Əsas Səhifə > Siyasət, Manşet > Qaradağ icra hakimiyyətinə yoxlama göndərilir

Qaradağ icra hakimiyyətinə yoxlama göndərilir


29-05-2018, 10:43
Qaradağ icra hakimiyyətinə yoxlama göndərilir
DİA.AZ: - Çoxdandır barəsində müxtəlif informasiyalar yayılan və adı bir çox qaranlıq işlərdə hallandırılan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, deyəsən, qara zolaqdan qurtula bilmir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiada deyilir.

Xəbəri verən qanaq iddia edir ki, icra hakimiyyətinin keçən ilə aid büdcə vəsaitlərinin xərclənməsi üzrə maliyə araşdırmalarına qərar verilib. Mənbənin dia-az.site-a söylədikləri:

"Araşdırma Hesablama Palatası ilə Maliyyə Nazirliyinin ekspertləri tərəfindən aparılacaq. Söhbət şübhəli büdcə xərcləmələrindən gedir".

Mənbə iddia edir ki, əgər belə bir araşdırma tam olaraq reallaşarsa, o zaman Süleyman Mikayılovun görəvdə saxlanılması da imkansız olacaq: "Təbii ki, hansısa icra başçısı barəsində bu cür təftiş qərarı verilirsə, bu hal həmin məmur üçün yaxşıya əlamət deyil".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt