“Karantin davam etsə, “bomj“ olacam“ - ETİRAZ
Tarix: 19-03-2021, 12:12 |
Çap et
Aktyor Müşviq Şahverdiyev biznes qurmaq qərarına gəlib.
Yenisabah.az xəbər verir ki, 8 aydır işsiz qaldığını deyən sənətçi bu haqda "Söhbət var"da danışıb. O, aparıcı, Əməkdar artist Dilarə Əliyevanın "Eşitdik ki, təndir evi açmısan" sözlərinə belə cavab verib:
"Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir".
Aktyor maddi vəziyyətinin ağır olduğunu bildirib: "Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni bomj vidində görəcəksiniz".