Sözügedən məsələ yenə gündəmdədir..İşğaldan azad olunan ərazilərdə təmir-bərpa işləri çərçivəsində layihələrə cəlb olunan şəxslər dəfələrlə videomüraciətlər çəkərək kanalımıza göndərərərk haqqlarının pozulduqlarını bildirrilər.Hazırki vəziyyət də heç ürəkaçan deyil.
Bu dəfə Ağdamda hörgü işləri görmüş bir qrup işçi fevral ayından haqqlarını ala bilmədiklərini bildirirlər.
İddialara görə,SMTS tərkibində fəaliyyət göstərən, Mehdiyev Şahin adlı şəxsə məxsus “Taşeron-Azər Avro” tikinti şirkəti artıq 3 aydır ki ,işçilərin pulunu ödəmir.
Çıxılmaz durumda qalan işçilər lazımı qurumlardan kömək istəyirlər.
Qeyd edək ki, “SMTS” MMC-nin rəhbəri Ağalar Allahyarovdur.










