünən, 16:45 |
|
|
|
• “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Dünən, 16:36 |
|
|
|
• DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Dünən, 16:30 |
|
|
|
• Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Dünən, 16:28 |
|
|
|
• Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Dünən, 16:14 |
|
|
|
• Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Dünən, 16:13 |
|
|
|
• Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 16:12 |
|
|
|
• Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Dünən, 16:09 |
|
|
|
• Bakıda həbs edilən ruslar fərari imiş
Dünən, 16:04 |
|
|
|
|