“Qələbəmizdən o qədər zövq alırdım ki, yaradıclığı unutmuşdum”
Tarix: 12-01-2021, 08:42 | Çap et
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi sentyabrın 10-da imzalanan üçtərəfli Qarabağ razılaşması və Azərbaycanın böyük ölçüdə qələbəsi ilə başa çatdı. Təbii ki, müharibənin və qələbənin təsirləri bir çox sahələrdən yan keçmədi və gələcəkdə də yan keçməyəcəyi məlumdur.
Belə sahələrdən biri mədəniyyət və incəsənət sahəsidir. Belə ki, torpaqlarımızın işğal altında olması, Vətən, qələbə, müharibə mövzularını da yaradıcılıq sahəsində əsarətə almış və məğlub xalq olaraq bu sahəyə müaricət edilmirdi. Lakin artıq qələbə qazanmış xalq olaraq mədəniyyət və incəsənət sahəsi də Vətən, qələbə, müharibə mövzularında azadlığa qovuşub və incəsənətin müxtəlif sahələrində bu mövzulara xüsusi yer verilməsi vacibdir.
Daha dəqiq desək, bu sahədə filmlərin çəkilməsi, tamaşaların səhnələşdirilməsi, bədii və sənədli əsərlərin hazırlanması, mahnıların və musiqilərin bəstələnməsi gözlənilir ki, buna artıq böyük ehtiyac var. Çünki bu istiqamətdə yaradıcılığa artıq heç bir mənəvi məhdudiyyət yoxdur.
Bəstəkar, musiqişünas Məryəm Əlibəyli Vətən müharibəsində əldə edilən qələbənin yaradıcılığa təsirləri ilə bağlı AYNA-nın suallarını cavablandırıb.
- 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı. Bildiyiniz kimi, bu mövzularda müəyyən mənəvi ağrılarımız vardı, bu da özünü yaradıcılıq sahələrində də əks etdirirdi. Amma artıq qələbə qazanmışıq və bu mənada mədəniyyət və incəsənətimiz də azaddır. Belə olan halda, qazadığımız qələbə bundan sonra yaradıcılıq, xüsusən də bəstəkarlıq sahəsində necə əks olunacaq?
- Mən yaradıcılığa erkən yaşlarımda başlasam da, gənclik illərim 1990-cı illərə, yəni Birinci Qarabağ müharibəsi dövrünə düşdüyü üçün özünü bu sənətdə təsdiq etmiş bəstəkarlarla yanaşı, mənim də bir sıra hərbi-vətənpərvərlik mövzularında mahnılarım var idi. Məsələn, 1990-cı il 20 yanvar hadisəsinə həsr olunan “Bakı Yanvar 1990”, Vidadi Babanlının Xocalı faciəsinə həsr etdiyi “Hoydu, dəlilərim, hoydu” şeirinə yazdığım mahnıları göstərmək olar. Hansı ki, bu mahnılar müharibədə bizim döyüşçülərimizə çox böyük enerji verən, onları qürurlandıran, döyüşə səsləyəcək tonda olan mahnılar idi. O zamanlar, ümumiyyətlə bu səpkidə olan mahnılar çox az yazılırdı, hətta 3-4 mahnının adı məhşur idi. Əlbəttə ki, mən Vətəni qoruya bilmədiyimiz üçün onun bizdən küsdüyünü də başa düşürdüm və məhz buna görə də “Gülümsə üzümə, Azərbaycanım!” adlı mahnı yazmışdım. Bu mahnı Xalq artisti Flora Kərimova və Xəyalə Manaflının ifalarında səslənmişdi. Bundan əlavə, mən uşaqlardan ibarət “Canbala” qrupu ilə işləyə-işləyə onlar üçün vətənpərvərlik mövzusunda bir sıra mahnılar yazmışdım. Lakin bu mahnılar daha çox müharibə ilə bağlı yox, Vətənin tərənnümünə yönələn mahnılar idi. Beş il bundan əvvəl isə türkiyəli yazar Osman Başın sözlərinə “Xarıbülbül” adlı mahnı bsətələdim və Xalq artisti Azərinin ifasında bu mahnı səsləndi. Bu mahnı kövrək hisslərimizi, ayrılığımızı əks etdirən bir mahnı idi və biz mahnıda “Mütləq geri qayıdıb xarıbülbülü yenidən qoxlayacam, yenidən becərəcəm” deyirdik. Məhz beş ildən sonra belə bir şərait yarandı və arzularımızı gerçələşdirməyə nail olduq.
- Yazıb-yaratmaq baxımından bu gün üçün nələr düşünürsüz?
- Mən bir yaradıcı insan və ilk növbədə bir vətəndaş olaraq qələbəmizdən o qədər fəxr hissi duyur, o qədər zövq alırdım ki, artıq yaradıclığı da unutmuşdum. Sadəcə bu istiqamətdə sosial şəbəkələrdə təbliğat aparır, ruhdan düşən insanlara təsəlli verir və ümidli olmağa səsləyirdim. Amma çox maraqlı bir məqamı da xüsusi ilə qeyd etmək istəyirəm. 2020-ci ilin mart ayı idi, pandemiya hələ geniş yayılmamışdı. O vaxtı gənc yazar Mərhəmət Mehdiyevlə birlikdə vətənpərvərlik mövzularını müzakirə edirdik. Ona sırf əsgərlər üçün mahnı yazmaq istədiyimi dedim. Bildirdim ki, mahnılarımın sözlərini həmişə özüm yazdığım üçün, bu dəfə yeni ruhun, yeni nəfəsin olmasını istəyirəm və mövzunu da ona izah elədim. O da yazdı və “Vətənin əsgəri, mənim əsgərim” adlı mahnı ərsəyə gəldi. İstəyirdim ki, bu mahnı bütün hərbi hissələrdə həm təlimlər zamanı, həm bayram günlərində, həm paradlarda ifa olunsun. Çünki mahnının sözləri də əsgərlərin xidmət həyatından bəhs edirdi. Mən buna görə həm fəxri adı olmayan, həm də fəxri adı olan müğənnilərin bir neçəsinə müraicət elədim. Lakin o zaman hamısı mənə bu mövzunun lazımsız olduğunu, onlara toy, el şənlikləri üçün mahnıların vacib olduğunu və bu mövzunun onlara sərf eləmədiyini dedilər.
Bir müddətdən sonra, daha doğrusu Tovuz hadisləri zamanı yenə mənə dedilər ki, artıq maddi durumları bərbad gündədir, toylara qadağa qoyulub və s. Halbuki, pandemiya yeni yayılmağa başlamışdı. Buna baxmayaraq, mən yenə də susdum. Amma sentyabr ayında müharibə başlayanda, gündəm xətrinə hər biri müxtəlif bəstəkarlardan bu mövzularda mahnılar götürməyə başladılar. Mən yenə də cəhd elədim ki, bəlkə həmin mahnını ifa edən ola, amma olmadı. Nəhayət susdum və öz-özümə dedim ki, bu mahnı bir gün öz yerini tapacaq. Necə ki, digər mahnılarım öz yerini tapmışdı. Əfsuslar olsun ki, mən istəyən zaman olmadı. Hər halda, yəqin ki, mənə köməklik edilər ki, mən bu mahnını üzə çıxarım və səsi enerjili, musiqi duyumu olan bir neçə müğənni bunu oxusun.
- Müharibənin getdiyi günlərdə hansısa yaradılıcıq nümunəsi ərsəyə gətirmişdiniz?
- Müharibə gedən zamanlar mən fərəh hissindən qeyri-ixtiyarı olaraq döyüşlərdə xüsusi rolu olan PUA-lar üçün “Qanadlarından öpüm” adlı şeir yazmışdım. Müharibə bitənə yaxın isə şəhidlərin şəkillərini yığmağa başladım, “Təəssüf” adlı mahnı yazdım və 45 şəhidimizin şəklini həmin mahnının içinə yerləşdirdim. Bu, mənim şəhidlər haqqında “Təəssüf” kompozisiyamın ilkin versiyası oldu. İndi isə şəhidlərin şəkillərinə yığılmış ikinci kompozisiyanı hazırlayıram. Yəni, bacardığım qədəri ilə ev şəraitində öhdəmə düşəni edirəm və edəcəm də. Amma mən çox istəyirəm ki, ən birinci “Vətənin əsgəri, mənim əsgərim” mahnım işıq üzü görsün.
- Müharibə və qələbə mövzusunun bəstəkarlıqla yanaşı, yaradıclığın başqa hansı sahələrinə əks olunmasını vacib hesab edirsiz?
- Təbii ki, bu mövzuda çoxlu bədii filmlər çəkiləcək, gözəl ssenarilər və bədii əsərlər yazılacaq, müxtəlif yaradıcılıq işləri görüləcək. Amma mən çox istərdim ki, Şuşanı işğaldan azad edən qəhrəmanlarla bağlı “Şuşa fatehləri” adlı bədii film hazırlansın. Mən özüm də çalışacam ki, müvafiq yerlərə bununla bağlı təklifərimi bildirim. Hətta, bu filmin musiqisini də böyük həvəslə bəstələmək istərdim. Məndə olan məlumata görə, hal-hazırda “Fəryad 2” filmi üzərində hazırlıq gedir. Müharibə dövründə də bu mövzuda bir çox mahnılar yazıldı. Düzdür, o mahnıların bir çoxu məni qane etsə də, bir çoxu qətiyyən qane etmədi. Sanki yaradıcı insanlarımız, ümumiyyətlə döyüş mahnıları, müharibə musiqilərinin necə yazılmalı olduğunu bilmirlər.
- Sizi qane etməyən mahnılar hansılar idi?
- Sözün düzü, həmin mahnılara daha çox radioda qulaq asırdım. Təbii ki, radiolar da mahnıların adını, müəllifini qeyd etmirlər deyə, məlumatım olmurdu. Özümün “Xarıbülbül”, şəhidlərə həsr olunan “Təəssüf” kompozisiyamın musiqilərini bir neçə radioaya təqim etmişəm. Amma bilmirəm, hansı radiolar istifadə edəcək, hansılar etməyəcək. Həqiqət bundan ibarətdir ki, içində vətənpərvərlik və istedad olan insanlar üçün bu mövzu böyük bazadır və onlar bu mövzuda gözəl yaradıclıq nümunələri ərsəyə gətirə bilərlər.
- Sizin də qeyd etdiyiniz kimi, vaxtı ilə bu mövzulara elə də çox müraciət edilmirdi. Lakin artıq məğlubiyyəti qələbəyə çevirmiş xalq olduğumuz üçün, gələcəkdə bu mövzunun yaradıcılıqda, xüsusən də musiqi sahəsində əks olunmasını necə dəyərləndirirsiniz?
- 30 ildən artıqdır ki, uşaqlarla işləyirəm və sırf uşaqlar üçün çox sayda mahnılar bəstələmişəm. Bu mahnıların içində müxtəlif mövzular olub, hansı ki, o mövzulara Azərbaycanda müraciət edilməyib. Düzdür, uşaqlar üçün yaradıcı insanlar öz yaradıcılıqlarında yer ayırmır, ayıranlar da üzdə yoxdurlar. Vətən mövzusu da bunun kimidir. Mən həmişə özümdə borc hiss etmişəm və heç bir xeyir gözləmədən vaxtaşırı bu mövzuya müraciət etmişəm. Təbii ki, hər yaradıcı insanın əsərləri də tarxidə qalmır. Çünki o işin xəmiri eşqlə yoğrulmur. Hətta, döyüşlərdə iştirak edən əsgərlərimizin arasından nə qədər istedadlı insanlar üzə çıxdı. Məsələn, şəhid Xudayar Yusifzadəni bir video ilə bütün Azərbaycan tanıdı. Çünki Xudayar həmin mahnını eşqlə, ürəkdən oxumuşdu. Amma insan var ki, illərlə musiqi ilə məşğul olur, lakin tanınmır. Yəni, hər şey eşqə-sevgiyə bağlıdır. Vətənimizlə bağlı da yetərincə mövzu var işləməyə. Lakin çox istərdim ki, bizim yaradıcı insanlar gördükləri işi sevgiylə görsünlər, özlərini kiməsə göstərmək, pul qazanmaq üçün yox. Ən azından, bu mövzuya mənfəət üçün müraciət etməsinlər. Çünki bizim qəhrəmanlarımız elə bir iş gördülər ki, bu borcu hər kəs sahəsindən asılı olmayaraq öz çiyinlərində daşımalıdır. Arzu edirəm ki, yardıcı insanlarımız da qələbəmizdən yaxşı mənada istifadə etsinlər, ancaq özlərini düşünməsinlər. Onsuz da çətin dövrdən keçirik deyə, hamımız bir olub yaxşı işlər görməliyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Rusiyaya sanksiyaları sərtləşdirdi: - Siyahıda kimlər var?
Bu gün, 19:40 |
|
|
|
• Trampın yoxsa Kamala Harrisin qələbəsini istəyirsiz? - Bakı sakinlərindən ŞOK CAVABLAR
Bu gün, 19:36 |
|
|
|
• 5 min nəfər işdən azad ediləcək? - Hamı gözləyir
Bu gün, 19:00 |
|
|
|
• Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? - AKTUAL
Bu gün, 18:56 |
|
|
|
• Niyə Tramp HƏ... Harris YOX?.. - İNCƏLƏMƏ
Bu gün, 18:16 |
|
|
|
• İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər – Gözlənilməz gəlişmə
Bu gün, 18:12 |
|
|
|
• Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi
Bu gün, 18:06 |
|
|
|
• Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir? - AÇIQLAMA
Bu gün, 18:00 |
|
|
|
• "Hesabdaroğlu" şirkəti qanunvericiliyin hansı tələbini pozub?
Bu gün, 17:59 |
|
|
|
• Zurabişvili özünü İŞƏ SALIB: Prokurorluğa getməsə... - AĞIR İTTİHAMDIR
Bu gün, 17:53 |
|
|
|
• Eşqi Bağırov onu şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:44 |
|
|
|
• Hizbullahın yeni lideri İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib
Bu gün, 17:35 |
|
|
|
• Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? - İLGİNC...
Bu gün, 17:33 |
|
|
|
• İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ - VİDEO
Bu gün, 17:26 |
|
|
|
• "Söyüşlə danışmağa başladığı üçün dalaşdıq" - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• “Uşaqları necə tərbiyə edirlərsə, animasiyaya da o cür münasibət var, xaosdur”
Bu gün, 17:15 |
|
|
|
• Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - KİV
Bu gün, 17:00 |
|
|
|
• Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır - Gəncədəki 39 saylı orta məktəbin direktoru 4 məhkəmə qərarını saymır
Bu gün, 16:58 |
|
|
|
• Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
• "Məni döydü, mən də onu bıçaqla vurdum..." - Balaxanıdakı qətlin şok təfərrüatı
Bu gün, 16:47 |
|
|
|
• Heydər Əliyev Beynəlxalq Hava Limanı adından saxta REKLAM: - “İtirilmiş baqajı 1 manat 88 qəpiyə alın” dələduzluğu
Bu gün, 16:39 |
|
|
|
• "Aghdam City Hotel" fəaliyyətə başladı - MÜJDƏ
Bu gün, 16:35 |
|
|
|
• Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı - TƏFƏRRÜAT
Bu gün, 16:30 |
|
|
|
• Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA - SƏBƏB
Bu gün, 16:27 |
|
|
|
• Sabah Ağadadaş Ağayev hakim qarşısına çıxarılacaq – CİNAYƏT DOSYESİ
Bu gün, 16:22 |
|
|
|
• "Hadisəni planlaşdırmışdım” - Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürən şəxsin məhkəməsi
Bu gün, 16:19 |
|
|
|
• Bu universitetə daha bir prorektor təyin edildi - ƏMR
Bu gün, 16:14 |
|
|
|
• “Nizami” parkındakı idman qurğularını kim yararsız hala salıb? - VİDEO
Bu gün, 16:07 |
|
|
|
• “Veysəloğlu”nun tərəfdaş olduğu “Gənc Logistikaçılar Məktəbi” layihəsi başa çatıb - FOTO
Bu gün, 15:59 |
|
|
|
• Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• BU NƏDİ BELƏ: 5 tender 5 qanun pozuntusu... - TƏFƏRRÜAT
Bu gün, 15:55 |
|
|
|
• Səbail rayonunda növbəti yaşıl məhəllə sakinlərin istifadəsinə verilib - FOTO
Bu gün, 15:50 |
|
|
|
• "Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun" - Keçmiş PA şefi COŞUB...
Bu gün, 15:47 |
|
|
|
• Daha bir tiktoker həbs edildi - FOTO
Bu gün, 15:46 |
|
|
|
• İsrail-İran arasında gərginlik artır - Genişmiqyaslı müharibə ola bilərmi?
Bu gün, 15:42 |
|
|
|
• "Məhəlləmiz əməlli-başlı zibilxanaya çevrilib..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 15:40 |
|
|
|
• Öcalan həbsdən çıxarkən bu ölkənin adını çəkəcək – PKK sirri çözülür?
Bu gün, 15:36 |
|
|
|
• `Azəriqaz`dan işçinin iddiaları ilə bağlı AÇIQLAMA - "Baş vermiş bədbəxt hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq..."
Bu gün, 15:31 |
|
|
|
• SOCAR Türkiyədəki telekommunikasiya şirkətini satdı - DETALLAR
Bu gün, 15:26 |
|
|
|
• "Bir ailədən iki nəfər buradan evinə çörək aparırdı" - "Vosmoy" bazarında sahibkarlar danışdı
Bu gün, 15:25 |
|
|
|
• Azad olunmuş bu kənddə qaz, su, işıq çəkilişi 14 milyon manata başa gələcək
Bu gün, 15:23 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarını - TƏRK EDİR
Bu gün, 15:21 |
|
|
|
• Kəndlərimizdə eyni müəllim bir neçə fəndən dərs deyir - Şagird var, müəllim yox…
Bu gün, 15:15 |
|
|
|
• Nərimanov zibil içində... başçı isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Ermənistan Rusiya ilə yeni gərginlik yolunda... - ŞƏRH
Bu gün, 15:02 |
|
|
|
• “Kinostudiyanın direktorunun arvadı filmlərdə çəkilməyimə qadağa qoymuşdu, qaynanam isə...”
Bu gün, 14:47 |
|
|
|
• "Grand Palace"nın sahibi səkini yola çevirdi - ÖZBAŞINALIQ!
Bu gün, 14:43 |
|
|
|
• İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - ƏMR
Bu gün, 14:34 |
|
|
|
• Fransanın planına Azərbaycan əngəli - NƏ BAŞ VERİR?
Bu gün, 14:27 |
|
|
|
• Fransa kəşfiyyatçıları Azərbaycanla sərhədə necə gəlib? – Komitə sədri açıqladı
Bu gün, 14:24 |
|
|
|
|