Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Tarix: Bu gün, 05:39 | Çap et

“Xalq qəzeti”nin baş redaktoru...
Sövetlər dönəmində SSRİ-nin paytaxtı- Moskva şəhərində ali təhsil almaq hər sovet gəncinə nəsib olmurdu. O dövrün gəncləri üçün bu, əlçatmaz uğurlarından biri sayılırdı. O da, azsaylı Azərbaycan gənclərindən biri kimi Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və ona sovet dövründə jurnalistika nəzəriyyəsinin ən böyük nümayəndələri- Zasurski, Proxorov kimi məşhurlar dərs deyiblər...
Deyir ki:- “Ümumən o dövrdə Moskvada və digər müttəfiq respublikaların nüfuzlu ali təhsil ocaqlarında təhsil görmüş azərbaycanlı tələbələr də var idi. Onlar sonradan ölkəmizin ictimai-siyasi, mədəni-iqtisadi həyatında çox böyük rol oynamağa başladılar. Həmin illərdə mənim kimi jurnalistika təhsili almışlar içərisində Arif Əliyev, Mehman Əliyev, Bahadur İmanquliyev, Bəxtiyar Qaraca kimi şəxslərin adlarını çəkə bilərəm. Əksəriyyəti ilə bu gün də sıx münasibətim var. Bu siyahıya yaxın dostum, Moskvada fəaliyyət göstərən çoxsaylı qəzet və jurnalların yaradıcısı Əliş Əvəzi əlavə edə bilərəm. O, Moskva mətbuatında Qarabağ həqiqətlərini yayan fədakar simadır. Allah rəhmət eləsin, Rauf Talışınski bizdən az əvvəl təhsil almışdı...”
Bəli, söhbət bir vaxtlar Azərbaycan Mətbuat Şurasına rəhbərlik edən, sabiq deputat, "Xalq qəzeti"nin baş redaktoru, əməkdar jurnalist Əflatun Amaşovdan gedir. O, 1957-ci ilin aprel ayının 26-da Gücüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. İki il sonra SSRI Silahlı Qüvvələrində əsgəri xidmətə çağrılıb. Xidmətini başa vurandan bir il sonra BDU-nun filologiya fakültəsinə qəbul olunub. Bir müddət burada oxuduqdan sonra ali təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində başa vuraraq vətənə dönüb...
“O vaxt Azərbaycanda KİV-lərin sayı az idi. İş tapmaqda da müəyyən çətinliklər yaşanırdı. Redaksiyalardakı ştatlar da müvafiq strukturlar tərəfindən müəyyən edilirdi. Amma Moskvada yüksək təhsil gördüyümə görə mənə iş tapmaq o qədər də çətin olmadı. İxtisasım üzrə çalışdım. Düzdür, bir neçə ay AzərTAC-da korrektor kimi işlədim. Bilirdim ki, tezliklə mənim üçün müxbir ştatı açılacaq. Belə də oldu. Mən AzərTAC-da əsasən ictimai-siyasi şöbədə çalışmışam. İşimiz xəbər yayıcılığı idi. Doğrudur, ayrı-ayrı şəxslərdən müsahibələr də götürürdüm. Mirzə İbrahimov, Yaşar Qarayev, Arif Məlikov, Hüseyn Abbaszadə və digər tanınmışlarla müsahibələrim var. Hamısını arxivimdə saxlayıram. Hər biri ayrılıqda xatirədir, yaşantıdır. Qismət olsun, bu barədə nə vaxtsa kitab buraxmağı düşünürəm.”- söyləyir.
Doqquz il "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Sonra üç il yaradıcılarından biri olduğu "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədr müavini vəzifəsində işləyib. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə sədr seçilib. 2003-cü ildən 2009-cu ilədək Azərbaycan Mətbuat Şurası ona həvalə olunub. Sonra da Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin edilib. Ana dili ilə bağlı gözəl fikirləri var...
Deyir ki:- “Ana dili məsələsi olduqca həssasdır. Dil hər bir xalqın mövcudluğunun ən ümdə atributudur. Məsələn, almanlar çalışırlar ki, alman uşağı əsasən ibtidai təhsilini öz ana dilində alsın. Burada yalnız dilin düzgün işlədilməsinin mənimsənilməsindən söhbət getmir. Söhbət ətraf aləmi, insanları məhz alman kimi duymaqdan, alman xarakteri ilə qəbul etməkdən gedir. Yəni baxış alman baxışı olmalıdır. Bu praktika dünyanın bir sıra qabaqcıl ölkələrində də tətbiq edilir. Biz hamımız istəyirik ki, övladlarımız xarici dil bilsinlər. Valideynlər də məhz buna çalışır. Niyə məhz rus dili? Çünki bu dil bizə daha yaxındır. Həm də təhsil sistemimizdə bu dillə bağlı bəlli ənənələr var. Hesab edirəm ki, daha çox rus dilinə fokuslanma bundan irəli gəlir. Həm də diqqət yetirək, ingilis dili də populyardır, ancaq bu dildə təməlli təhsil bahadır. Hamı üçün əlçatan deyil. Bu da bir səbəbdir. Yəni düşünmürəm ki, insanlarımız rus dilində təhsilə sırf dil baxımından yanaşırlar. Ümumən övladlarının xarici dilə yiyələnməsini arzulayırlar...”
Bir məqamı da vurğulayıb bildirir ki, rus və ya ingilis dili- heç bir önəmi yoxdur, əsas olan həmin dildəki təhsilin azərbaycançılıq ideyasına köklənməsidir. Bunu isə təhsilə cavabdeh şəxslər düşünməlidir, ümumən sistem bu ideyanı rəhbər tutmalıdır...
Xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına, “Fəxri mədəniyyət işçisi” döş nişanına, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə”, o cümlədən “Şöhrət” ordenlərinə layiq görülüb. Bir çağırış Milli Məclisin deputatı olub...
“Cəmiyyət məni böyük ölçüdə Əflatun Amaşov kimi tanıyır. Deputat olmazdan öncə də belə tanıyırdı, deputat olandan sonra da. Mənə xüsusi münasibət deputat olduğuma görə deyil, jurnalistliyimə görə olub. Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam. Dostluğa münasibətim hələ lap uşaqlıqdan - dahi Tolstoyun “İki yoldaş” hekayəsini oxuyarkən formalaşıb. Jurnalistikada hər kəsi özümə yaxın bilmişəm. Təbii, Mətbuat Şurasının təşkilatlanmasında birgə çalışdığımız şəxslər mənə daha yaxın olublar. Bəziləri var ki, bu gün məndən incikdilər. Hər halda mən inciklik kimi qiymətləndirirəm. Biz bir çox hadisə və prosesləri görmüş insanlarıq. Müəyyən məsələlərə fərqli baxışımız ola bilər. Ancaq məncə, dövrün tələbinə uyğun fundamental yanaşma ortaya qoyulmalıdır.”- söyləyir.
Deyir ki:- “Medianın maraqları hansısa formada dövlətin maraqları ilə uzlaşmalı idi. Bu gün də başqa yol görmürəm. O zaman da görmürdüm. Ümumən münasibət qurduğum, əlaqə saxladığım adamlar çoxdur. Bunlar insanın həyat statusuna görə azalır və ya çoxalır. Bəzən tamamilə dəyişən simaları görürəm. Artıq belə hallara təəccüblənmirəm. Hətta hər kəsin hansı məqamda hansı cür davranacağını da proqnozlaşdıra bilirəm. Buna görə də heç kəsdən incimirəm. Ancaq fikrimcə, insanda əsl dost ya bir olar, ya iki...”
Bəli, aprelin 26-sı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun növbəti ad günüdür. Bu dəfə 69 yaşını qeyd edəcək. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Elman Eldaroğlu - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru