Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                 

"musiqi təhsilimi davam etdirmədim, el şənliklərinə getdim"
Tarix: 23-12-2020, 08:09 | Çap et
"musiqi təhsilimi davam etdirmədim, el şənliklərinə getdim"
Vətən müharibəsi dövründə və sonra səviyyəli vətənpərvərlik mahnıları, marşlar ortaya çıxmadı. Yenə Cavanşir Quliyevin “Əsgər marşı”na müraciət etməli olduq. Son illər bəstələnən və ifa olunan patriotik mahnılar da təkrar-təkrar səsləndi, lakin bunların böyük əksəriyyəti təəssüf ki, çox bayağıdır və toplumda hər hansı mübarizlik əhvalı, əsgərlərdə döyüş ruhu yaratmaqdan uzaqdır.

Gənc qarmon (akkordeon) ifaçısı Ramin Hüseynov bu sahədə mövcud olan boşluğu doldurmağa çalışıb. O, 2-ci Qarabağ savaşına həsr olunmuş instrumental musiqi bəstələyib. ”44 GÜN” adlı kompozisiyanın həm musiqisi, həm aranjmanı R.Hüseynovun özünə məxsusdur. Hazırlanan klipə Ali Baş Komandanın xalq arasında məşhur olan çıxışları və qəhrəmanlarımızın göstərdiyi şücaətlər də əlavə olunub.

Ramin Hüseynovla söhbətimiz bu mövzudadır.

- Ramin bəy, əvvəlcə özünüz haqqında məlumat verin
- 1986-cı ildə Şirvan şəhərində doğulmuşam. Gözümü açandan evdə qarmon görmüşəm. Atam inşaatçı mühəndis olub, amma qarmona böyük həvəsi var. Hətta bir neçə il qarmondan tədris də aparıb, amma musiqiyə ikinci sahə kimi baxıb. İlk dəfə 9 yaşımda qarmonda ifa etməyə başlamışam. Atam bu həvəsi məndə gördü və Azərbaycan musiqilərini öyrətməyə başladı. Bununla yanaşı, bir çox xalq rəqslərini də öyrədirdi. Məni 11 yaşımda musiqi məktəbinə qoydular. Şirvan şəhər 1 nömrəli Musiqi Məktəbinə getdim. Hətta məni ilk vaxtdan 3-cü sinifə götürmək istədilər, amma atam razı olmadı. 2000-ci ildə musiqi məktəbini bitirdim, amma musiqi təhsilimi davam etdirmədim. El şənliklərinə getdim. On ilik fasilədən sonra, 2010-cu ildə Bakıya gəldim və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblına musiqiçi kimi cəlb olundum. Hazırda orada işləyirəm. 2010-cu ildə “Space” televiziyasında instrumental musiqiçilərin yarışmasının birincisi oldum. Daha sonra Rusiyanın xalq artisti, tanınmış xareoqraf Dikalu Muzakayev Dövlət Rəqs Ansamblına rəhbər təyin olundu. O, məndən xahiş etdi ki, “Qaytağı” yazım. Yazdım və ona rəqs quruluşu verdim, dünyanın bir neçə ölkəsində səhnələrdə təqdim olundu.

- Öz bəstələdiyiniz musiqilərdə daha çox nədən ilham alırsınız?
- Musiqi yazmaq uşaqlıqdan içimdən gəlirdi. Uşaqlıqda musiqi yazanda cızma-qara edirdim, tam hazırlaya Yəni birini yazmağa başlayanda ikincisini yazmaq qərarına gəlirdim, birinci yarımçıq qalırdı. Yeni musiqi yazmaq həvəsinə düşürdüm, əvvəlki yarımçıq qalırdı. 2016-cı ildə qərara gəldim ki, ali musiqi təhsili alım. Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Hazırda 4-cü kurs tələbəsiyəm.

- Qarmon ifaçılığı sırf nəyin üzərində qurulmalıdır? İstedad, yoxsa zəhmət?
- Mənim fikrimcə, musiqiçiyə həm istedad, həm də zəhmət lazımdır. Amma bunlarla yanaşı, zövq də lazımdır. Bizim pianoçumuz, əməkdar artist Salman Qənbərovun belə bir sözü var: “Musiqidə belə bir şey var ki, sənin elmin o xəttdən digər tərəfə səni keçməyə qoymur. Yəni sən o xəttə qədərsən. Bu yerdə sənin zövqün köməyə gəlir”. Fikrimcə, musiqiçidə zövq olmadısa, o, mütləq yarımçıq olacaq. Zövq böyük amildir.

- Qarmondan başqa digər musiqi alətlərinə marağınız olubmu?
- Başqa musiqi alətlərinə də həvəs göstərirdim. Atam mənə sintizator da almışdı. Mən qarmonu seçdim. Amma qarmonda elə detallar var ki, insanı məhdudlaşdırır. Yəni piano aləti qarmona bir qədər də təkan verir. Ona görə də evdə sintizator alətinin olmasını da istəmişdim.

- “44 GÜN” adlı kompozisiya necə ərsəyə gəldi? Bir az bu kompozisiyanın necə ortaya çıxmasından danışın.
- “44 GÜN” adlı kompozisiyanın yaranması çox maraqlı olub. Mən aranjmana başlamaq istədim. Uşaqlıqdan buna həvəsim olub. Ondan əvvəl də aranjman edirdim. Amma bu dəfə bütün alətlərdə özüm ifa etmək istədim. Həmin kompozisiyada bas-gitara, baraban, ritm seksiyanı da özüm ifa etdim. Bunun üçün texniki tərəfləri öyrənməli idim, bunu dostumdan xahiş etdim. O, mənə texniki tərəfləri öyrədə-öyrədə dedim ki, bir səs yerləşdir, mən aranjman etmək istəsəm, necə edim? O, səsi yerləşdirdi, mən də özüm üçün klavişdə bir bas-gitara ifa etdim. Daha sonra harmoniya verdim. Səhər studiyaya gələndə isə ardı üçün bədahətən melodiya gəldi, studiyaya gələndə onu daha da genişləndirdim. Hətta dostum dedi ki, bu, əməlli-başlı kompozisiya olur. Bu dönəmdə də müharibə başlamışdı. Hiss edirdim ki, xalqımızda döyüş əhval-ruhiyyəsi var idi və mənə də bədahətən ancaq həmin ruhda musiqi gəlirdi. Qərara gəldim ki, yavaş-yavaş onu bitirim. Özüm də hiss edirdim ki, burada qələbə əhval-ruhiyyəsi var, cəbhədə vuruşan qəhrəmanlarımızın şücaəti hiss olunur. Ona görə də, kompozisiyaya ciddi yanaşmağa başladım. Sonda da adını məhz “44 GÜN” qoymaq qərarına gəldim. Daha sonra düşündüm ki, biz bunu mütləq klip şəklində tamaşaçılara təqdim etməliyik. Ali Baş Komandanın səsləndirdiyi cümlələri də özüm bir-bir seçib, klipə əlavə etdim. Montajına qədər bütün ideya mənə məxsusdur. A-dan Z-yə qədər öz əməyimdir.

- Belə bir dönəmdə bu cür kompozisiyalara ehtiyac var. Bu tip əsərlərin yaranması üçün nələrə diqqət yetirilməlidir?
- Məncə, bu dönəmdə hər bir musiqiçinin borcudur ki, ümumi işə hər hansı bir töhfə versin. Son vaxtlar belə bir deyimlə qarşılaşdıq: hərə öz sahəsində bir əsgərdir. Biz də musiqiçi olduğumuza görə öz sahəmizdə vətənə, dövlətə gərəkli biri olmalıyıq. Bu cür musiqilər vətən üçün lazımdır.

- Gələcəklə bağlı hansı planlarınız var? Bu tip musiqilərin davamı olacaqmı?
- Gələcək planlarım çoxdur. Yeni musiqilər yazmışam. Musiqiləri yazanda xalq artisti, tanınmış qarmon ifaçısı Ənvər Sadıqovla məsləhətləşirəm. Nə yazıramsa, göndərirəm ona və məsləhət alıram. O, mənə çox mənəvi dəstək olur. Bir daha sizin sayt vasitəsilə də ona dərin minnətdarlığımı bildirirəm. Dövlətimiz, xalqımız sənətkarımızın dəyərini bilir. Şükürlər olsun ki, biz zəfər çaldıq. Heç vaxt şəhidlərimizi unutmamalıyıq, bu zəfəri onlara borcluyuq. Yeni kompozisiyamı yaza doğru təqdim edəcəm.
//presklub.az//











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru