Əsas Səhifə > Şou-biznes > “Karantin davam etsə, “bomj“ olacam“
“Karantin davam etsə, “bomj“ olacam“19-03-2021, 12:12 |
Aktyor Müşviq Şahverdiyev biznes qurmaq qərarına gəlib. Yenisabah.az xəbər verir ki, 8 aydır işsiz qaldığını deyən sənətçi bu haqda "Söhbət var"da danışıb. O, aparıcı, Əməkdar artist Dilarə Əliyevanın "Eşitdik ki, təndir evi açmısan" sözlərinə belə cavab verib: "Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir". Aktyor maddi vəziyyətinin ağır olduğunu bildirib: "Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni bomj vidində görəcəksiniz". Geri qayıt |