Müğənni Türkan Vəlizadə özünü başqa bir peşədə sınamaq qərarına gəlib.
Lent.az-ın məlumatına görə, ifaçı "Birə-birə" verilişində danışıb: "Özəl klinikaların birində menecer kimi işləyirəm. Klinikanın sahibi mənə təklif etdi ki, birgə çalışaq. Razı oldum. İndi bütün müğənnilərin vəziyyəti çətindir. Amma səbir etmək lazımdır".