Qaradağ icra hakimiyyətinə yoxlama göndərilir - "Çakır" "qara zolaq"dan qurtula bilmir
Tarix: 29-05-2018, 10:43 |
Çap et
DİA.AZ: - Çoxdandır barəsində müxtəlif informasiyalar yayılan və adı bir çox qaranlıq işlərdə hallandırılan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, deyəsən, qara zolaqdan qurtula bilmir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiada deyilir.
Xəbəri verən qanaq iddia edir ki, icra hakimiyyətinin keçən ilə aid büdcə vəsaitlərinin xərclənməsi üzrə maliyə araşdırmalarına qərar verilib. Mənbənin dia-az.site-a söylədikləri:
"Araşdırma Hesablama Palatası ilə Maliyyə Nazirliyinin ekspertləri tərəfindən aparılacaq. Söhbət şübhəli büdcə xərcləmələrindən gedir".
Mənbə iddia edir ki, əgər belə bir araşdırma tam olaraq reallaşarsa, o zaman Süleyman Mikayılovun görəvdə saxlanılması da imkansız olacaq: "Təbii ki, hansısa icra başçısı barəsində bu cür təftiş qərarı verilirsə, bu hal həmin məmur üçün yaxşıya əlamət deyil".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...